Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-343/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4234.02 manat bundan-1153.64 manat əsas, 898.11 manat faiz, 2011.07 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 171.20 manat faiz borcu və iş üzrə ödənilmiş 62.34 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli 239/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. 30 mart 2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2046.96 manat müəyyən edilmişdir, kreditin müddəti 06 oktyabr 2018-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən X1 ilə Bank arasında 11 mart 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. 20 sentyabr 2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4234.02 manat təşkil edir. Bundan-1153.64 manat əsas, 898.11 manat faiz, 2011.07 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 171.20 manat faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin Hüquq şöbəsinin aparıcı mütəxəssisi Həsənli Hikmət ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 239/14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı Cavabdeh illik 33% ödənilməsi şərti ilə 18 ay müddətinə 2300 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli ZM-239/14 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 06 aprel 2017-ci il tarixli əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2046.96 manat müəyyən edilmişdir, kreditin müddəti 06 oktyabr 2018-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişə əsasən Zamin əlavə sazişlə tanış olduğunu və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka 1153.64 manat əsas, 898.11 manat faiz, 2011.07 manat cərimə, 171.20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 4234.02 manat borcu var. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspertiza rəylərindən n görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; 11 mart 2014-cü il tarixli 239/14 saylı kredit müqaviləsi; 06 aprel 2017-ci il tarixli 01 nömrəli əlavə sazişdə qeyd olunan şərtləri və Konstitusiya Məhkəməsinin Pelnumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 06 oktyabr 2018-vi il tarixə (müqavilə müddətinin sonuna) 534.53 manat: əsas borc üzrə 457.65 manat, faiz borcu üzrə 76,88 manat. 10 sentyabr 2021-ci il tarixə (maliyyə arayışı tarixinə) 275,59 manat: əsas borc üzrə 164.98 manat, faiz borc üzrə 76,88, faiz borcu (illik 5 faizlə hesablanmaqla) 33,73 manat. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu məcəllənin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Nəsimi filialı Cavabdeh illik 33% ödənilməsi şərti ilə 18 ay müddətinə 2300 manat məbləğində kredit vermişdir. 06 aprel 2017-ci il tarixli əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 2046.96 manat müəyyən edilmişdir, kreditin müddəti 06 oktyabr 2018-ci il tarixədək müəyyən edilmişdir. Zaminlik müqaviləsinə əsasən görünür ki, Zamin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərlərinə götürmüşdür. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduhəmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh və Zamin birgə qaydada 11 mart 2014-cü il tarixli 239/14 saylı kredit müqaviləsi üzrə 164.98 manat əsas, 76,88 manat faiz, 33,73 manat illik 5 % hesablanmış faiz borcu, ümumilikdə 275.59 manat və 62.34 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh və Zamin birgə qaydada 11 mart 2014-cü il tarixli 239/14 saylı kredit müqaviləsi üzrə 164.98 manat əsas, 76,88 manat faiz, 33,73 manat illik 5 % hesablanmış faiz borcu, ümumilikdə 275.59 (iki yüz yetmiş beş manat, əlli doqquz qəpik) manat və 62.34 (altmış iki manat, otuz dörd qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-343/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-343/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver