Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3550/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019cu il tarixli, 2106NZF nömrəli, 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli,16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilələr üzrə 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 377.50 (üç yüz yetmiş yeddi manat, 50 qəpik) AZN, bundan 364.00 (üç yüz altmış dörd manat 00 qəpik) AZN əsas, 13.50 (on üç manat 50 qəpik) manat faiz borcu, 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 255.46 (iki yüz əlli beş manat, 46 qəpik)AZN, bundan 245.00 (iki yüz qırx beş manat 00 qəpik) AZN əsas, 10.46 (on manat 46 qəpik) AZN faiz borcu, 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 185.42 (bir yüz səksən beş manat, 42 qəpik)AZN, bundan 178.00 (bir yüz yetmiş səkkiz manat, 00 qəpik)AZN əsas, 7.42 (yeddi manat 42 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 261NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 364(üç yüz atmış dörd) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 019NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 245 (iki yüz qırx beş) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 088NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-ci il tarixli, **********080 saylı, xx.xx.2023-ci il tarixli, **********082 saylı, xx.xx.2023-ci il tarixli, **********083 saylı, bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 377.50 (üç yüz yetmiş yeddi manat, 50 qəpik) AZN təşkil edir. Bundan 364.00 (üç yüz altmış dörd manat 00 qəpik) AZN əsas, 13.50 (on üç manat 50 qəpik) manat faiz borcu, 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 255.46 (iki yüz əlli beş manat, 46 qəpik)AZN təşkil edir. Bundan 245.00 (iki yüz qırx beş manat 00 qəpik) AZN əsas, 10.46 (on manat 46 qəpik) AZN faiz borcu, 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 185.42 (bir yüz səksən beş manat, 42 qəpik)AZN təşkil edir. Bundan 178.00 (bir yüz yetmiş səkkiz manat, 00 qəpik) AZN əsas, 7.42 (yeddi manat 42 qəpik) AZN faiz borcu təşkil edir. İş materiallarına əlavə edilmiş: 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 261NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 364 (üç yüz atmış dörd) manat məbləğində kredit verilmişdir. 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 019NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 245 (iki yüz qırx beş) manat məbləğində kredit verilmişdir. 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 088NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-ti tərəfindən tərtib edilmiş maliyyə arayışlarından görünür ki, borclu Cavabdeh xx.xx.2023-cü il tarixə 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsi üzrə 364.00 manat əsas, 13.50 manat faiz borcu olmaqla, cəmi 377.50 manat məbləğində borc; 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsi üzrə 245.00 manat əsas, 10.46 manat faiz borcu olmaqla, cəmi 255.46 manat məbləğində borc və 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsi üzrə 178.00 manat əsas, 7.42 manat faiz borcu olmaqla, cəmi 185.42 manat olmaqla, hər üç müqavilələr üzrə ümumilikdə 818,38 manat məbləğində borcu vardır. Əmanətlərin Sığortalanması Fondunun bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 261NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 364(üç yüz atmış dörd) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 019NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 245 (iki yüz qırx beş) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 088NZVA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində kredit verilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsi üzrə 364.00 manat əsas, 13.50 manat faiz borcu olmaqla, cəmi 377.50 manat məbləğində borc; 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsi üzrə 245.00 manat əsas, 10.46 manat faiz borcu olmaqla, cəmi 255.46 manat məbləğində borc və 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsi üzrə 178.00 manat əsas, 7.42 manat faiz borcu olmaqla, cəmi 185.42 manat olmaqla, hər üç müqavilələr üzrə ümumilikdə 818,38 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında bağlanmış kredit müqavilələri 5 il müddətinə bağlanmış və hazırda da həmin müqavilələr qüvvədə olduğundan vaxtından əvvəl ləğv edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli; 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli və 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqavilələri vaxtından əvvəl ləğv edilməli, Cavabdeh 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsi üzrə 364.00 manat əsas, 13.50 manat faiz borcu olmaqla, cəmi 377.50 manat məbləğində borc; 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsi üzrə 245.00 manat əsas, 10.46 manat faiz borcu olmaqla, cəmi 255.46 manat məbləğində borc və 16 avqust 2019cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsi üzrə 178.00 manat əsas, 7.42 manat faiz borcu olmaqla, cəmi 185.42 manat olmaqla, hər üç müqavilələr üzrə ümumilikdə 818,38 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019cu il tarixli, 2106NZF nömrəli; 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli və 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqavilələri vaxtından əvvəl ləğv edilsin. Cavabdeh 16 avqust 2019-cu il tarixli, 2106NZF nömrəli kredit müqaviləsi üzrə 364.00 (üç yüz altmış dörd) manat məbləğində əsas, 13.50 (on üç manat əlli qəpik) manat faiz borcu, 16 avqust 2019-cu il tarixli, 2107NZF nömrəli kredit müqaviləsi üzrə 245.00 (iki yüz qırx beş) manat məbləğində əsas, 10.46 (on manat qırx altı qəpik) manat məbləğində faiz borcu, 16 avqust 2019-cu il tarixli, 2108NZF nömrəli kredit müqaviləsi üzrə 178.00 (bir yüz yetmiş səkkiz) manat məbləğində əsas, 7.42 (yeddi manat qırx iki qəpik) manat faiz borcu olmaqla, hər üç müqavilələr üzrə ümumilikdə 818,38 (səkkiz yüz on səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3550/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3550/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver