Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3546/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair məhkəməyə müraciət edərək, Sabunçu rayon məhkəməsinin 26.08.2011-ci il tarixli 2(008)-2220/2011 № li qətnaməsi ilə “08 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 09 iyun 2011-ci il tarixindən başlayaraq Cavabdeh qazancından 100 (bir yüz) manat məbləğində alimentin tutularaq mənə ödənilməsi” barədə qət edilmiş məbləğin dəyişdirilərək 08 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 25.06.2009-cu il tarixində Cavabdeh ilə nikaha daxil olmuşdur. Həmin nikahdan 08 aprel 2010-cu il tarixində Məhəmməd adlı bir oğlu olmuşdur. Aralarında olan problemlərlə əlaqədar olaraq Sabunçu rayon məhkəməsinin 26.08.2011-ci il tarixli 2(008)-2220/2011 № li qətnaməsi ilə nikahı pozulmuş və 08 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 09 iyun 2011-ci il tarixindən başlayaraq Cavabdeh qazancından 100 (bir yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Aliment tutulmağa bağlandığı vaxtdan 10 (on) ilə yaxın vaxt keçmişdir. Həmin vaxtdan uşağın ehtiyacları da artmış və pul dəyərini xeyli itirmişdir. Həmçinin həmin vaxtdan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da artaraq 175 (bir yüz yetmiş beş) manat məbləğində olmuşdur. Lakin cavabdeh bu günə qədər qanunda baş vermiş dəyişikliklərə uyğun məbləğdə alimenti könüllü olaraq ödəmədiyi üçün o, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar, iddiaçı Sabunçu rayon məhkəməsinin 26.08.2011-ci il tarixli 2(008)-2220/2011 № li qətnaməsi ilə “08 aprel 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 09 iyun 2011-ci il tarixindən başlayaraq Cavabdeh qazancından 100 (bir yüz) manat məbləğində alimentin tutularaq mənə ödənilməsi” barədə qət edilmiş məbləğin dəyişdirilərək 08 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarından olan Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı nikaha xitam verilməsi və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh Cavabdeh arasında 25 iyun 2009-cu ildə Nizami rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması, 08 aprel 2010-cu il tarixdə anadan olmuş X3 iddiaçı X2 yanında və himayəsində saxlanılmış, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 09 iyun 2011-ci il tarixdən Cavabdeh qazancından 100 (bir yüz) manat məbləğində aliment tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2012-ci il nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X2 nikahları Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 oktyabr 2012-ci il tarixdə 361 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə Nağıyev soyadı, qadına isə Qurbanova soyadı verilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 09.07.2010-cu il tarixli, AZ-T seriyalı, 094204 saylı doğum haqqında şəhadədətnamənin surətindən görünür ki, X3 08 aprel 2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09 iyul 2010-cu il tarixdə 1890 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və 12.11.1989-cu il tarixli Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, qida rassionlarına uyğun şəkildə qidalanması, təhsili ilə bağlı xərclərin mövcudluğunu və bununla da hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, iddiaçının Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2011-ci il tarixliqətnaməsi ilə müəyyən edilmiş 100 manat məbləğində sabit pul məbləğinin artırılması ilə əlaqədar 10 il ərzində müraciət etmədiyindən, uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq, iddianın qismən təmin edərək uşağın saxlanılması üçün aylıq 175 manat məbləgində alimentin artırılmasını qət edilməsini məqsədə müvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabunçu rayon məhkəməsinin 26.08.2011-ci il tarixli 2(008)-2220/2011 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə 08 aprel 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşağa görə 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-3546/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3546/2021
14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver