Məhkəmə qərarları › İş №e-2(010)-3353/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3353/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3353/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X2 katibliyinin iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayonu məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB 16 iyun 2022-ci il tarixdə “Azemis” Elektron Məhkəmə informasiya sistemi vasitəsi ilə elektron şikayət daxil olmuş, Bakı şəhəri Suraxanı rayonu məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-5046/2021 saylı qərardadı ləğv edilmiş və ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmə iclasında baxılması 13 iyul 2022-ci il tarixə, saat 12:15-ə təyin edilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, əğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə şəxsin digər məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2.-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qeyd olunan normalarının tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh kimi göstərilmiş Cavabdeh artıq vəfat etmiş olduğundan, qeyd olunan qanunvericilik normasına əsasən ona qarşı iddia tələbi ilə müraciət edilməsi istisna edilirdi. Bu isə ona dəlalət edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar