Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3387/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Sadıqov Nı̇ zami Fərhad oğlu, İbrahı̇ mli Şakı̇ r İbrahı̇ m oğlu və Orucov Rəşı̇ d Zı̇ yad oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər Sadıqov Nı̇ zami Fərhad oğlu, İbrahı̇ mli Şakı̇ r İbrahı̇ m oğlu və Orucov Rəşı̇ d Zı̇ yad oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2019-cu il tarixli ***-*******NK120719 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 11937.61 (on bir min doqquz yüz otuz yeddi manat 61 qəpik) manat məbləğində borcun bundan 6745.65 (altı min yeddi yüz qırx beş manat 65 qəpik) manat əsas borcun, 4609.20 (dörd min altı yüz doqquz manat 20 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 0.90 (90 qəpik) manat cərimənin və 581.86 (beş yüz səksən bir manat 86 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 125.81 (yüz iyirmi beş manat 81 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli ***-*******NK120719 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə xx.xx.2020-ci il tarixdə imzalanmış əlavə razılaşmaya əsasən 12 iyul 2019-cu il tarixli 022- 7195262NK120719 nömrəli kredit müqaviləsinin müddəti 12 iyul 2022-ci il tarixinədək uzadılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 12 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Tərəflərin izahatları.
3. Cavabdehlər Sadıqov Nı̇ zami Fərhad oğlu, İbrahı̇ mli Şakı̇ r İbrahı̇ m oğlu və Orucov Rəşı̇ d Zı̇ yad oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat veməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları.
5.İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 iyul 2019cu il tarixli, ***-*******NK120719-01 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir.
6. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, ***-*******NK120719-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
7. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, ***-*******NK120719-01/ZM/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
8. xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavə Razılaşmadan görünür ki, 12 iyul 2019-cu il tarixli, ***-*******NK120719-01 nömrəli kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması barədə razılıq əldə edilmişdir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş (pretenziyadan) müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 3 gün müddətində ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Banka əsas borc üzrə 6745.65 AZN, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 4609.20 AZN, cərimə borcu üzrə 0.90 AZN, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu üzrə 581.86 AZN olmaqla cəmi 11937.61 AZN məbləğində borcu vardır.
İşin faktiki halları.
11. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 12 iyul 2019-cu il tarixli, ***-*******NK120719-01 nömrəli kredit müqaviləsi imzalanmış və müqavilədə nəzərdə tutulan kredit məbləği sonuncuya təqdim edilmişdir. Eyni zamanda zaminlər İbrahı̇ mli Şakı̇ r İbrahı̇ m oğlu və Orucov Rəşı̇ d Zı̇ yad oğlu ilə də bank arasında müvafiq zaminlik müqavilələri imzalanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfin öz öhdəliklərini yerinə yetirmədiyini bildirir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəf iddia tələbinə dair etiraz yaxud mülahizə təqdim etməmişdir. Tətbiq olunan hüquq.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi cavabdeh Sadıqov Nı̇ zami Fərhad oğluna münasibətdə təmin edilməli, digər cavabdehlərə münasibətdə isə təmin edilməməlidir.
15. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh Sadıqov Nı̇ zami Fərhad oğluna vermiş, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və banka ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibəti olmuşdur və həmin müqavilənin eitbarsızlığına dəlalət edən hallar müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Sadıqov Nı̇ zami Fərhad oğluna münasibətdə əsaslıdır.
16. Məhkəmə hazırki iddia tələbini digər cavabdehlər İbrahı̇ mli Şakı̇ r İbrahı̇ m oğlu və Orucov Rəşı̇ d Zı̇ yad oğluna münasibətdə əsaslı hesab etmir. Məhkəmə zaminliyə xitam verilməsi ilə bağlı yuxarıda qeyd olunan mülki qanunvericilik normasına istinadən qeyd edir ki, yuxarıda qeyd olunan 3 il müddətinə bağlanmış xx.xx.2019-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində digər cavabdehlərə, yəni zaminlərə qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da digər cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin bu səbəblə əsassız olmasına dəlalət edir. Ona görə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd etdilmiş zaminliyə xitam verilməsi müddəti növünə görə kəsici müddətdir. Deməli, həmin 1 illik müddət kəsici müddət olduğuna görə bu müddətin keçməsi ilə tələb hüququ da itirilmiş hesab olunur.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.81 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Sadıqov Nı̇ zami Fərhad oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Sadıqov Nı̇ zami Fərhad oğlundan 6745.65 manat əsas borc, 4609.20 manat faiz borcu və 0.90 manat cərimə borcu və 581.86 manat illik 5 faizlə hesablanmış faiz borcu olmaqla cəmi 11937.61 (on bir min doqquz yüz otuz yeddi manat altmış bir qəpik) manat və iş üzrə ödənilmiş 125.81 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sadıqov Nı̇ zami Fərhad oğlundan 6745.65 manat əsas borc, 4609.20 manat faiz borcu və 0.90 manat cərimə borcu və 581.86 manat illik 5 faizlə hesablanmış faiz borcu olmaqla cəmi 11937.61 (on bir min doqquz yüz otuz yeddi manat altmış bir qəpik) manat və iş üzrə ödənilmiş 125.81 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.