Məhkəmə qərarları › İş №e-2(010)-355/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-355/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-355/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG üçün 1513.1 manat ödənilməmiş hissə, 459 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, BİKE TOBA velosiped üçün, 259.2 manat ödənilməmiş hissə, 75.8 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********01397 SAMSUNG GALAXY A51 markalı telefon üçün, 95.6 manat ödənilməmiş hissə, 34 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün, 1289.4 manat ödənilməmiş hissə, 382.4 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********05320 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün, 453.5 manat ödənilməmiş hissə, 137.5 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LENOVO kompüter üçün, 991.5 manat ödənilməmiş hissə, 306 manat dəbbə, ümumilikdə 5997 manat borc, 79.97 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG, BİKE TOBA velosiped, İMEİ KOD **********01397 SAMSUNG GALAXY A51 markalı telefon, SAMSUNG LED TV, İMEİ KODU **********05320 XİAOMİ Mİ 11 LİTE markalı telefon, LENOVO kompüter almış və nəticədə 5997 (beş min doqquz yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2056.8 manat (24 ay x 85.7 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 1972.1 manat olmaqla ondan, 1513.1 manat ödənilməmiş hissə, 459 manat dəbbə, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 424.8 manat (18 ay x 23.6 manat + 0 manat ilkin ödəniş) olan BİKE TOBA velosiped üçün ümumilikdə 335 manat olmaqla ondan, 259.2 manat ödənilməmiş hissə, 75.8 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 734.4 manat (18 ay x 40.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********01397 SAMSUNG GALAXY A51 markalı telefon üçün ümumilikdə 129.6 manat olmaqla ondan, 95.6 manat ödənilməmiş hissə, 34 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1819.2 manat (24 ay x 75.8 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə 1671.8 manat olmaqla ondan, 1289.4 manat ödənilməmiş hissə, 382.4 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 927 manat (18 ay x 51.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********05320 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün ümumilikdə 591 manat olmaqla ondan, 453.5 manat ödənilməmiş hissə, 137.5 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1644 manat (24 ay x 68.5 manat + 0 manat ilkin ödəniş) olan LENOVO kompüter üçün ümumilikdə 1297.5 manat olmaqla ondan, 991.5 manat ödənilməmiş hissə, 306 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3003.9 manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş:

1. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC PALTARYUYAN SAMSUNG Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 85,7 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC BİKE TOBA velosipedi Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 18 ay müddətinə ayda 23,6 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC İmei kod **********01397 SAMSUNG GALAXY A51 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 18 ay müddətinə ayda 40,8 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC SAMSUNG LED TV Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 75,8 manat ödəməyi öhdəsinə götürmüşdür.

5. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC XİAOMİ Mİ 11 LİTE markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 18 ay müddətinə ayda 51,5 manat ödəməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC LENOVO kompüteri Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 68,5 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1513.1 manat ödənilməmiş hissə, 459 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 259,2 manat ödənilməmiş hissə, 75,8 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 95,6 manat ödənilməmiş hissə, 34 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1289,4 manat ödənilməmiş hissə, 382,4 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 453.5 manat ödənilməmiş hissə, 137,5 manat dəbbə və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 991,5 manat ödənilməmiş hissə, 306 manat dəbbə olmaqla, ümumilikdə 5997 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilələrin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.

Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2056,8 manat olan özünə məxsus PALTARYUYAN SAMSUNG cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən dəyərini 24 ay müddətinə ayda 85,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 424,8 manat olan özünə məxsus BİKE TOBA velosipedi cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən dəyərini 18 ay müddətinə ayda 23,6 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 734.4 manat olan özünə məxsus SAMSUNG LED TV cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən dəyərini 18 ay müddətinə ayda 40.8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 424,8 manat olan özünə məxsus BİKE TOBA velosipedi cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən dəyərini 18 ay müddətinə ayda 23,6 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 927 manat olan özünə məxsus XİAOMİ Mİ 11 LİTE markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən dəyərini 18 ay müddətinə ayda 51.5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1644 manat olan özünə məxsus LENOVO kompüteri cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən dəyərini 24 ay müddətinə ayda 68,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1513.1 manat ödənilməmiş hissə, 459 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 259,2 manat ödənilməmiş hissə, 75,8 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 95,6 manat ödənilməmiş hissə, 34 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1289,4 manat ödənilməmiş hissə, 382,4 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 453.5 manat ödənilməmiş hissə, 137,5 manat dəbbə və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 991,5 manat ödənilməmiş hissə, 306 manat dəbbə olmaqla, ümumilikdə 5997 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 229,5 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 37,9 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 17 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 191,2 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 68,75 manat və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 153 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 79.97 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1513.1 (bir min beş yüz on üç manat on qəpik) manat, cərimə borcuna görə 229.5 (iki yüz iyirmi doqquz manat əlli qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 259.2 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat, cərimə borcuna görə 37.9 (otuz yeddi manat doxsan qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 95,6 (doxsan beş manat altmış qəpik) manat, cərimə borcuna görə 17 (on yeddi) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1289.4 (bir min iki yüz səksən doqquz manat qırx qəpik) manat, cərimə borcuna görə 191.2 (bir yüz doxsan bir manat iyirmi qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 453.5 (dörd yüz əlli üç manat əlli qəpik) manat, cərimə borcuna görə 68,75 (altmış səkkiz manat yetmiş beş qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 991.5 (doqquz yüz doxsan bir manat əlli qəpik) manat, cərimə borcuna görə 153 (bir yüz əlli üç) manat və 79,97 (yetmiş doqquz manat doxsan yeddi qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5379,62 (beş min üç yüz yetmiş doqquz manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1513.1 (bir min beş yüz on üç manat on qəpik) manat, cərimə borcuna görə 229.5 (iki yüz iyirmi doqquz manat əlli qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 259.2 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat, cərimə borcuna görə 37.9 (otuz yeddi manat doxsan qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 95,6 (doxsan beş manat altmış qəpik) manat, cərimə borcuna görə 17 (on yeddi) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1289.4 (bir min iki yüz səksən doqquz manat qırx qəpik) manat, cərimə borcuna görə 191.2 (bir yüz doxsan bir manat iyirmi qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 453.5 (dörd yüz əlli üç manat əlli qəpik) manat, cərimə borcuna görə 68,75 (altmış səkkiz manat yetmiş beş qəpik) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 991.5 (doqquz yüz doxsan bir manat əlli qəpik) manat, cərimə borcuna görə 153 (bir yüz əlli üç) manat və 79,97 (yetmiş doqquz manat doxsan yeddi qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5379,62 (beş min üç yüz yetmiş doqquz manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar