Məhkəmə qərarları › İş №e-2(010)-3648/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3648/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3648/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1681.96 manat əsas borc, 152.64 manat cərimə borcu olmaqla cəmi 1834.6 manat, həmçinin 38.34 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2023-cü il tarixli PRL-252- 0522-23 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə, 1782 manat məbləğində kredit verilmişdir.Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Sonradan, digər cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu cavabdeh sırasına əlavə edilmiş və iddiaçının tələbi ona qarşı da yönəlmişdir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdiyini bildirmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, kredit müqaviləsi onun adından bağlanmışdır, o müqaviləyə imza etməmişdir. Bu səbəbdən iddia tələbi ilə razı deyildir.

5. Məhkəmə iclasında cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu bildirdi ki, Cavabdeh1 şəxsiyyət vəsiqəsi onda olmuşdur və həmin vəsiqənin surətini “Perla” mebel mağazasına təqdim etmiş və kredit vəsaiti əsasında məhsulları əldə etmişdir. Eyni zamanda, ərizə təqdim edərək iddia tələbi ilə razı olduğunu və tələbdə qeyd olunan 1834.60 manat borc və 38.34 manat dövlət rüsumunun ondan tutulmasına etirazının olmadığını bildirmişdir.

İş materialları

6. 02 dekabr 2023-cü il tarixli, PRL-252-0522-23 saylı Kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 19 ay müddətinə 1782 manat məbləğində kredit verilmişdir.

7. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh1 borc məbləğini 3 iş günü ərzində qaytarması barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02 dekabr 2023-cü il tarixli, PRL-252-0522-23 saylı Kredit müqaviləsi üzrə 1681.96 manat əsas, 152.64 manat cərimə borcu olmaqla cəmi 1834.60 manat kredit borcu vardır.

İşin faktiki halları

9. İddiaçı ilə Cavabdeh1 arasında 02 dekabr 2023-cü il tarixli, PRL-252-0522-23 saylı kredit müqaviləsinin bağlanması və sonuncuya 19 ay müddətinə 1782 manat məbləğində kredit verilməsi qeyd edilmişdir. Hazırki iddia tələbində iddiaçı qeyd olunan borc vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh1 bildirir ki, kredit müqaviləsi onun adından bağlanmışdır, o müqaviləyə imza etməmişdir. Bu səbəbdən iddia tələbi ilə razı deyildir. Digər cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu isə bildirir ki, Cavabdeh1 şəxsiyyət vəsiqəsi onda olmuşdur və həmin vəsiqənin surətini “Perla” mebel mağazasına təqdim etmiş və kredit vəsaiti əsasında məhsulları əldə etmişdir. Eyni zamanda, ərizə təqdim edərək iddia tələbi ilə razı olduğunu və tələbdə qeyd olunan 1834.60 manat borc və 38.34 manat dövlət rüsumunun ondan tutulmasına etirazının olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

11. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.

Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı. Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

15. Hazırkı mübahisədə etibarlılığı yoxlanılan əqd 02 dekabr 2023-cü il tarixli, PRL- 252-0522-23 saylı Kredit müqaviləsidir. Qeyd olunan müqavilədə tərəflər qismində "xxxx" ASC və Cavabdeh1 çıxış edir. Həmin müqaviləyə görə 02 dekabr 2023-cü il tarixli, PRL-252-0522-23 saylı Kredit müqaviləsi əsasında iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 19 ay müddətinə 1782 manat məbləğində kredit verilmişdir. Lakin, bununla belə, hazırkı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan kredit müqaviləsinin Cavabdeh1 tərəfindən imzalandığı, borcalan qismində müqavilə tərəfinin Cavabdeh1 olduğu qeyd edilsə də, əslində borcalan digər şəxs Cavabdeh2 olmuş, Cavabdeh1 əvəzinə də maliyyə sənədlərinə o imza etmişdir. Belə ki, hazırki məhkəmə iclasında cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu bildirdi ki, Cavabdeh1 şəxsiyyət vəsiqəsi onda olmuşdur və həmin vəsiqənin surətini “Perla” mebel mağazasına təqdim etmiş və Cavabdeh1 adından bağlanmış kredit müqavilə əsasında kredit vəsaitini əldə etmişdir. Bunun əksini sübut edəcək dəlillər təqdim edilmiş, ümumiyyətlə bu hala etiraz bildirilməmişdir. Məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından da göründüyü kimi, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtlər. Hazırki mübahisənin araşdırılan hallarından aydın olur ki, qeyd olunan müqavilənin iddiaçı ilə Cavabdeh1 arasında bağlandığı qeyd olunmasına baxmayaraq, kredit müqaviləsi sonuncu tərəfindən imzalanmamış və vəsait də ona təqdim edilməmişdir. Göründüyü kimi, əqdin əqdin etibarlılığı ilə bağlı qeyd olunan 4 zəruri şərtdən 2-si, subyekt tərkibi və əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər qeyd olunan müqavilədə mövcud deyil. Yəni hazırki kredit müqaviləsinin əslində Cavabdeh1 ilə bağlanmaması və onun tərəfindən imzalamaması həmin müqavilənin subyekt və iradə ifadəsi ilə bağlı əqdin zəruri şərtlərinə əməl olunmamasına dəlalət edir. Belə olan halda, həmin müqavilə etibarlı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) müqavilədir. Lakin bununla belə, məhkəmə araşdırması zamanı o da müəyyən edilir ki, verilmiş kredit vəsaiti iş üzrə digər cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu tərəfindən qəbul edilmişdir.Bu halı Cavabdeh2 özü də etiraf edir. Məhkəmə həmin pul vəsaitinin sonuncu tərəfindən qəbul edilməsinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu arasında şifahi formada borc müqaviləsi bağlanmış və tərəflər arasında borc (borc məbləğinin 3000 min manatdan az olması nəzərə alınmaqla) münasibəti yaranmışdır. Eyni zamanda, cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu da ərizə təqdim edərək iddia tələbi ilə razı olduğunu və tələbdə qeyd olunan 1834.60 manat borc və 38.34 manat dövlət rüsumunun ondan tutulmasına etirazının olmadığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki məhkəmə iclasında cavabdeh Bekı̇ rov Zakı̇ r Tofı̇ q oğlu iddia tələbini özünə münasibətdə tam şəkildə qəbul etdiyindən iddia tələbi qismən təmin edilməklə Bekirov Zakı̇ r Tofı̇ q oğlundan 1681.96 manat əsas borc və 152.64 manat cərimə borcu olmaqla cəmi 1834.60 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 38.34 manat dövlət rüsumu pul cavabdeh Bekirov Zakı̇ r Tofı̇ q oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bekirov Zakı̇ r Tofı̇ q oğlundan 1681.96 manat əsas borc və 152.64 manat cərimə borcu olmaqla cəmi 1834.60 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli və iş üzrə ödənilmiş 38.34 manat dövlət rüsumu pul cavabdeh Bekirov Zakı̇ r Tofı̇ q oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Bekirov Zakı̇ r Tofı̇ q oğlundan 1681.96 manat əsas borc və 152.64 manat cərimə borcu olmaqla cəmi 1834.60 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 38.34 manat dövlət rüsumu pul cavabdeh Bekirov Zakı̇ r Tofı̇ q oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar