Məhkəmə qərarları › İş №e-2(010)-3473/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3473/2024

24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3473/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 397 manat məbləğində pulun və 30.4 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5347 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsi və “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsiə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1209/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 3854.41 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. İXP ******* saylı protokola görə 96 manat; 2. EQ 10750581 saylı protokola görə 18 manat; 3. İXP ******* saylı protokola görə 160 manat; 4. İXP ******* saylı protokola görə 96 manat; 5. EQ 10750580 saylı protokola görə 9 manat; 6. EQ 10750576 saylı protokola görə 18 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 397 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMCyə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı, nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5347 saylı daxili lizinq müqaviləsindən görünür ki bu müqavilənin şərtlərinə uyğun olaraq “Lizinq verən” “Lizinq alan”ın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla “Lizinq alan”ın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, “Lizinq alan” tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 12200 manat təşkil edir. “Lizinq alan” bu müqavilə imzalandığı gün 2200 manat məbləğində lizinq ödənişini “Lizinq verən”ə ödəməyi öhdəsinə götürür. Ödənilmiş 2200 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 33 ay müddətində, illik 17.5% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. xx.xx.2022-ci il tarixli, MAS-5347 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə əldə olunan əmlak: alğı-satqı qiyməti 12200 manat olan “Khazar SD” minik markalı, NVAW01HHFKE160302 ban nömrəli, qara rəngli avtomobil. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, NVAW01HHFKE160302 ban nömrəli, qara rəngli avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi nətcəsində yaranmış borcun ödənilməsi, ödənilməyəcəyi təqdirdə bununla bağlı tələblə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1209/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5347 saylı “daxili lizinq” müqaviləsi üzrə 485.63 manat əsas borc, 281.18 manat gecikdirilmiş mükafat və 30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpası üçün tələb edilən 3057.60 manat olmaqla, ümumilikdə 3854.41 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı avtomobil elə müqavilənin bağlandığı gün – xx.xx.2022-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh həmin vaxtdan avtomobili lizinq alan kimi faktiki idarə etməyə başlamışdır. Göründüyü kimi avtomobil xx.xx.2022–ci il tarixindən Cavabdeh faktiki sahiblik və istifadəsində olmuşdur. İddiaçı MMC iddia edir ki, avtomobilin cavabdehdə olduğu dövr ərzində cavabdeh bir sıra inzibati xətalar törədərək inzibati cərimə olunmuş, cəmi 397 manat məbləğində olan bu cərimələr İddiaçı MMC tərəfindən ödənilmiş, müvafiq ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Əliyev X1 və istifadəsində olduğu dövrdə bu avtomobillə bağlı altı dəfə AR X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair İXP 4724535, EQ 10750581, İXP 4753286, İXP 4820097, EQ 10750580 və EQ 10750576 nömrəli protokollar tərtib edilmişdir. Bu protokollara görə İddiaçı MMC tərəfindən 397 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzlərində hər bir qəbz üzrə ödənişin hansı nömrəli sənədə görə ödənildiyi qeyd edilmişdir. Həmin qəbzlərdən görünən sənəd nömrələri ilə AR X7 İdarəsi tərəfindən tərtib edilmiş yuxarıda sadalanan protokolların nömrələri üst-üstə düşmüş, müvafiq protokollar üzrə ümumilikdə 397 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi avtomobilin cavabdeh Əliyev X1 və istifadəsində olduğu dövrdə cavabdeh tərəfindən dəfələrlə inzibati xətalar törədilmiş, cavabdeh bu xətalara görə dəfələrlə inzibati cərimə edilmişdir. Belə görünür ki, Cavabdeh avtomobili İddiaçı MMC-yə təhvil verdikdən sonra bu cərimələri ödəməmiş və altı protokol üzrə cəmi 397 manat məbləğində cərimə və dəbbə pulu ödənilməmiş qalmışdır ki, həmin pulu da İddiaçı MMC ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh təqsirli hərəkətləri nəticəsində törətdiyi inzibati xətalara görə ödədiyi cəmi 397 manat məbləğində pulu dəymiş zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 397 manat məbləğində pul və ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 397 (üç yüz doxsan yeddi) manat məbləğində pul və ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar