Məhkəmə qərarları › İş №e-2(010)-3460/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3460/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3460/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğində zərərin və 35,56 (otuz beş manat 56 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1590,76 (bir min beş yüz doxsan manat 76 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05344xx/xx- 2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00040 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1555,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2023-cü ilin aprel ayının sonlarında onunla anası Cavabdeh ilə evdə olarkən qapı döyüldü, anası qapını açanda özünü Qaz İdarəsinin işçisi kimi təqdim edən bir nəfər şəxsin onları çağırdığını görmüş, oğlu, anası ilə birlikdə çölə çıxmış, həmin şəxs onlara demişdir ki, onlara məxsus qaz sayğacı sınıb. Bundan sonra onlar küçəyə çıxmış və görmüşdür ki, ailələrinə məxsus və qonşunun hasarına birləşdirilmiş qaz sayğacının qapağı açılmış və plombu sınmış vəziyyətdədir. Həmin şəxsdən soruşmuşdur ki, sayğacın qapağı nəyə görə açıq vəziyyətdə olmaqla plombu sınıb? Sualına cavab olaraq həmin şəxs onlara demişdir ki, “mən Qaza nəzarətdən gəlmişəm. Həmçinin o, qeyd etdi ki, plombu açandan sonra görmüşdür ki, qaz sayğacı sınıb”. Onun bu cavabından sonra onlar tərəfindən əməkdaşlara bildirilmişdir ki, əgər sınıq var idisə nəyə görə plombu sındırmısan? O isə cavabında dedi ki, “plombu sındırandan sonra gördük ki, qaz sayğacında çat var”. O və ailəsi tərəfindən həmin qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Həmin qaz sayğacı onun evinin hasarından çöldə, hətta qonşunun həyətyanı sahəsinin hasarının bayır hissəsinə quraşdırılmışdır. Onların həmin sayğaca nəzərət etmək imkanı yoxdur. Qaz sayğacına edilmiş müdaxilədən nə onun, nə də ailəsinin heç bir xəbəri yoxdur. Həmin qaz sayğacı onun nəzarətindən və vizual müşahidəsindən kənar yerdə quraşdırılmışdır. Onun ailəsinə məxsus qaz sayğacı qaz idarəsinin işçiləri tərəfindən qəsdən sındırılıb. Əgər belə deyildirsə, İdarənin işçiləri ona məxsus sayğaca müdaxilə etməmişdən əvvəl, yəni sayğacın plombunun açılması prosesi zamanı onun da iştirakını təmin etməli idi. Həmin şəxsdən o, və anası tələb etmişdir ki, bu hadisəni yerində sənədləşdirsin, lakin, o bunu etməyərək çıxıb getmişdir. Bundan sonra oğlu Səbuhi ərazi üzrə Qaz İdarəsinin nümayəndəsi X4 zəng vurdu və baş vermiş hadisəni ona danışdı. Buna görə də Muxtar adlı şəxs gəldi və sayğacın qapağının, plombunun açıq, özünün isə sınmış vəziyyətdə olduğunu gördü. Bundan sonra Muxtar onlara demişdir ki, sayğac dəyişdirilməlidir. O, və anası əməkdaşların təklifi ilə razılaşmış və Muxtarın gətirdiyi yeni sayğac həmin yerə qoşuldu, köhnə sayğacı isə Muxtar özü ilə götürüb aparmışdır. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi barədə Qətnamə qəbul etməsini xahiş etmişdir. İş materialları İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX-05344xx/xx- 2023 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, həmin müqavilə əsasında İddiaçı İB tərəfindən Cavabdeh məxsus mənzilin qazla təmin edilməsi razılaşdırılmışdır. Təbii X5nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonent Cavabdeh ünvan 2 ünvanında olmuş və baxış zamanı xx.xx.2023-cü il tarixli Dövlət yoxlamasına əsasən **********1 saylı sayğacın qoruyucu plasmas qapağı sınıqdır. Sayğac istismara yararsızdır. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı xx.xx.2023-cü il tarixli aktından görünür ki, Sahib Cəfərov yaşadığı Əmircan q. Balandin ünvanında baxış keçirilmiş və baxış zamanı sayğacın ekranının yan tərəfində çart aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dari tələbnamədən görünür ki, ünvan 3 ünvandakı abonent Cavabdeh məxsus qaz sayğacında aşkar edilmiş nöqsan - Sənaye və məişət qaz sayğacılarını kalibrlənmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4244-1№ aktına əsasən G-4 markalı **********1 №-li sayğacın hesablama mexanizminin qoruyucu plasması qapağı sınıqdır. Abonentin saldosundan görünür ki, ünvan 4 ünvanındakı abonent Cavabdeh 01/2021-ci ildən 2023-cü ilədək təbii qazdan qalıq borcu mövcud deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.8. Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X5”: 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə, iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsası kimi iddiaçının rəhbər tutduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsi vurrulmuş zərərin tutulmasından bəhs edir ki, həmin normaların dispopzisiya şərtlərinin daxilində də iddianın hüquqi dəyərləndirməsini aparmaq mümkün deyildir. Belə ki, məhkəmədə müəyyən olunduğu kimi, tərəflər arasında zərər vurulmasından irəli gələn münasibətlər mövcud olmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, abonent Cavabdeh ünvan 5 ünvanı üzrə iddiaçının əməkdaşları tərəfindən təbii qazdan istifadə ilə əlaqədar olaraq baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunması barədə xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii X5nın pozulması haqqında” akt tərtib olunmuşdur. Abonent Cəfərova X3 rayonu, Əmircan qəsəbəsi, ev 3 mənzil 4 ünvanı üzrə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunması barədə iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii X5nın pozulması haqqında” akt abonent tərəfindən imzalanmamışdır. Hazırda iddiaçı, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğində zərərin və 35,56 (otuz beş manat 56 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1590,76 (bir min beş yüz doxsan manat 76 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsini tələb edir. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarından göründüyü kimi istehlakçı tərəfindən X5nın pozulması nəticəsində sonuncu iddiaçının əmlakı hesabına əsassız varlanmışsa iddiaçı həmin əmlakı (məbləği) tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, cavabdehin həqiqətən iddiaçının əmlakın hesabına əsassız varlandığı sübut olunmalıdır. Bu halı sübut etmək isə hər bir halda iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş materiallarından görünür ki, cavabdehin iddiaçının əmlakı hesabına əsassız varlandığını sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə iddia edilən cavabdehin əsassız varlanmasını təsdiq edən baş vermiş pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə akt, abonentin saldosu kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında cavabdehin iddiaçının əmlakı hesabına əsassız varlandığını sübut etməyə yetərli deyildir. İlk növbədə ona görə ki, məhkəmə məhkəməyə təqdim edilən aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olmasını qeyd edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bunun cavabdeh tərəfindən törədilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-də vurğulanır ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

Məhkəmə xərcləri Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi şəkildə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar