Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3325/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlundan 08 sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə 1790.25 manat əsas borc, 157 manat faiz borcu və 246.01 manat cərimə borcu olmaqla cəmi 2193.26 manat və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğluna məxsus girov qoyulmuş çəkisi 6.2 qram, əyarı 750 olan 2 ədəd üzük, çəkisi 8 qram, əyarı 583 olan 4 ədəd üzük, çəkisi 5.5 qram, əyarı 583 olan 1 ədəd sep, çəkisi 7.5 qram, əyarı 583 olan 1 ədəd komplekt, çəkisi 2.6 qram, əyarı 583 olan 1 ədəd sırğa və çəkisi 2 qram, əyarı 583 olan 1 ədəd kulon olmaqla cəmi çəkisi 31.8 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlunun 08 sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə borcu olduğu cəmi 2193.26 manat və dövlət rüsumu kimi ödənilmiş 42 manat pulun ödənilməsi və girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borc məbləğinin ödənilməsinə yetərli olmazsa, qalan borc vəsaiti cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 8 Sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsinə əsasən illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə 2060 manat məbləğində cavabdehə kredit verilmişdir. 8 Sentyabr 2023-cü il tarixli, Y SLMB-10349 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 8 Sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1790,25 manat, faiz borcuna görə 157 manat, cərimə borcuna görə 246,01 manat, cəmi 2193,26 manat təşkil edir. 8 Sentyabr 2023-cü il tarixli, Y SLMB - 10349 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 8 Sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 8 Sentyabr 2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və bunlardan ibarətdir - çəkisi 6.2 qram, əyarı 750 olan 2 ədəd üzük, çəkisi 8 qram, əyarı 583 olan 4 ədəd üzük, çəkisi 5.5 qram, əyarı 583 olan 1 ədəd sep, çəkisi 7.5 qram, əyarı 583 olan 1 ədəd komplekt, çəkisi 2.6 qram, əyarı 583 olan 1 ədəd sırğa və çəkisi 2 qram, əyarı 583 olan 1 ədəd kulon olmaqla cəmi çəkisi 31.8 qram.
Tərəflərin izahatları
3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 8 Sentyabr 2023-cü il tarixli, YSLMB- 10349 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə 2060 manat məbləğində kredit verilmişdir.
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 8 Sentyabr 2023-cü il tarixli, YSLMB- 10349 saylı Saxlanc Girovu haqqında müqavilədən görünür ki, Girovqoyan Cavabdeh xx.xx.2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsinin təminatı olaraq ona məxsus olan qızıl-zinət əşyalarını Girovsaxlayanın (Rabitəbank ASC) xeyrinə girov qoyur. Girovqoyan müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Girovsaxlayan girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir.
7. xx.xx.2023-cü il tarixli Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə aktdan görünür ki, girov qoyulan əmlak çəkisi 6.2 qram, əyarı 750 olan 2 ədəd üzük, çəkisi 8 qram, əyarı 583 olan 4 ədəd üzük, çəkisi 5.5 qram, əyarı 583 olan 1 ədəd sep, çəkisi 7.5 qram, əyarı 583 olan 1 ədəd komplekt, çəkisi 2.6 qram, əyarı 583 olan 1 ədəd sırğa və çəkisi 2 qram, əyarı 583 olan 1 ədəd kulon olmaqla cəmi çəkisi 31.8 qram olan ümumi çəkisi 31.8 qram, ümumi dəyəri 2064.2 manat və ümumi bazar dəyəri 3058.38 manat olan qızıl zinət əşyalarıdır.
8. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 3 iş günü ərzində icra etmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 8 Sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı Kredit müqaviləsi üzrə 1790.25 manat əsas borc, 157 manat faiz borcu və 246.01 manat cərimə borcu olmaqla cəmi 2193.26 manat borcu vardır.
İşin faktiki halları
10. Tərəflər arasında kredit müqaviləsi imzalanması, müqavilədə nəzərdə tutulan kredit vəsaitinin cavabdehə təqdim edilməsi, eyni zamanda cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini məqsədilə onunla iddiaçı arasında girov müqaviləsi bağlanması və cavabdehə məxsus olan ümumi çəkisi 31.8 qram, ümumi dəyəri 2064.2 manat və ümumi bazar dəyəri 3058.38 manat olan zinyət əşyalarının İddiaçı ASC-nin – Girov saxlayanın sahibliyinə verilməsi işin hallarını təşkil edir. Hazırki iddia tələbində iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tələbə qarşı hər hansı etiraz və ya mülahizə irəli sürməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və girov müqavilələri bağlanmışdır. Həmin müqavilələr tərəflərin iradə ifadəsini əks etdirir və yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından etibarlıdır. Beləliklə, müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh isə kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Cavabdeh tərəfindən iddia tələbinin əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 08 sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə 1790.25 manat əsas borc, 157 manat faiz borcu və 246.01 manat cərimə borcu olmaqla cəmi 2193.26 manat və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
15. Məhkəmə, qeyd edir ki, iddia tələbi tutmanın girov predmeti olan ümumi çəkisi 31.8 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılması, əmlakın satışından əldə edilən vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi hissəsində də əsaslıdır.
16. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsi ilə yanaşı, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmini məqsədilə eyni zamanda girov müqaviləsi bağlanılmış və cavabdehə məxsus olan ümumi çəkisi 31.8 qram, ümumi dəyəri 2064.2 manat və ümumi bazar dəyəri 3058.38 manat olan zinyət əşyalarının "xxxx" ASC-nin – Girov saxlayanın sahibliyinə verilmişdir. Qeyd olunan müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Girovsaxlayan Girovqoyan öz öhdəliklərini icra etmədiyi hallarda girov qoyulmuş əşyanın dəyərindən Girov qoyanın digər kreditorlarına nisbətən üstün qaydada təminat almaq hüququna malikdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçı qarşısında icra edilməmiş kredit öhdəliyinin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməli və cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğluna məxsus girov qoyulmuş çəkisi 6.2 qram, əyarı 750 olan 2 ədəd üzük, çəkisi 8 qram, əyarı 583 olan 4 ədəd üzük, çəkisi 5.5 qram, əyarı 583 olan 1 ədəd sep, çəkisi 7.5 qram, əyarı 583 olan 1 ədəd komplekt, çəkisi 2.6 qram, əyarı 583 olan 1 ədəd sırğa və çəkisi 2 qram, əyarı 583 olan 1 ədəd kulon olmaqla cəmi çəkisi 31.8 qram olan qızıl-zinət əşyalarına yönəldilməklə həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və həmin qızıl-zinət əşyalarının hərracda satılmasından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlunun 08 sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə borcu olduğu cəmi 2193.26 manat ödənilməlidir.
17. Məhkəmə iddia tələbinin davamı olaraq qeyd edir ki, həmin qızıl-zinət əşyalarının hərracda satılmasından əldə edilmiş pul vəsaiti borc məbləğinin ödənilməsinə kifayət etmədikdə, qalan borc vəsaiti cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlundan 08 sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə 1790.25 manat əsas borc, 157 manat faiz borcu və 246.01 manat cərimə borcu olmaqla cəmi 2193.26 manat və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğluna məxsus girov qoyulmuş çəkisi 6.2 qram, əyarı 750 olan 2 ədəd üzük, çəkisi 8 qram, əyarı 583 olan 4 ədəd üzük, çəkisi 5.5 qram, əyarı 583 olan 1 ədəd sep, çəkisi 7.5 qram, əyarı 583 olan 1 ədəd komplekt, çəkisi 2.6 qram, əyarı 583 olan 1 ədəd sırğa və çəkisi 2 qram, əyarı 583 olan 1 ədəd kulon olmaqla cəmi çəkisi 31.8 qram olan qızıl-zinət əşyalarına yönəldilməklə həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı, həmin qızıl-zinət əşyalarının hərracda satılmasından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlunun 08 sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə borcu olduğu cəmi 2193.26 manat ödənilməli və həmin qızıl-zinət əşyalarının hərracda satılmasından əldə edilmiş pul vəsaiti borc məbləğinin ödənilməsinə kifayət etmədikdə, qalan borc vəsaiti cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlundan 08 sentyabr 2023-cü il tarixli, YSLMB- 10349 saylı kredit müqaviləsi üzrə 1790.25 manat əsas borc, 157 manat faiz borcu və 246.01 manat cərimə borcu olmaqla cəmi 2193.26 manat və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğluna məxsus girov qoyulmuş çəkisi 6.2 qram, əyarı 750 olan 2 ədəd üzük, çəkisi 8 qram, əyarı 583 olan 4 ədəd üzük, çəkisi 5.5 qram, əyarı 583 olan 1 ədəd sep, çəkisi 7.5 qram, əyarı 583 olan 1 ədəd komplekt, çəkisi 2.6 qram, əyarı 583 olan 1 ədəd sırğa və çəkisi 2 qram, əyarı 583 olan 1 ədəd kulon olmaqla cəmi çəkisi 31.8 qram olan qızıl-zinət əşyalarına yönəldilməklə həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın. Həmin qızıl-zinət əşyalarının hərracda satılmasından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlunun 08 sentyabr 2023-cü il tarixli, YSLMB-10349 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə borcu olduğu cəmi 2193.26 manat ödənilsin. Həmin qızıl-zinət əşyalarının hərracda satılmasından əldə edilmiş pul vəsaiti borc məbləğinin ödənilməsinə kifayət etmədikdə, qalan borc vəsaiti cavabdeh Məmmədov Nəsı̇ r Habı̇ l oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.