Məhkəmə qərarları › İş №e-2(010)-356/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-356/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-356/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “krediti müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 286162-1-32311 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 9465.27 manat əsas, 1682.53 manat faiz, 2248.85 manat cərimə borcu olmaqla, ümumilikdə 13396.65 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 130.19 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 286162-1-32311 №-li Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 22,50% faiz hesablanması şərti ilə 60 ay müddətinə 10.250 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixə 9465.27 manat əsas, 1682.53 manat faiz, 2248.85 manat cərimə borcu olmaqla, ümumilikdə 13396.65 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onunla bank arasında iki kredit müqaviləsi olmuşdur. Bank əməkdaşı ona arayış vermişdir ki, o digər bankdan kredit götürə bilsin. Sonradan o Unibankdan kredit müqaviləsi bağlayaraq 4400 manat pul götürmüşdür. Hazırkı bankla kredit müqaviləsi bağlayaraq 10250 manat pul götürmüşdür. Banka olan borcundan yeddi ay ödəniş etmiş, lakin sonradan kredit borcunu vaxtında ödəyə bilməmiş və bank tərəfindən ona faiz və cərimə borcu hesablanmışdır. Hazırda o ancaq əsas borcu qəbul edir və bank tərəfindən hesablanmış faiz və cərimə borcunu qəbul etmir. Buna görə də iddia tələbinin qismən təmin olunmasını və borcun hissə-hissə icra olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 286162-1-32311 saylı Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” barədə Forma-YM-dan müəyyən olunur ki, bank Cavabdeh oğluna illik 22,50 faiz hesablanması şərti ilə 60 ay müddətinə 10250 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Müştəri Ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak kreditinin yenidən maliyyələşdirilməsinə dair 10.250 (on min iki yüz əlli) manat məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 9465.27 manat əsas, 1682.53 manat faiz, 2248.85 manat cərimə borcu olmaqla, ümumilikdə 13396.65 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 286162-1-32311 №-li Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və Cavabdeh istehlak məqsədilə illik 22,50% faiz hesablanması şərti ilə 60 ay müddətinə 10.250 manat məbləğində kredit verilmişdir. Hazırda Cavabdeh 9465.27 manat əsas, 1682.53 manat faiz, 2248.85 manat cərimə borcu olmaqla, ümumilikdə 13396.65 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının iddiasının 2248.85 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 286162-1-32311 saylı kredit müqaviləsinə əsasən 9465.27 manat əsas borc, 1682.53 manat faiz borcu, 100 manat cərimə, cəmi 11247.8 manat və 130.19 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 286162-1-32311 saylı kredit müqaviləsinə əsasən 9465.27 manat əsas borc, 1682.53 manat faiz borcu, 100 manat cərimə, cəmi 11247.8 (on bir min iki yüz qırx yeddi manat, səksən qəpik) manat və 130.19 (bir yüz otuz manat, on doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar