Məhkəmə qərarları › İş №e-2(010)-3620/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3620/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3620/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(011)-2378/2015 saylı qətnaməsinə əsasən təyin olunmuş 108 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, hər ay 220 manat məbləğində müəyyən edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin yarısının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(011)-2378/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 ananın himayəsində saxlanılması və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay İddiaçı xeyrinə 108 manat məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment uşağın aylıq minimununu təmin etmir. Uşağın normal, sağlam böyüməsi, tərbiyəsi ilə özü tək məşğul olur. Cavabdeh uşağına könüllü olaraq başqa yardım göstərmir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Eyni zamanda oğluna “sağ bazu sümüyünün anevzimal kistası” diaqnozu qoyulmuşdur. Oğlunun nitqində qüsurlar olduğundan loqopedə müraciət etmiş və bununla əlaqədar övladını profilaktik müayinələr aparır və xərcləri təkbaşına çəkir. Bütün bu müayinə və müalicələr xərc tələb edir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.

İddianın dəyişdirilməsi.

3. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən alimentin artırılması tələbinə əlavə olaraq, uşağın xəstəliyinə görə cavabdehdən hər ay 400 manat məbləğində pul tutulmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq loqopedə gedir. Eyni zamanda uşaqda sümük əriməsi xəstəliyi var. İddiaçının tək aliment pulu ilə bu xərcləri qarşılaması mümkün deyil. Ona görə də iddianın təmin olunmasını xahiş edir.

5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, uşağın loqopedə getdiyindən xəbəri var. Lakin sümük əriməsi xəstəliyindən məlumatı yoxdur. O özü ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan iki övladı var. Hazırda bağda fəhlə işləyir və 680 manat maaş alır. Bu vəziyyətdə iddiaçı ilə birgə nikahından doğulmuş uşağın müalicəsinə kömək etmək məqsədilə dövlətdən pensiya alması üçün əlindən gələni etməyə hazırdır.

7. Növbəti hazırlıq iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qismən qəbul etdiyini, uşağa görə 200 manat aliment, 100 manat əlavə xərc ödəməyə etiraz etmədiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

İş materialları.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-2378/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh və X9 arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X4 anası X5 yanında saxlanılması, xx.xx.2015-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat alimentin Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir.

9. 5 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 223227 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2655 nömrə ilə qeyd edilmişdir.

10. 5 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 126006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh, anası X7) xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 3176 nömrə ilə qeyd edilmişdir.

11. 2 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 446778 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh, anası X7) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 2545 nömrə ilə qeyd edilmişdir.

12. Bakı Patologiya Mərkəzi tərəfindən verilmiş analizin nəticələrinə dair xx.xx.2022ci il tarixli məlumatdan xx.xx.2014-cü il təvəllüdlü X2 dioqnozu - sağ bazu sümüyünün anevzimal kistası - qeyd olunduğu görünür.

İşin faktiki halları.

13. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın anasının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək atadan hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onun saxlanılma xərcləri, eləcə də onun üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşağı yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

23. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bununla belə nəzərə alınmalıdır ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Bu zaman cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır.

24. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

25. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

26. Uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən hər ay 400 manat əlavə xərc tutulmasına gəldikdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarından tərəflərin birgə nikahından doğulmuş uşağa “sağ bazu sümüyünün anevzimal kistası” diaqnozu qoyulduğu və xəstəliyə görə müəyyən müalicə aldığı görünür. Digər tərəfdən, məhkəmə iclasında iştirak edən cavabdeh də uşağın mütəmadi müalicə aldığını qəbul etmişdir. Lakin uşağın müalicəsi üçün aylıq xərcin məbləği ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə tələb edilən 400 manat əlavə xərc məbləğini tərəflərin ailə və maddi vəziyyətinə uyğun hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əlavə xərclə bağlı hissədə cavabdehin etiraf etdiyi həcmdə - 100 manat – təmin edilməlidir.

Məhkəmə xərcləri.

27. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (300x12=3600 manat) mütənasib olan 56 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, iddia tələbinə uyğun olaraq ödənilmiş 50 manat mediasiya xərcinin yarısı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-2378/2015 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməli, uşaq yetkinlik yaşına çatanadək müalicəsi üçün hər ay 100 manat məbləğində əlavə xərc bu qətnamə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdehdən tutularaq iddiаçıya ödənilməli, həmçinin 25 manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-2378/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3620/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək müalicəsi üçün hər ay 100 (yüz) manat məbləğində əlavə xərc cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilmiş 25 (iyirmi beş) manat məbləğində mediasiya xərci cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu cаvаbdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar