Məhkəmə qərarları › İş №e-2(010)-3346/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3346/2020

06.08.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3346/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Kreditor Borclu qarşı «məhkəmə əmrinin verilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditor MMC-nin Borclu qarşı “məhkəmə əmrinin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 752 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, borcun tutulması barədə məhkəmə əmrinin çıxarılması üçün məhkəməyə müraciət edərkən Kreditor iş üzrə Borclu ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmiş və bu qaydaya riayət etməsinə dair hər hansı bir sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 423.2-ci maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsidir. Yuxarıda qeyd edilən maddi hüquq normasının tələbindən göründüyü kimi müqavilə tərəfi digər müqavilə tərəfi öz öhdəliklərini yerinə yetirməyəndə öz etirazını və ondan tələb etdiklərini ilk növbədə həmin tərəfə bildirməli, sonra isə əgər tərəf razılaşmazsa və ya xəbərdarlığa münasibət bildirməzsə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinəəsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.4-cü maddəsinə görə kreditorun tələbi və onun əsaslandığı hallar, 278.2.5-ci maddəsinə görə isə tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. Lakin əsaslar və sənədlər mübahisə doğurmayan və kifayət qədər mötəbər olmalıdır. Həmin Məcəllənin 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda və yaxud ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduqda - məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 276-278 və 279-cu maddələrini rəhbər tutub, Qərara aldım: Kreditor MMC-nin Borclu qarşı “məhkəmə əmrinin verilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia icraatı qaydasında məhkəməyə müraciət etmək olar. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar