Məhkəmə qərarları › İş №e-2(010)-357/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-357/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-357/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx"Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış PRL-135-0622-21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğvi və 1282,08 manat əsas borc, 54,84 manat cərimə borcu olmaqla, cəmi 1336,92 manat, həmçinin 33.36 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında PRL-135-0622-21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 19 ay müddətinə, 1926 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 05 oktyabr 2022-ci il tarixinə 1282,08 manat əsas borc, 54,84 manat cərimə borcu olmaqla, cəmi 1336,92 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli cələn öhdəliklərini icra etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin direktoru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarına iştirakları olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş PRL-135-0622-21 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən Cavabdeh kreditin kredit verənə qaytarılması üçün son müddət xx.xx.2023-cü ilə kimi olmaqla, 1926 (bir min doqquz yüz iyirmi altı) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh PRL-135-0622-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 1282,08 manat əsas borc, 54,84 manat cərimə borcu olmaqla, cəmi 1336,92 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC arasında bağlanmış PRL-135-0622-21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 19 ay müddətinə, 1926 manat məbləğində kredit verilmişdir. İş üzrə iddiaçı “"xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC -yə PRL-135-0622-21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1282,08 manat əsas borc, 54,84 manat cərimə borcu olmaqla, cəmi 1336,92 manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış PRL-135-0622-21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən Cavabdeh PRL-135-0622-21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1282,08 manat əsas borc, 54,84 manat cərimə borcu olmaqla, cəmi 1336,92 manat məbləğində və 33,36 manat dövlət rüsumu iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış PRL- 135-0622-21 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1282,08 manat əsas borc, 54,84 manat cərimə borcu olmaqla, cəmi 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat və 33,36 (otuz üç manat, otuz altı qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar