Məhkəmə qərarları › İş №e-2(010)-3594/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3594/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3594/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 170 AZN əsas 51 AZN cərimə cəmi 221 AZN borc; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 788.9 AZN əsas 236.6 AZN cərimə cəmi 1025.5 AZN borc, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 532.4 AZN əsas, 159.7 AZN cərimə, cəmi 692.1 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 239 AZN əsas, 71.7 AZN cərimə, cəmi 310.7 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1109.9 AZN əsas, 332.9 AZN cərimə, cəmi 1442.8 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 49.9 AZN əsas, 14.9 AZN cərimə, cəmi 64.8 AZN borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220.9 AZN əsas, 66.2 AZN cərimə, cəmi 287.1 AZN borc ümumilikdə yeddi müqavilə üzrə 3111 AZN əsas, 933 AZN cərimə, 4044 AZN cəmi borcun və 60.44 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsunq markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 64 manat olmaqla cəmi 756,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin gecikdirdiyi günlərin cərimə borcu 510 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 510 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 51 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsunq markalı soyuducu və qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 89 manat olmaqla cəmi 1589,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin gecikdirdiyi günlərin cərimə borcu 2366.00 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2355.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 236.60 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Aux markalı kondisioner və aksesuarlara 18 ay ödəniş cədvəli üzrə hər ay 109 manat olmaqla, cəmi 1949,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin gecikdirdiyi günlərin cərimə borcu 1597.00 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1597.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 962.10 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsunq markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla cəmi 363.00 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin gecikdirdiyi günlərin cərimə borcu 717.00 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 717.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 71.70 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsunq markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 86 manat olmaqla cəmi 1539,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin gecikdirdiyi günlərin cərimə borcu 3329.00 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 3329.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 332.90 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Xiaomi markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 149 manat olmaqla cəmi 1589,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin gecikdirdiyi günlərin cərimə borcu 149.00 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 149.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 14.90 manat "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Honor markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 1589,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin gecikdirdiyi günlərin cərimə borcu 662.00 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 662.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 66.20 manat "xxxx" MMC-yə ödənilməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsunq markalı mobil telefon, smart saat, maşın aksesuarı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 64.00 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsunq markalı soyuducu və qulaqcığı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 89.00 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Aux markalı kondisioner və aksesuarları Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 109.00 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsunq markalı mobil telefonı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 31.00 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsunq markalı soyuducunu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 86.00 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Xiaomi markalı mobil telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 25.00 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Honor markalı mobil telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 42.00 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışlarından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 170 manat əsas, 51 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 788.9 manat əsas, 236.6 manat cərimə; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 532.4 manat əsas, 159.7 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 239 manat əsas, 71.7 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1109.9 manat əsas, 332.9 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 49.9 manat əsas, 14.9 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 220.9 manat əsas, 66.2 manat cərimə olmaqla, ümumilikdə 4044 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 756,40 manat olan özünə məxsus Samsunq markalı mobil telefon, smart saat, maşın aksesuarı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 64 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1589,90 manat olan özünə məxsus Samsunq markalı soyuducu və qulaqcığı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 89 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1949,90 manat olan özünə məxsus «Aux» markalı kondisioner və aksesuarları cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 109,00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 363,00manat olan özünə məxsus Samsunq markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 31 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1539,90 manat olan özünə məxsus Samsunq markalı soyuducunu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 86,00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 299,80 manat olan özünə məxsus Xiaomi markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 25 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 739,90 manat olan özünə məxsus Honor markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 42 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 170 manat əsas, 51 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 788.9 manat əsas, 236.6 manat cərimə; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 532.4 manat əsas, 159.7 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 239 manat əsas, 71.7 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1109.9 manat əsas, 332.9 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 49.9 manat əsas, 14.9 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220.9 manat əsas, 66.2 manat cərimə olmaqla, ümumilikdə 4044 manat məbləğində borcu vardır. Cavabdehə hər yeddi müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı, iddaçı tərəfindən humanizm prinsipinə əsaslanaraq cərimə məbləğlərinin 90%-i güzəşt edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 170 manat əsas, 51 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 788.9 manat əsas, 236.6 manat cərimə; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 532.4 manat əsas, 159.7 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 239 manat əsas, 71.7 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1109.9 manat əsas, 332.9 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 49.9 manat əsas, 14.9 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220.9 manat əsas, 66.2 manat cərimə olmaqla, müqavilələr üzrə ümumilikdə 4044 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 60,44 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 170 (bir yüz yetmiş) manat əsas, 51 (əlli bir) manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 788.9 (yeddi yüz səksən səkkiz manat doxsan qəpik) manat əsas, 236.6 (iki yüz otuz altı manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 532.4 (beş yüz otuz iki manat qırx qəpik) manat əsas, 159.7 (bir yüz əlli doqquz manat yetmiş qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 239 (iki yüz otuz doqquz) manat əsas, 71.7 (yetmiş bir manat yetmiş qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1109.9 (bir min bir yüz doqquz manat doxsan qəpik) manat əsas, 332.9 (üç yüz otuz iki manat doxsan qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 49.9 (qırx doqquz manat doxsan qəpik) manat əsas, 14.9 (on dörd manat doxsan qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 220.9 (iki yüz ikirmi manat doxsan qəpik) manat əsas, 66.2 (altmış altı manat iyirmi qəpik) manat cərimə olmaqla, müqavilələr üzrə ümumilikdə 4044 manat (dörd min qırx dörd) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 60,44 (altmış manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar