Məhkəmə qərarları › İş №e-2(010)-3538/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3538/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3538/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, yəni Cavabdeh ödədiyi ilkin ödəniş olaraq 1300 manat, aylıq olaraq ona məxsus bank kartlarına ödədiyi 8217 manat, Cavabdeh göstərişi ilə X4 məxsus bank kartına ödədiyi 2651 manat, cəmi 12.168 (on iki min yüz altmış səkkiz) manat məbləğdə pul vəsaitinin, həmçinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat xidmət haqqının Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı Cavabdeh (bundan sonra- cavabdeh) ilə razılaşaraq, öz aralarında cavabdehə məxsus Toyota Prius(Hibrid) markalı, 77ED853 dövlət qeydiyyat nişanlı 2007ci il buraxılışlı minik avtomobilini tərəflər arasında bağlanılmış ilkin alqı-satqı müqaviləsi əsasında almışdır. Razılaşmaya əsasən cavabdehə ilkin olaraq 1300 (min üç yüz) manat, 18 ay müddətində isə hər ay 750 manat olmaqla 13.500 (on üç min beş yüz) manat ödəməyi öhdəsinə götürmüş, satıcı olan cavabdeh də bu şərtlərlə razılaşmışdır. Avtomobil nasaz vəziyyətdə olmuş, onun saz vəziyyətdə gətirilməsi üçün xərcləri də o (iddiaçı), öz üzərinə götürmüşdür və idarə etdikcə ötən dövr ərzində nasazlıqları aradan qaldırmışdır. Avtomobili aldığı gün Cavabdeh ona, oğlu X5 və kürəkəni X9 nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə vermişdir (ona verilən etibarnamə maşında gedib). Həmin vaxtdan başlayaraq, hər həftə o, 175 manat olmaqla, aylıq 750 manat ödəmiş, ödənişləri Cavabdeh təlimatı ilə X2 və Cavabdeh adına olan kartlara “milliön" və “e-manat" ödəniş terminallarından istifadə etməklə ödəmiş, bəzən isə kartdan karta köçürmə etmişdir. Bəzi hallarda həftəlik pul olan 175 manatı tam ödəməyə imkanı olmadığından həmin pulu da hissə-hissə ödəmiş, həmin çeklərin hamısı onda vardır, eləcə də ödəniş etdikcə onu özünə məxsus qeyd kitabçasında qeyd etməklə hesabatını aparmışdır. Həmin avtomobili almağında məqsəd boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olmaq olmuşdur, lakin dövlət tərəfindən istehsal ili 15 ildən artıq olan avtomobillərə taksi fəaliyyəti xx.xx.2024-cü il tarixindən qadağan ediləcəyindən, o, Cavabdeh xahiş etdi ki, 1 iyula kimi ödənişləri 175 manatdan ödəyəcək, daha sonra qalan 3 ayın ödənişini həftəlik 175 manatdan ödəyə bilməyəcək, həmin 3 ayı daha az məbləğ ilə ödəsin, tam qurtarandan sonra avtomobili adına keçirsinlər. Eyni zamanda bildirmişdir ki, imkan olarsa pulu elə 3 ay ərzində də bağlayacaqdır. Bunu deməkdə məqsədi o idi ki, Anar ilə həmin günə qədər mehriban münasibətləri olmuşdur, ona əmi deyə müraciət edirdi, fikirləşirdi ki, az da olsa onunla müddətdə razılaşar. Amma razılaşmayacağı təqdirdə də 1 iyuldan sonra olan öhdəliyini də tam şəkildə icra edəcəkdi, lakin o qanunsuz hərəkətləri ilə buna imkan verməmişdir. Belə ki, Cavabdeh iyun ayının 6-da guya söhbət etmək adı ilə məni görüşə dəvət etmiş, bir tanışı ilə mənimlə Suraxanı rayonu ərazisində görüşdükdə, ondan aralarında olan alqı-satqı müqaviləsini istəmiş, ona həmin müqaviləni verdikdə, gözləmədiyi halda alqı-satqı müqaviləsini cırmış, öz avtomobilində olan müqaviləni də tanışı qaçaraq gedib götürüb cırmış, ona isə artıq belə bir müqavilənin olmadığını bildirmişdir. Bundan sonra 30 ay 500 manatdan pul gətirməsən avtomobili sənin adına keçirən deyilik demiş, bunun qanuna uyğun olmadığını bildirsə də, onlar avtomobili də ondan alaraq, çıxıb getmişlər. O, müqavilə üzrə xx.xx.2024-cü il tarixində öhdəliyini icra etmiş, növbəti isə xx.xx.2024-cü il tarixində icra olunacaqdı, lakin Cavabdeh ondan avtomobili zorla alaraq, taksi fəaliyyəti göstərərək öhdəliyini icra etməyə mane olmuş və nəticədə müqavilə şərtlərini qəsdən və bilərəkdən pozmuşdur ki, qalan ödənişləri də etdikdən sonra, avtomobili adına keçirtməsin. Nəticədə onlara, yəni X4 məxsus bank kartına ödədiyi 2651 manat, Cavabdeh məxsus bank kartına ödədiyi 8217 manat, ilkin ödəniş olaraq nağd qaydada Cavabdeh ödədiyi 1300 manat olmaqla ümumilikdə 12.168 (on ki min yüz altmış səkkiz) manat ziyana məruz qalmış, cavabdeh də həmin pulu ona geri ödəməkdən imtina etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, aralarında ilkin alqı-satqı olmuşdur. Avtomobilə görə cavabdehə 12168 manat ödəniş etmişdir. Cavabdeh sonradan həmin müqaviləni ondan alıb cırmışdır. Həmin avtomobilə görə ona aylıq 175 manat pul ödəyirdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onlar arasında alqı-satqı müqaviləsi olmamışdır. O, avtomobili iddiaçıya icarəyə vermişdir, gündəlik 25 manat hesablanmaqla iddiaçı ona həftəlik 175 manat pul ödəyirdi. İddiaçı taksi fəaliyyəti ilə məşğul idi. Danışıqları belə olmuşdur ki, 36 ay ərzində razılaşdırılmış ödənişi etsə idi, avtomobili ona bağışlayacaqdı.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, cavabdeh avtomobili gündəlik 25 manat olmaqla həftəlik 175 manat müqabilində iddiaçıya vermişdir. Eyni zamanda, aralarında razılaşdırılmışdır ki, cavabdeh 36 ay ödəniş etsə, iddiaçı maşını ona bağışlayacaqdır.

İş materialları.

7. İş materiallarında olan X1 Şəhadətnaməsindən görünür ki, Toyota Prius (Hibrid) markalı, 77ED853 dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı minik avtomobili Cavabdeh mülkiyyətindədir.

8. xx.xx.2023-cü il tarixli Nəqliyyat Vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2026-cı il tarixədək mülkiyyətində olan Toyota Prius (Hibrid) markalı, 77ED853 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir.

9. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh və X3 hesabına müxtəlif vaxtlarda İddiaçı tərəfindən pul vəsaitləri ödənilmişdir.

10. İş materiallarında olan CD diskə və “Flash card”a baxış keçirilən zaman müəyyən edilir ki, Cavabdeh qeyd olunan avtomobillə əlaqədar aralarında yaranmış məsələyə görə İddiaçı yalnız onun depozit olaraq verdiyi 1300 manat pul vəsaitindən 200 manatını avtomobilin təmirə sərf olunduğundan qalıq 1100 manat pul vəsaitini qaytaracağını bildirmişdir. Həmin səs yazılarından o da müəyyən olunur ki, iddiaçı avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə götürmüşdür.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Cavabdeh onun dostudur. Aralarındakı mübahisə maşınla bağlıdır. İddiaçı avtomobilə görə cavabdehə 1300 manat depozit pul vəsaiti ödəyib və bizdə o pul vəsaitini Anara vermişik. İddiaçı həmin avtomobili günlük 25 manat olmaqla icarəyə vermişdir. Ona bildirilmişdir ki, 6 ay sonra onun depozit olaraq verdiyi pul vəsaiti qaytarılacaq, əvəzində o, həmin avtomobildən taksi kimi fəaliyyət göstərib xeyir verməli idi. Anar ona bildirmişdi ki, 36 ay ödəniş etdikdən sonra avtomobili ona bağışlayacaqdır. Lakin, sonradan iddiaçı pul vəsaitini ödəyə bilmədiyi üçün avtomobili cavabdehə geri qaytarmışdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, Cavabdeh onun tanışıdır, iddiaçını tanımır. İddiaçı onlara yaxınlaşıb bildirdi ki, maşın götürmək istəyir və 1300 manat pul depozit qoymuşdur. Maşın Anarın maşını idi, iddiaçıya maşını təqdim etdilər və günlük icarə əsasında 25 manat olmaqla 36 ay ərzində ödəniş etsə idi, Anar ona maşını bağışlayacaqdı. İddiaçı ödənişləri edə bilmədiyi üçün avtomobili geri qaytarmışdır.

İşin faktiki halları.

13. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı mübahisə obyekti olan avtomobilə münasibətdə cavabdehlə aralarında ilkin alqı-satqı müqaviləsi imzalandığını bildirir və qeyd edir ki, ilkin olaraq cavabdehə 1300 manat depozit vermişdir, daha sonra gündəlik 25 manat hesablanmaqla həftəlik 175 manat ödəniş etmişdir, lakin sonradan ödənişlə bağlı aralarında razılıq əldə olunmadığından cavabdeh müqaviləni ondan alıb cırmaqla və eyni zamanda avtomobili geri tələb etməklə aralarındakı razılaşmanı pozmuşdur. Bu səbəbdən hesab edir ki, həmin avtomobilə dair cavabdehə ödədiyi pul vəsaitləri geri qaytarılmalıdır. Cavabdeh tərəf isə iddia tələbinə münasibətdə bildirir ki, aralarında alqı-satqı münasibətləri olmamışdır, cavabdeh iddiaçıya avtomobili günlük 25 manat hesablanmaqla həftəlik 175 manat ödəmək şərtilə icarəyə vermiş və eyni zamanda bildirmişdir ki, 36 ay ərzində eyni qaydada ödəniş edərsə avtomobili ona bağışlayacaqdır. İşin hallarından o da müəyyən olunur ki, cavabdeh avtomobillərin icarəyə verilməsi ilə məşğuldur, iddiaçı cavabdehlə avtomobillərin icarəyə verilməsi ilə bağlı internet səhifəsi vasitəsilə tanış olmuşdur. İddiaçı avtomobili nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə əsasında idarə edib və müəyyən müddət taksi fəaliyyəti ilə məşğul olub. Sonradan, bu fəaliyyət növü üzrə qanunvericilik dəyişdiyinə görə, o taksi fəaliyyətini dayandırmalı olub.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 389. Müqavilə anlayışı

389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 406. Müqavilənin forması

406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

Maddə 700. İcarə müqaviləsi

700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;

Məhkəmənin mövqeyi

16. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

17. Mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin əsası pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı öz tələbində cavabdeh tərəfindən ona təqdim edilən avtomobilə dair aralarında ilkin alqı-satqı müqaviləsinin imzalandığını, həmin münasibət əsasında cavabdehə 1300 manat ilkin ödənişi depozit olaraq ödəməklə qalan vəsaiti günlük 25 manat olmaqla həftəlik 175 manat olaraq ödəməyi razılaşdırdıqlarını, daha sonra aralarında ödəniş məsələsi ilə əlaqədar narazılıq yarandığından cavabdehin müqavilə şərtlərini pozaraq avtomobili ondan geri aldığını bildirir və hesab edir ki, aralarında olan alqı-satqı müqaviləsinin şərtlərini cavabdeh pozub. İddiaçı qeyd olunan hallara istinad etməklə aralarında alqı-satqı münasibətlərinin yarandığını bildirsə də, lakin işin halları ilə, həmçinin tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər arasındakı münasibət alqı-satqı münasibəti olmamışdır. Belə ki, iş materiallarında olan CD diskə və “Flash Card”a baxış keçirilərkən və eyni zamanda hazırki məhkəmə iclasında proses iştirakçılarının izahatından aydın olur ki, cavabdeh öz mülkiyyətində olan Toyota Prius (Hibrid) markalı, 77ED853 dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat olmaqla həftəlik 175 manat ödəmək şərtilə iddiaçıya vermiş və eyni zamanda razılaşdırılmışdır ki, iddiaçı 36 ay müddətində eyni qaydada ödəniş edərsə, avtomobili cavabdeh ona bağışlayacaqdır. Elə iddiaçı tərəfin izahatından da müəyyən olunur ki, o avtomobili taksi fəaliyyəti göstərmək məqsədi ilə cavabdehdən gündəlik dəyəri hesablanmaqla icarəyə götürmüşdür. Avtomobilin 36 ay ərzində ödəniş edildiyi təqdirdə cavabdeh tərəfindən iddiaçıya bağışlanması barədə tərəflərin razılaşması da tərəflər arasında münasibətin alqı-satqı yox, icarə münasibəti olduğuna dəlalət edir. Bundan başqa, işdə olan səs yazılarından, eləcə də şahid ifadələrindən müəyyən edilir ki, ilkin olaraq ödənilmiş depozit məbləği ilə bağlı tərəflərin razılaşması ondan ibarət olmuşdur ki, avtomobil altı aydan tez qaytarılarsa, depotiz geri qaytarılmır, bu müddətdən sonra avtomobil qaytarılırsa, depozit də geri qaytarılmalıdır. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, şahid ifadələri məntiqi və inandırıcıdır. Məhkəmə şahid ifadələrinin qərəzli və yaxud birtərəfli hesab edilməsi üçün əsas görmür və hesab edir ki, onlara tənqidi yanaşılması üçün hər hansı bir əsas yoxdur. Göründüyü kimi, tərəflər arasındakı əmlaka dair münasibət icarə münasibətinin elementlərini özündə cəmləşdirir. İddiaçı tələbində və izahatlarında aralarında yazılı müqavilənin olduğunu, cavabdehin həmin müqaviləni cırdığını bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, işin araşdırılmasından və işdə olan tərəflərə aid səs yazılarının müayinəsindən tərəflər arasında hər hansı yazılı sənədin və ya razılaşmanın olması halı müəyyən edilmir. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında münasibət icarə münasibəti olmuşdur. Tərəflər arasında həmin avtomobillə bağlı münasibət icarə münasibəti olduğundan məhkəmə hesab edir ki, iddiaçı avtomobilə dair həftəlik olaraq ödədiyi pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, icarə münasibətinin mahiyəti ondan ibarətdir ki, şəxs icarə əsasında əldə etdiyi əmlakdan istifadə etməklə yanaşı, eyni zamanda ondan bəhər (gəlir) əldə edir. Hazırki tələbdə də iddiaçı bildirir ki, avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehdən etibarnamə əsasında götürmüş və avtomobil onda olduğu müddətdə ondan gəlir əldə etmiş, bu gəlir əsasında da cavabdehə həftəlik olaraq ödənişlər etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin icarə haqqı olaraq ödənilən vəsaitlərə münasibətdə təmin edilə bilməz. Ona görə ki, həmin vəsaitlərin iddiaçıya qaytarılması əsassız varlanmaya səbəb olar. Məhkəmə hesab edir ki, iddia tələbi 1300 manat depozit olaraq verilmiş pul vəsaitinə münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı cavabdeh özü də bildirmişdir ki, iddiaçı tərəfindən 1300 manat depozit pul qoyulmuş, lakin onun 200 manat hissəsi avtomobilin təmir xərclərinə sərf edildiyindən 1100 manat pul vəsaitini qaytaracaqdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Tələbin bu hissəsinə iddiaçı hər hansı etiraz bildirməmişdir. Bu hal tərəflərin səs yazılarında da öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməklə cavabdehdən 1100 manat pul vəsaiti tutulmaqla iddiaçıya ödənilməlidir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi 127 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilən pul vəsaitinin cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 127 manat dövlət rüsumunun 31 manat hissəsi, eyni zamanda hazırki mübahisənin xarakteri və vəkil tərəfindən hazırki işə sərf olunan vaxt miqdarı da nəzərə alınmaqla 300 manat pul vəsaitinin 100 manat hissəsi cavabdeh Məstı̇ yev Anar Saleh oğlundan tutularaq iddiaçı İbrahı̇ mov Rakı̇ f Sabı̇ r oğluna ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Məstı̇ yev Anar Saleh oğlundan 1100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İbrahı̇ mov Rakı̇ f Sabı̇ r oğluna ödənilməli və iş üzrə ödənilmiş 127 manat dövlət rüsumunun 31 manat hissəsi və vəkil tərəfindən hüquqi yardım göstərilməsinə görə ödənilmiş 300 manat pul vəsaitinin 100 manat hissəsi cavabdeh Məstı̇ yev Anar Saleh oğlundan tutularaq iddiaçı İbrahı̇ mov Rakı̇ f Sabı̇ r oğluna ödənilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Məstı̇ yev Anar Saleh oğlundan 1100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İbrahı̇ mov Rakı̇ f Sabı̇ r oğluna ödənilsin. İş üzrə ödənilmiş 127 manat dövlət rüsumunun 31 manat hissəsi və vəkil tərəfindən hüquqi yardım göstərilməsinə görə ödənilmiş 300 manat pul vəsaitinin 100 manat hissəsi cavabdeh Məstı̇ yev Anar Saleh oğlundan tutularaq iddiaçı İbrahı̇ mov Rakı̇ f Sabı̇ r oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyigündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar