Məhkəmə qərarları › İş №e-2(010)-3373/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3373/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3373/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cəfərzadə Vaqı̇ f Cəfər oğlu və Cəfərzadə Rafı̇ q Cəfər oğlunun iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cəfərzadə Vaqı̇ f Cəfər oğlu, Cavabdeh2, Cəfərzadə Rafı̇ q Cəfər oğlu və Pənahov Nı̇ ftalı İsa oğluna qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cəfərzadə Vaqı̇ f Cəfər oğlu, Cavabdeh2, Cəfərzadə Rafı̇ q Cəfər oğlu və Pənahov Nı̇ ftalı İsa oğluna qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0050234-F saylı Kredit və BK-QQQQ6352, BK- 00006354, BK- QQQ1948Q saylı Zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 5774,53 (beş min yeddi yüz yetmiş dörd manat 53 qəpik) manat, faiz borcu üzrə 121,07 (bir yüz iyirmi bir 07 qəpik) manat olmaqla cəmi 5895,60 (beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh3 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 7900 (yeddi min doqquz yüz) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə müvafiq olaraq BK-00006352, BK- 00006354, BK-0001948Q saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2125,47 (iki min bir yüz iyirmi beş manat 47 qəpik) manat, faiz borcu üzrə 160,53 (bir yüz altmış üç manat 53 qəpik) manat olmaqla cəmi 2286 (iki min iki yüz səksən altı) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 5774,53 (beş min yeddi yüz yetmiş dörd manat 53 qəpik) manat, faiz borcu üzrə 121,07 (bir yüz iyirmi bir 07 qəpik) manat olmaqla cəmi 5895,60 (beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində kredit borcu var. Cavabdehlə təşkilat arasında bağlanmış kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən kredit üzrə ödənişlər razılaşdırılmış cədvələ uyğun ödənilmədikdə kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-QQQQ6352, BK-QQQQ6354, BK-00019480 Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib.

Tərəflərin izahatları

3. Cavabdehlər Cavabdeh2 və Pənahov Nı̇ ftalı İsa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh Cəfərzadə Vaqı̇ f Cəfər oğlu ərizə təqdim edərək iddia tələbi üzrə tələb olunan borc məbləği ilə razı olduğunu bildirdi.

6. Məhkəmə iclasında Cavabdeh3 ərizə təqdim edərək iddia tələbi üzrə tələb olunan borc məbləğini qəbul etdiyini bildirdi.

İş materialları

7. xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı Kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə 7900 manat məbləğində güzəştli kredit verilmişdir.

8. xx.xx.2019-cu il tarixli, BK-00006352 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 borcalan Cavabdeh3 xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar Kreditor qarşısında zamin durmuşdur.

9. xx.xx.2019-cu il tarixli, BK-00019480 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh3 xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar Kreditor qarşısında zamin durmuşdur.

10. xx.xx.2019-cu il tarixli, BK-00006354 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borcalan Cavabdeh3 xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar Kreditor qarşısında zamin durmuşdur.

11. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019cu il tarixli, L-BK-0050234-F saylı kredit müqaviləsi üzrə 5774.53 manat əsas, 121.07 manat faiz, 0 manat cərimə borcu və 0 manat əldən çıxmış fayda olmaqla cəmi 5895.60 manat məbləğində borcu vardır.

12. İş matariallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdehlərə borc məbləğinin ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

13. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, L-BK- 0050234-F saylı kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və Cəfərzadə Vaqı̇ f Cəfər oğlu, Cavabdeh2 və Pənahov Nı̇ ftalı İsa oğlu ilə iddiaçı arasında Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqavilələrinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı, cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh3 və Cəfərzadə Vaqı̇ f Cəfər oğlu iddia tələbini qəbul edərək iddiaçıya kredit müqaviləsi üzrə qeyd olunan məbləğdə borc olduğunu bildirmişdirlər. Digər cavabdehlər Cavabdeh2 və Pənahov Nı̇ ftalı İsa oğlu məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətlərinin öyrənilməsi mümkün olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

16. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır.

17. İddia tələbi iddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh Cəfərzadə Rafı̇ q Cəfər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı kredit müqaviləsinin, cavabdeh Pənahov Nı̇ ftalı İsa oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00006352 saylı, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00019480 saylı və cavabdeh Cəfərzadə Vaqı̇ f Cəfər oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00006354 saylı zaminlik müqavilələrinin ləğv edilməsi hissəsində tam əsaslıdır.

18. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, lakin cavabdeh Cəfərzadə Rafı̇ q Cəfər oğlu öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməməsi və eyni zamanda digər cavabdehlərin zaminlik müqaviləsinin şərtlərinə əməl etməməsi müqavilə şərtlərinin əhəmiyyətli pozuntusudur və müqavilənin ləğvi üçün əsas yaradır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərlə aralarında bağlanmış kredit və zaminlik müqavilələrinin ləğvini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.

19. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cəfərzadə Vaqı̇ f Cəfər oğlu, Cavabdeh2, Cəfərzadə Rafı̇ q Cəfər oğlu və Pənahov Nı̇ ftalı İsa oğlundan 5774.53 manat əsas borc, 121.07 manat fazi borcu olmaqla cəmi 5895.60 (beş min səkkiz yüz doxsan beş manat altmış qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi hissəsində də tam əsaslıdır.

20. Məhkəmə qeyd edir ki, tərəflərin izahatı və məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə cavabdeh Cəfərzadə Rafı̇ q Cəfər oğluna təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iş üzrə digər cavabdehlər Cəfərzadə Vaqı̇ f Cəfər oğlu, Cavabdeh2 və Pənahov Nı̇ ftalı İsa oğlu da iddiaçı ilə aralarında bağlanan zaminlik müqavilələrinə əsasən, cavabdeh Cəfərzadə Rafı̇ q Cəfər oğlunun kredit öhdəliklərinin icrası ilə əlaqədar birgə məsuliyət daşımalarına baxmayaraq, zaminlər tərəfindən də qeyd olunan müqavilələr üzrə öhdəliklər icra edilməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, tərəflər arasında zaminlik müqavilələri mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zaminlərdən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, öhdəliyin icrasının zamindən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 79 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh Cəfərzadə Rafı̇ q Cəfər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı kredit müqaviləsi ləğv edilməli, iddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh Pənahov Nı̇ ftalı İsa oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00006352 saylı, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00019480 saylı və cavabdeh Cəfərzadə Vaqı̇ f Cəfər oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00006354 saylı zaminlik müqavilələri ləğv edilməli və cavabdehlər Cəfərzadə Vaqı̇ f Cəfər oğlu, Cavabdeh2, Cəfərzadə Rafı̇ q Cəfər oğlu və Pənahov Nı̇ ftalı İsa oğlundan müştərək qaydada 5774.53 manat əsas borc, 121.07 manat fazi borcu olmaqla cəmi 5895.60 (beş min səkkiz yüz doxsan beş manat altmış qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh Cəfərzadə Rafı̇ q Cəfər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050234-F saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh Pənahov Nı̇ ftalı İsa oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00006352 saylı, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00019480 saylı və cavabdeh Cəfərzadə Vaqı̇ f Cəfər oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00006354 saylı zaminlik müqavilələri ləğv edilsin. Cavabdehlər Cəfərzadə Vaqı̇ f Cəfər oğlu, Cavabdeh2, Cəfərzadə Rafı̇ q Cəfər oğlu və Pənahov Nı̇ ftalı İsa oğlundan müştərək qaydada 5774.53 manat əsas borc, 121.07 manat fazi borcu olmaqla cəmi 5895.60 (beş min səkkiz yüz doxsan beş manat altmış qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 79 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar