Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3614/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik və ondan istifadə etmək faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik və ondan istifadə etmək faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, ev 2*2A ünvanında yerləşən 520 m2 torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 64 m2 ümumi sahəsi olan * mərtəbəli, 2 otaqlı “A” fərdi yaşayış evinin *970-ci il tarixdən sahibliyində və istifadəsində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar.
2. Ərizə onunla əsaslandırılmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi *4.07.2005-ci il tarixli “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” hesabatına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 2*2A ünvanında yerləşən 520 m2 torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 64 m2 ümumi sahəsi olan * mərtəbəli, 2 yaşayış otaqlı “A” fərdi yaşayış evi *970-ci il tarixdən ərizəçinin sahibliyində və istifadəsindədir. Eyni faktlar Bakı şəhəri Suraxanı Rayon Bülbülə Bələdiyyəsinin təqdim etdiyi 23.**.2009-cu il tarixli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilməmiş mənzillərin əmlak vergisi hesablanmaq üçün əsas olan Hesabat pasportu” ilə də təsdiqlənir. Fərdi yaşayış evinin ərizəçinin sahibliyində və istifadəsində olması barədə faktı Bakı şəhəri RİHB-nin Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi *27 saylı, 24.0*.2023-cü il tarixli arayışı ilə də təsdiqlənir. Ərizəçi həyat yoldaşı X4 ilə birlikdə *970-ci il tarixdən fərdi yaşayış evində yaşayır. Ərizəçinin həyat yoldaşı X4 adıçəkilən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ərizəçinin adına özəlləşdirilməsinə etiraz etmir və bununla bağlı notariat qaydasında təsdiq edilmiş müvafiq razılıq ərizəsi iddia ərizəsinə əlavə edilir. Ərizəçi *970-ci ildən sahibliyində və istifadəsində olan məlum torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə görə əhəmiyyətli bütün vergiləri ödəyir. Fərdi yaşayış evinin *970-ci ildən ərizəçinin sahibliyində və istifadəsində olması barədə faktları təsdiq etmək üçün X4 və X3 hazırkı mülki işin məhkəmə baxışında şahid qismində dindirilməsi də xahiş edilir. Sözügedən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı keçmiş AR Dövlət Xəritəçəkmə və Kadastr Komitəsinin Bakı şöbəsinə və Bakı şəhəri Suraxanı RİHBə dəfələrlə qeyri-rəsmi müraciət edilmiş, lakin hər iki idarə bu xahişi qeyri-rəsmi surətdə təmin etməmişdir. Ərizəçinin sahibliyində və istifadəsində olan məlum torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ərizəçinin mülkiyyəti kimi qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə * saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin idarə 3-2*3-30/2-S0087-8/2023 d3302**06046 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə xahiş təmin edilməmişdir. Ərizəçi cavabdehin bu imtinasını qanunsuz hesab edərək, “sahiblikdə və istifadədə olan torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ərizəçinin mülkiyyəti kimi qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə öhdəliyin icrası haqqında” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə 2- *(**2)-8363/2023 saylı, **.08.2023-cü il tarixli qərarı ilə xahiş təmin edilməmişdir. Bu qərardan ərizəçi tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-*(*03)-72*/2024 saylı, 24.0*.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları
5. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən *4.07.2005-ci il tarixdə verilmiş fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 2*2A ünvanında yerləşən yaşayış evinin inventar dəyəri **428620 (on bir milyon dörd yüz iyirmi səkkiz min altı yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir.
6. Lenin rayon (indiki Sabunçu rayonu) qeydiyyat şöbəsi tərəfindən 09.06.*978-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 494340 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 arasında 09.06.*978-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36* nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir.
7. xx.xx.2023-cü il tarixdə X4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilən ərizənin surətindən görünür ki, əri İddiaçı sahibliyində və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 2*2A ünvanında yerləşən 520 kvm torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 64 kvm ümumi sahəsi olan *(bir) mərtəbəli, 2(iki) yaşayış otaqlı “A” fərdi yaşayış evinin onun mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınması, habelə müvafiq çıxarışın təqdim edilməsinə etiraz etmədiyini bildirmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Bülbülə Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, *9 nömrəli arayışdan görünür ki, İddiaçı Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 2*2A ünvanında yerləşən əmlakına görə 2022-ci ilə kimi əmlak və torpaq vergi borcu yoxdur.
9. Bakı İnzibati Məhkəməsinin **.08.2023-cü il tarixli, 2-*(**2)-8363/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. *0. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24.0*.2024-cü il tarixli, 2-*(*03)- 72*/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-*(**2)-8363/2023 nömrəli, **.08.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
İşin faktiki halları.
**. İddiaçının, yaşadığı Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 2*2A ünvanında yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. *2. Hazırda İddiaçı məhkəməyə müraciət edərək hazırda yaşadığı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair sahiblik və istifadə hüququnun tanınmasını xahiş edir
Tətbiq edilən hüquq.
*3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə *80. Özbaşına tikinti və onun nəticələri *80.*. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. *80.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. *80.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. *80.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər
*4. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *2 aprel 20*9-cu il tarixli 03 saylı Qərarı
“ *.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. *.5. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.*0-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.
7. MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.” 7.*. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.”
*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının;. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi.
*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Hazırki iş üzrə hüquq haqqında mübahisə olduğundan, iddiaçı ümumi əsaslarla iddia vermək hüququndan istifadə edərək məhkəməyə iddia icraatı qaydasında müraciət etmişdir. *7. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. *8. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. *9. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.
20. İşin müəyyən edilən halına görə, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3cü Mədən küçəsi, 2*2A ünvanında fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Fərdi yaşayış evi isə özbaşına tikilidir. Həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. 2*. İddiaçının onun mübahisəli əmlaka dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən *4.07.2005-ci il tarixdə verilmiş fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabatın onun daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarının tanınması üçün əsas olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, eyni əsasla cavabdeh orqana qarşı iddiaçının inzibati qaydada qaldırdığı iddia rədd edilmişdir. Məhkəmələr tərəfindən həmin sənədin qanunvericilikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi nəzərdə tutulmadığından və qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə dair qeyd olunan sənədlər olmadığından cavabdeh orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından imtinası qanuni və əsaslı sayılmışdır.
22. Göründüyü kimi iddiaçının daşınmaz əmlakın və ya əmlakların ona mülkiyyət hüquqi ilə məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır.
23. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *2 aprel 20*9-cu il tarixli 03 saylı Qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik və ondan istifadə etmək faktın müəyyən edilməsi”nə” dair ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 3*2-3*6, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik və ondan istifadə etmək faktın müəyyən edilməsi”nə” dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Səlimə Miriyeva