Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3634/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3748.98 manat əsas, 400 manat cərimə borcu, 3794.99 manat əsas, 400 manat cərimə borcu olmaqla ümumilikdə 8343.97 manat məbləğində borcun və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) "xxxx" mağazası arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 44149 saylı müqaviləsinə əsasən borclu "xxxx"dən kreditlə 3748.98 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 312 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi və xx.xx.2023 -ci il tarixli, 44296 saylı müqaviləsinə əsasən borclu "xxxx"dən kreditlə 3794.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 632 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə "xxxx" arasında bağlamış olduğu xx.xx.2023-cü il tarixli, 44149 saylı və xx.xx.2023-cü il tarixli, 44296 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun "xxxx"-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o "xxxx"-ə olan borcunu 1 ildən çox müddətdir ki ödəməmişdir.
Tərəflərin izahatları
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları
5. İddiaçı ("xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və ona 1 saylı Əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 3748.98 mana məbləğində İphone 14 Pro Max 128 GB Deep Purple əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 312 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
6. İddiaçı ("xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və ona 1 saylı Əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 3794.99 manat məbləğində İphone 14 Pro Max 256 GB Deep Purple əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 632 manat olmaqla, 6 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, 44149 saylı müqaviləsinə əsasən 3748.98 manat əsas, 400 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 44296 saylı müqaviləsinə əsasən 3794.99 manat əsas, 400 manat cərimə borcu olmaqla ümumilikdə 8343.97 manat borcu vardır.
8. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
9. İşin hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə məhsullar təqdim edilmiş və o, həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh ödəniş qrafikinə əməl etməyib, müqavilə üzrə ödəməli olduğu pulu ödəməyib. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
13. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları cavabdehə vermişdir. Cavabdeh isə hər iki müqavilə üzrə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəlikləri icra etməmişdir. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki iki müqavilə üzrə borc məbləğini tələb etməkdə haqlıdır.
14. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 400 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb edilən 400 manat cərimə borclarına münasibətdə qismən əsaslıdır.
15. Məhkəmə cavabdehin üzərində nisyə alqı-satqı müqavilələri üzrə əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (penya) azaldılmalı və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat cərimə həddində müəyyən edilməlidir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 140 manat dövlət rüsumunun 97.43 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Kazımlı Samı̇ r Fərman oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3748.98 manat əsas borc və 100 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3794.99 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 7743.97 manat və iş üzrə ödənilmiş 140 manat dövlət rüsumunun 97.43 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Kazımlı Samı̇ r Fərman oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3748.98 manat əsas borc və 100 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3794.99 manat əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 7743.97 manat tutularaq iddiaçı Məsı̇ mov Fazı̇ l Əlı̇ oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 140 manat dövlət rüsumunun 97.43 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.