Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3475/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6900.09 manat əsas borc, 0.01 manat faiz borcu borcu olmaqla, cəmi 6900.10 manat məbləğində kredit borcunun və ödənilmiş 89.01 manat dövlət rüsumunun, habelə 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" ASC ilə X10 arasında xx.xx.2019-cu il tarixli BPM**********65 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 illik 24 %-lə, 41 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 089071 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X6 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-457 reyestr nömrəli xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən miras əmlak - ********** qeydiyyat nömrəli dövlət reyestrindan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89.1 kv/m, 4 otaqlı mənzildən və 2V-456 reyestr nömrəli xx.xx.2020-ci il tarixli şəhadətnaməyə əsasən miras əmlak 11288.80 manatdan ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X6 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 6900.09 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 6900.1 manat borcu qalmışdır. Cavabdeh mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-12499/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 89.01 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfin bütün ödənişləri bank sənədlərində qeyd edilib.
4. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh miras qalmış mənzili artıq satmışdır və bankın ona qarşı iddiası tamamilə əsassızdır. Bank ödənişləri də düzgün hesablamamış, bəzi ödənişlər ödəniş cədvəlində qeyd edilməmişdir.
İş materialları.
5. xx.xx.2019-cu il tarixli, BPM**********65 nömrəli kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, "xxxx" ASC tərəfindən X7 illik 24%-lə 41 ay müddətinə 10000 manat kredit verilmişdir.
6. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X10 tərəfindən 10000 manat məbləğində pul vəsaiti qəbul edilmişdir.
7. AZ-İİ seriyalı, 089071 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
8. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 2V- 456 nömrəli “Qanun üzrə Vərəsəlik Hüquq haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri : Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ARDNŞ Heydər Əliyev adına X15 xx.xx.2020-ci il tarixli SOCAR**********70020767A00094 nömrəli məktubuna əsasən X7 hesablanmış 1288.80 manatdan ibarətdir.
9. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 2V- 457 nömrəli “Qanun üzrə Vərəsəlik Hüquq haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri : Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X7 verilmiş **********08-05101-093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89.1 kv m, yaşayış sahəsi 63.7 kv.m olan 4 otaqlı mənzildən ibarətdir.
10. Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
11. Maliyyə arayışından görünür ki, mərhum X6 xx.xx.2019-cu il tarixli, BPM**********65 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 6900.09 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla cəmi 6900.10 manat borcu vardır.
İşin faktiki halları.
12. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC ilə mərhum X10 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmış və ona illik 24%-lə 41 ay müddətinə 10000 manat kredit verilmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Borclunun yeganə vərəsəsi cavabdeh hesab edilmiş və ondan miras qalan əmlaka dair cavabdehə vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırki iddia tələbində iddiaçı ödənilməmiş kredit borcunu mərhumun vərəsəsi – hazırki iş üzrə Cavabdeh tələb edir və öz tələbində ona istinad edir ki, mərhumdan qalan miras aktivi Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəf isə iddia tələbinə münasibətdə bildirir ki, iddia tələbini qəbul etmir. Etiraz onunla əsaslandırılır ki, o, daha çox ödəniş etmiş, lakin bank bu ödənişlərin hamısını nəzərə almamışdır. Tətbiq olunan hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
14. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.
Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
19. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı - kreditor "xxxx" ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni X2na xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında illik 24%-lə 41 ay müddətinə 10000 manat kredit vermişdir. X2 isə kreditor qarşısındakı öhdəliyini tam icra etməmiş xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Mərhumənin öhdəliyi şəxsi xarakterli deyil və vərəsəlik üzrə keçir. Onun yeganə vərəsəsi cavabdehdir. Hazırda bank mərhum borclunun vərəsəsindən – Cavabdeh borcun ödənilməsini tələb edir. İş materiallarından müəyyən edilir ki, mərhum X5 miras qalmış əmlaklar onun yeganə vərəsəsi kimi tanınan Cavabdeh tərəfindən qəbul edilmişdir. Etiraza münasibətdə məhkəmə bildirir ki, etiraz maddi hüquq normalarının tələbləri baxımından əsaslı deyildir. Miras qoyanın öhdəliyinin vərəsəyə keçməsi üçün iki şərt müəyyən edilmişdir. Birincisi, həmin öhdəlik şəxsi xarakterli öhdəlik olmamalıdır, ikincisi vərəsə miras aktivini qəbul etmiş olmalıdır. Hazırkı işə hər iki hal mövcuddur Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdeh borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi Cavabdeh qarşı irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 89.01 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Hüseynova Nı̇ gar İdrı̇ s qızından 6900.09 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla cəmi 6900.10 manat və iş üzrə ödənilmiş 89.01 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Hüseynova Nı̇ gar İdrı̇ s qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 6900.09 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla cəmi 6900.10 manat pul vəsaiti və iş üzrə ödənilmiş 89.01 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.