Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3465/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 Mözüb qızına, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 20715.87 manat (əsas borc 10578.22 manat, faiz borcu -10137.65) məbləğin və ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi. İddia tələbinin dəlilləri "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli F119 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X3 48 ay müddətinə, illik 28 % olmaqla 12223 (on iki min iki yüz iyirmi üç) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli F119 saylı Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borc 10578.22 manat, faiz borcu 10137.65 manat, ümumilikdə 20715.87 manat məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 vərəsələri - Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Kənan Kazımov "AZEMİS" vasitəsi ilə xx.xx.2022-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli F119 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borclana 48 ay müddətinə, illik 28 % olmaqla 12223 (on iki min iki yüz iyirmi üç) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019 tarixdə ölmüş X2 vərəsələri arvadı Cavabdeh3, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1dur, onlardan hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə X3 verilmiş **********25- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 126.4 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0285 ha olan torpaq sahəsindən ibarətdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Cavabdeh3 Mözüb qızına, Cavabdeh2 və Cavabdeh1 ünvanladığı bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, F119 sayılı kredit müqaviləsi üzrə ümumi borc 20715.87 manat (iyirmi min yeddi yüz on beş manat 87 qəpik), o cümlədən 10578.22 manat (on min beş yüz yetmiş səkkiz manat 22 qəpik) əsas borc, 10137.65 (on min bir yüz otuz yeddi manat 65 qəpik) manat isə faiz borcu təşkil edir. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli F119 saylı kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2019-cu ildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə 48 ay müddətinə, illik 28 % olmaqla 12223 (on iki min iki yüz iyirmi üç) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit xətti açılmış, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, X2 iddiaçıya əsas borcu 10578.22 manat, faiz borcu 10137.65 manat olmaqla ümumilikdə 20715.87 manat məbləğində borcu vardır. X1 xx.xx.2019-cu ildə ölmüşdür. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2019 tarixdə ölmüş X2 vərəsələri arvadı Cavabdeh3 qız, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1dur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 Mözüb qızı, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 Mözüb qızından, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli F119 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10578.22 manat və faiz borcuna görə 10137.65 manat olmaqla, cəmi 20715.87 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 153 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 Mözüb qızından, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli F119 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10578.22 (on min beş yüz yetmiş səkkiz manat iyirmi iki qəpik) manat və faiz borcuna görə 10137.65 (on min bir yüz otuz yeddi manat altmış beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 153 (bir yüz əlli üç) manat olmaqla cəmi 20 868,87 (iyirmi min səkkiz yüz altmış səkkiz manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3465/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3465/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver