Məhkəmə qərarları › İş №e-2(010)-3327/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3327/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3327/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh xx.xx.2021-ci il tarixli HAK6002501 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 413 manat məbləğində əsas borcun, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 12 noyabr 2021-ci il tarixli, HAK6122092 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1311 manat əsas borc, müqavilə üzrə hesablanmış 400 manat faiz borcu, 12 noyabr 2021-ci il tarixli, HAK6122092 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 352 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu və 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun olmaqla, cəmi 2724 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddətli 12 ay olmaqla xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 708 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 413 manat borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Odur ki, cavabdeh iddiaçıya əsas borcdan əlavə olaraq 2746 manat faiz borcu yaranmışdır. İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla xx.xx.2021-ci il tarixli HAK6122092 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1380 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1311 manat əsas borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 4247 manat faiz borcu yaranmışdır. İddiaçı faiz borcunu cavabdehdən cəmi 400 manat məbləğində tələb edir. Bundan başqa Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2021-ci il tarixli HAK6122093 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 384 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 352 manat əsas borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2006 manat faiz borcu yaranmışdır. İddiaçı faiz borcunu cavabdehdən 100 manat məbləğində tələb edir. Beləliklə Cavabdeh xx.xx.2021-ci il tarixli, HAK6002501 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 413 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, HAK6122092 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1311 manat əsas borc, müqavilə üzrə hesablanmış 400 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, HAK6122093 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 352 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu və 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun olmaqla, cəmi 2724 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunmuşdur.

3. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.

İş materialları

4. xx.xx.2021-ci il tarixli HAK6002501 saylı borc müqaviləsindən görünür ki, iddiaçı tərəfindən qiyməti 708 manat olan məişət avadanlığını 12 ay müddətinə hər ay 59 manat olmaqla Cavabdeh satılmışdır. Müqavilənin qeyd hissəsinə əsasən borcalan əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizlərini ödəyir.

5. xx.xx.2021-ci il tarixli HAK6122092 saylı borc müqaviləsindən görünür ki, iddiaçı tərəfindən qiyməti 1380 manat olan məişət avadanlığı 20 ay müddətinə hər ay 69 manat olmaqla Cavabdeh satılmışdır.

6. xx.xx.2021-ci il tarixli HAK6122093 saylı borc müqaviləsindən görünür ki, iddiaçı tərəfindən qiyməti 384 manat olan məişət avadanlığını 12 ay müddətinə hər ay 32 manat olmaqla Cavabdeh satılmışdır.

7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixində bağlanmış HAK6002501 saylı müqavilə üzrə ödənilməmiş 413 manat, xx.xx.2021-ci il tarixdə bağlanmış HAK6122092 saylı müqavilə üzrə ödənilməmiş 1311 manat və xx.xx.2021-ci il tarixdə bağlanmış HAK6122093 saylı müqavilə üzrə ödənilməmiş 352 manat olmaqla ümumilikdə 2076 manat borcu vardır.

İşin faktiki halları

8. İddiaçı «Soliton LTD” MMC ilə Cavabdeh arasında cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, HAK6002501 saylı, xx.xx.2021-ci il tarixli, HAK6122092 saylı, xx.xx.2021-ci il tarixli, HAK6122093 saylı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

13. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

15. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli HAK6002501 saylı müqavilə üzrə 413 manat məbləğində əsas borcun, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, xx.xx.2021-ci il tarixli HAK6122092 saylı müqavilə üzrə 1311 manat əsas borcun, müqavilə üzrə hesablanmış 400 manat faiz borcu, xx.xx.2021-ci il tarixli HAK6122093 saylı müqavilə üzrə hesablanmış 352 manat əsas borcun, müqavilə üzrə hesablanmış 100 manat faiz borcunun və 48 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2724 (iki min yeddi yüz iyirmi dörd) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli HAK6002501 saylı müqavilə üzrə 413 manat məbləğində əsas borcun, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, xx.xx.2021-ci il tarixli HAK6122092 saylı müqavilə üzrə 1311 manat əsas borcun, müqavilə üzrə hesablanmış 400 manat faiz borcu, xx.xx.2021-ci il tarixli HAK6122093 saylı müqavilə üzrə hesablanmış 352 manat əsas borcun, müqavilə üzrə hesablanmış 100 manat faiz borcunun və 48 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2724 (iki min yeddi yüz iyirmi dörd) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar