Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3493/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh əsas məbləğ üzrə borc : 291.04 AZN (iki yüz doxsan bir manat dörd qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 35.26 AZN (otuz beş manat iyirmi altı qəpik) cərimə borcu: 30.41 AZN (otuz manat qırx bir qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 AZN (dörd manat səksən qəpik) cəmi borc: 363.51 AZN (üç yüz altmış üç manat əlli bir qəpik) məbləğində kredit kartı borcunun, və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi). Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı “X1 Azərbaycan” QSCnin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri xx.xx.2019-cu ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə, Bankı tərəfindən borcalan Cavabdeh qızna istehlak yönümlü 300.00 (üç yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditn əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 291.04 (iki yüz doxsan bir manat dörd qəpik) manat hesablanmış və ödənilməmiş faiz borcu: 35.26 (otuz beş manat iyirmi altı qəpik) manat cərimə borcu: 30.41 (otuz manat qırx bir qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 (dörd manat səksən qəpik) manat cəmi borc: 363.51 (üç yüz altmış üç manat əlli bir qəpik) manat. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə, Bankı tərəfindən borcalan Cavabdeh qızna istehlak yönümlü 300.00 (üç yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. “X1 Azərbaycan” QSC-ti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə Cavabdeh Ədalət qızı (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bankımız tərəfindən ona 300.00 (üç yüz) manat məbləğində kredit kartı limiti ayrılmısdır. Cavabdeh "xxxx" QSC-yə hazırda borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ üzrə borc: 291.04 (iki yüz doxsan bir manat dörd qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu: 35.26 (otuz beş manat iyirmi altı qəpik) manat, cərimə borcu: 30.41 (otuz manat qırx bir qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 (dörd manat səksən qəpik) manat cəmi borc: 363.51 (üç yüz altmış üç manat əlli bir qəpik) manatdır. “X1 Azərbaycan” QSC-nin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "“X1 Azərbaycan” QSC-ti tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədikləri təqdirdə məhkəmədə barələrində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmış və kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh qızna istehlak yönümlü 300.00 (üç yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh əsas məbləğ üzrə borc: 291.04 (iki yüz doxsan bir manat dörd qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu: 35.26 (otuz beş manat iyirmi altı qəpik) manat, cərimə borcu: 30.41 (otuz manat qırx bir qəpik)manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 (dörd manat səksən qəpik) manat olmaqla cəmi borc: 363.51 (üç yüz altmış üç manat əlli bir qəpik) manat məbləğindədir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 23,41 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də, məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 15 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə borc: 291.04 (iki yüz doxsan bir manat dörd qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu: 35.26 (otuz beş manat iyirmi altı qəpik) manat, cərimə borcu: 15 (on beş) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 (dörd manat səksən qəpik) manat cəmi borc: 348,1 (üç yüz qırx səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc: 291.04 (iki yüz doxsan bir manat dörd qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu: 35.26 (otuz beş manat iyirmi altı qəpik) manat, cərimə borcu: 15 (on beş) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 (iki) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 (dörd manat səksən qəpik) manat cəmi borc: 348,1 (üç yüz qırx səkkiz manat on qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3493/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3493/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver