Məhkəmə qərarları › İş №e-2(010)-3338/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3338/2022

08.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3338/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı MMC (KATV1) Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə iddiaçının nümayəndəsi X1 AZEMİS vasitəsi ilə ərizəsi göndərərək mülki işin baxılmamış saxlanılmasını və dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixində keçirdiyi iclasda iş üzrə tərəflər iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə cavabdehə qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən məhkəmə həmin ərizəni baxılmamış saxlamalı və İddiaçı MMC (KATV1) tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC –yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC (KATV1) tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC –yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar