Məhkəmə qərarları › İş №e-2(010)-3345/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3345/2020

06.08.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3345/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, Kreditor ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin borclu Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yat № 3 ünvanında qeydiyyatda olan Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyən Etdim: Kreditor MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yat № 3 ünvanında qeydiyyatda olan Borclu 5542 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5562 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər». Qanunvericiliyin qeyd olunan müddəasına əsasən əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən əlavə sübutlar cəlb edilib tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditorun tələbinin tam əsaslılığı ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün tam aşkar olması başa düşülməlidir. Kreditor MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tələb tam təsdiq olunmur. Belə ki, kreditorun məhkəmə əmrinin verilməsinə dair elektron ərizəsinə əlavə edilmiş müqaviləyə əsasən borcluya məişət avadanlığının verildiyi öz əksini tapsa da, həmin avadanlığın nədən ibarət olması, avadanlığın təhvil-təslim aktı barədə sənədlər və mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Bu Məcəllənin 150.0.7.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 279.2.2.-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3, və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz», «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, Qərara Aldım: Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar