Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3380/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair mülki iş Xətai rayon məhkəməsinin icraatında olmuş, həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icraatında olan e-2(011)-3286/2023 saylı mülki iş üzrə ilkin və qarşılıqlı iddia tələbi Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 443/2023 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-443/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Xətai Rayon Məhkəməsinin (hakim A.Həsənovanın sədrliyi ilə) e-2(011)-3286/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin mülki iş Suraxanı rayon məhkəməsinin icraatında olan hazırki mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 izahatda göstərdi ki, Suraxanı rayon məhkəməsinin icraatında artıq iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı «evdən çıxarılma” tələbinə dair mülki işə baxılır. Hesab edir ki, hazırki mülki işlə Suraxanı rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı “evdən çıxarılma” tələbinə dair 2(010)-443/2023 saylı mülki işin icraatı bir icraatda birləşdirilməli və mülki işlər bir icraatda baxılmalıdır. Məhkəmə iclasında dinlirilən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 izahatında göstərdi ki, hər iki mülki işlərin bir icraatda birləşdirilməsinə və bir icraatda baxllmasına etiraz etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarını dinləyib hesab edir ki, Xətai Rayon Məhkəməsinin icraatında olmuş və xx.xx.2023-cü il tarixdə Suraxanı rayon məhkəməsinə daxil olmuş İddiaçı Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair mülki işlə, Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı «evdən çıxarılma” tələbinə dair 2(010)-443/2023 mülki işlər bir-biri ilə əlaqədar olduğundan hər iki mülki iş bir icraatda birləşdirilməli və işə yekun olaraq 2(010)-443/2023 saylı mülki iş kimi baxılmalıdır. Belə ki, hər iki mülki iş bir-biri ilə üzvü surətdə bağlı olan, tərəflərin eyni olduğu iki mülki iş vardır ki, bunlara ayrı-ayrılıqda baxılması işin vaxtında və obyektiv araşdırması imkanlarını məhdudlaşdıracaqdır. Bu isə ədalət mühakiməsinin maraqları ilə zidiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-3380/2023 saylı mülki işlə, iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(010)- 443/2023 saylı mülki iş bir icraatda birləşdirilsin və işə yekun olaraq 2(010)-443/2023 saylı mülki iş kimi baxılsın. İşin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilsin və tərəflərə bu barədə məlumat verilsin. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3380/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3380/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver