Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3552/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X1 Cavabdeh və “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X7 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X6 vurulmuş 1260 (bir min iki yüz altmış) manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 1290.40 (bir min iki yüz doxsan manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə edərək, Bakı şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X6 vurulmuş 1260 (bir min iki yüz altmış) manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 1290.40 (bir min iki yüz doxsan manat qırx qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh və “xxxxxxxxxxx” MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo BS090" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhər İcra Hakimiyyəti "xxxxxxxxxxxxxxxx” X6 məxsus olan 1 ədəd Cuğun altlıqlı “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəmizə 6260 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Nizami RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Mehrac Niftəliyev xx xxxxxxxx 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Nizami rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2019-cu il tarixli, TP ******* saylı X12 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-TG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən **-TG-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Dövlət X2 sığortalanmışdır. Bu səbəbdən Dövlət X8 tərəfindən Bakı şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X1 bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Bundan əlavə, cavabdeh “xxxxxxxxxxx” MMCdə sürücü işləyir və o, həmin hadisəni şirkətin avtomobilini idarə edərkən törətmişdir. Qanunvericiliyə əsasən şirkət də sürücüsü ilə birlikdə hazırki iş üzrə məsuliyyət daşıyır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, hadisə zamanı qarşısına çıxan adamı vurmamaq üçün məcbur olaraq maşını dirəyə vurmuşdur. Dirəyə dəymiş ziyanla bağlı hesablanmış məbləğlə razı deyildir. Bundan əlavə, sığorta şirkəti də dəyən ziyanla bağlı iddiaçıya 5000 manat ödəniş etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul edərək bildirmişdir ki, Cavabdeh onların rəsmi işçiləridir və şirkət tərəfindən ona yol vərəqəsi verilmişdir. Hadisə baş verdikdən sonra iddiaçı tərəfindən Füzuli adlı şəxs özü şirkətə yaxınlaşmış və rəhbərliklə görüşmüşdür. Onlar iddiaçı ilə bu işi məhkəməyə qədər gəlib çatmadan öz aralarında həll etmək məqsədilə müəyyən məbləğ də təklif etmiş, lakin alınmamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami rayon DYPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 12:30 radələrində Cavabdeh idarə etdiyi Daevo markalı **-TG-*** olan sərnişin avtobusu ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxcıvanski küçəsi istiqamətində hərətətdə olan zaman yolun ayrıcı zolağında olan işıq dirərini vuraraq aşırmış, nəticədə sərnişin avtobusunda olan sərnişnlərdən X4 və onun az yaşlı 2013-cü il təvəllüdlü qızı X5 xəsarət almışlar. Nizami rayon DYPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş TP seriyalı ******* nömrəli X12 haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədildiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh izahatından görünür ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 12:30 radələrində o, yol vərəqəsi ilə idarə etdiyi Daevo markalı **-TG-*** olan sərnişin avtobusu ilə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti ilə Naxcıvanski küçəsi istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olan zaman idarə etdiyi sərnişin avtobusunun sağ hissəsi ilə hərəkətdə olan digər sərnişin avtobusunun qarşısından piyada keçdiyi üçün həmin sərnişin avtobusu piydanı vurmamaq üçün sükanı sola çəkmiş və o da həmin avtobusla toqquşmamaq üçün sükanı sola çəkdikdə bu zaman idarə etdiyi sərnişin avtobusu yolun ortasında olan ayrıcı zolağa çıxmış və avtobusun qabaq hissəsinin işıq dirəyinə dəymiş, həmin işıq dirəyini yolun hərəkət hissəsinə aşmış və hadisə zamanı idarə etdiyi sərnişin avtobusunda olan bır sərnişinin xəsarət almışdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AB 749506 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo BS090" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxxxxxxxxx” MMC-nin mülkiyyətindədir. “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş 42 №-li yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh 01-xx xxxxxx 2019-cu il tarixinədək Bakı və Abşeron ərazisində şəhərdaxili və şəhərətrafı sərnişin daşıması üçün “Daewoo BS090" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi verilmişdir. xx.xx.2013-cü il tarixli 425051 №-li qaimə fakturanın kötüyündən görünür ki, 1 ədəd İtaliya istehsalı “Palermo” işıq dirəyinin (plafonlarla birgə) qiyməti 6695 manat təşkil edir. xx.xx.2019-cu il tarixli smeta cədvəlindən görünür ki, “Daewoo BS090" markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurulan dirəyin bərpasına sərf olunan xərc 6260 manat təşkil edir.. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, “xxxxxxxxxxxxxxxx” X7 tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı işdə cavabdehin hüquqa zidd hərəkəti, o cümlədən inzibati xəta törətməsi nəticəsində cavabdehin əmlakına ziyan vurması qüvvədə olan inzibati tənbeh haqqında qərarla müəyyən edilib. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilmədiyinə görə inzibati xətanın törədilməsi və ziyan vurulması hissəsində hazırkı iş üzrə mühim əhəmiyyətli sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AB 749506 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo BS090" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxxxxxxxxx” MMC-nin mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi “Daewoo BS090" markalı, **-TG-*** dövlət nömrə nişanlı sərnişin avtobusu “xxxxxxxxxxx” MMC-yə məxsusdur və Cavabdeh həmin avtobusu cəmiyyətin sürücüsü kimi “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. Beləliklə, iddiaçı tərəfindən maddi zərərin əvəzi kimi irəli sürülmüş pulun tutulması barədə tələb cavabdeh “xxxxxxxxxxx” MMC-nə münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə təmin olunmalı, maddi zərərin əvəzi olaraq 1260 manat məbləğində pul cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X1 hesabına ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə təmin olunsun. Maddi zərərin əvəzi olaraq 1260 (bir min iki yüz altmış) manat məbləğində pul cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X1 hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən Bakı Şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №e-2(010)-3552/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3552/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver