Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3697/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2496 manat təmirə ödənilmiş pulun, avtomobili ödəniş etmədən özünə saxladığı üçün 7710 manat cərimənin, avtomobilin texniki pasportunu geri vermədiyi üçün 700 manat cərimənin, vəkilə ödənilmiş 150 manat hüquqi xidmət pulunun və ödənilmiş 120 manat dövlət rüsumunun tutulub fiziki şəxs X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş ziyan kimi 3116 manat, avtomobili ödəniş etmədən özündə saxladığı üçün 7710 manart cərimənin, avtomobilin texniki pasportunu geri vermədiyi üçün 700 manat cərimənin, vəkilə ödənilmiş 150 manat hüquqi xidmət pulununu və ödənilmiş 127 manat dövlət rüsumunun tutulub fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. X6 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 18 saylı Notariat kontorunda 3M-425 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 40960 manat dəyrində “Ford Expedition” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 1000 manat ödəniş etmiş və 36 ay müddətinə hər ay 1110 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 4 ay ödəniş etdikdən sonra (sonuncu dəfə xx.xx.2023) müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmiş və avtomobil tam yararsız hala salınaraq Bakı şəhər ərazisində avtomobil təmiri məntəqəsinə atılmışdır. 2024-cü ilin may ayında məhkəməyə müraciət etdikdən sonra Cavabdeh avtomobili təmir edib geri qaytarmaq istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixində avtomobili təmir edib təmir üçün xərclədiyi 2496 manat pulu sahibkardan 3 dəfəyə kart hesabına göndərtdirmək yolu ilə aldıqdan sonra avtomobili texniki pasportu olmadan təmir məntəqəsində təhvil vermişdir. Müqavilənin 19-cu bəndinə əsasən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobil sahibinə ödəməlidir. Müqavilənin 16-cı maddəsinə əsasən Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 gün müddətinə avtomobili geri verməzsə alıcı avtomobilin qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 manat məbləğində cərimə ödəməlidir. Müqavilənin 15.ci bəndinə əsasən alıcı avtoobili geri verərkən avtomobilə aid sənədi geri verməzsə 700 manat miqdarında cərimə məbləği ödəməlidir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddia tələbinin cavabdehin avtomobilin texniki pasportunu geri vermədiyi üçün 700 manat cərimənin tutulması hissəsinə münasibətdə bildirdi ki, texniki pasport artıq cavabdeh tərəfindən geri qaytarılmışdır.
İş materialları
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”ndən görünür ki, tərəflər müqaviləni qeyd olunan şərtlərlə bağlamışlar :
1. X5 Nəhməd İsa oğlu və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023 tarixində BA270141 qeydiyyat nömrəsi olan X1 şəhadətnaməsinə əsasən satıcıya məxsus olan "FORD EXPEDİTİON" minik markalı, buraxılış ili 2005-ci il, dövlət nömrə nişanı **-GO-*** olan avtomobilə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər.
2. Avtomobilin satış qiyməti 40960 (qırx min doqquz yüz altmış) manat müəyyən edilir.
3. Alıcı bu müqavilənin 2-ci bənddə müəyyən edilən pulun 1000 manatını müqavilə bağlandığı anında, qalan 39960 manatını bu müqavilənin 6-cı bəndinə uyğun olaraq ödəyəcəkdir.
4. Alıcı bu müqavilənin 3-cü bəndində ilkin olaraq 1000 manat nəzərdə tutulan məbləği Satıcıya nağd ödəyir.
5. Avtomobilin qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.
6. Alıcı borclu olduğu 39960 manatı, hər ay hissə-hissə 1110 manat olmaqla 36 ay ərzində hər ayın müqavilə imzalandığı günü satıcıya nağd və ya fiziki şəxsin bank hesabına ödəməyi öhdəsinə götürür.
7. Alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır
8. Avtomobil tam işlək vəziyyətdə alıcıya təhvil verilir.
9. Avtomobil təhvil təslim aktına uyğun olaraq təhvil verildikdən sonra avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır.
10. Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində “ilkin alqı-satqı” müqaviləsi imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir.
11. Satıcı öhdəliyin tam icrasından sonra avtomobilin alıcının adına rəsmiləşdirilməsi üçün lazım olan bütün sənədləri təqdim etməyi öhdəsinə götürür.
12. Öhdəlik icra edildikdən sonra nəqliyyat vasitəsinin alıcının adına rəsmiləşdirilməsi üçün çəkiləcək xərclər alıcı tərəfindən ödəniləcəkdir.
13. Müqavilə öhdəliyi tam icra olunmadığı müddətdə alıcı satıcının icazəsi olmadan avtomobili başqa şəxsə icarəyə və ya müvəqqəti idarə üçün verə bilməz.
14. Alıcı öhdəliyi yerinə yetirməyi 5 (beş) gündən artıq gecikdirdiyi təqdirdə satıcı məhkəməyə müraciət edərək müqavilyə xitam verdirə, verilmiş etibarnaməni ləğv edib avtomibili geri ala, könüllü surətdə təhvil verilmədikdə məcburi qaydada istənilən yerdən qanunla qadağan edilməmiş istənilən vasitə ilə götürüb öz duracağına gətirə və 10 gündən artıq müddətdə avtomobilin borcunu 1 dəfəyə olmaqla tam ödəmədiyi təqdirdə avtomobili başqa şəxsə sata bilər.
15. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa və alıcı avtomobilə aid sənədləri və avtomobilin açarını təhvil verməkdən imtina edərsə, alıcı avtomobilin sənədinə görə 700 manat, açarına görə isə 500 manat cərimə məbləği hesablayaraq almaqda haqlıdır.
16. Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 (beş) gün müddətinə avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 (otuz) manat məbləğində cərimə ödəməlidir.
17. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa satıcı avtomobildə qalmış əşyalara görə cavabdehlik daşımır.
18. Müqaviləyə xitam verilməklə avtomobilin geri qaytarılması halında ödənilmiş vəsait geri qaytarılmır.
19. Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa yeni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir.
20. Avtomobil tam yararsız hala düşərsə satıcı məhkəməyə müraciət edərək müqaviləni bir tərəfli qaydada ləğv edərək, alıcıdan avtomobilin dəyərinin ödənilməmiş hissəsini bir dəfəyə ödəməsini tələb edə bilər.
21. Alıcı müqavilə müddətinin istənilən mərhələsində avtomobilin dəyərim tam ödəyərək avtomobili özününküləşdirə bilər.
22. Tərəflər razılığa gəlir ki, müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə mübahisələri satıcının qeydiyyatda olduğu ünvan uzrə məhkəmədə həll ediləcəkdir.
23. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir.
6. X1 Şəhadətnaməsinin surətindən görünür ki, "FORD EXPEDİTİON" minik markalı, **- GO-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
7. İş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarından görünür ki, “FORD EXPEDİTİON" minik markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobilin təmir xərclərinə görə Cavabdeh ayrı-ayrı vaxtlarda 1250 manat, 750 manat və 496 manat məbləğində ödənişlər edilmişdir.
8. İş materiallarında olan CD diskə baxış keçirilən zaman müəyyən edilir ki, cavabdeh avtomobilin təmirinə görə əlavə olaraq 290 manat və 320 manat xərc yarandığını bildirmiş və həmin məbləğ cavabdehə təqdim edilmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, tərəflərlə hər hansı qohumluq əlaqəsi yoxdur. O, avtomobil satışı ilə məşğuldur. İddiaçı ilə birlikdə çalışır. Cavabdeh onlardan hissə-hissə ödəmək şərtilə maşın götürmüşdü. Maşın nasaz olduqdan sonra cavabdeh maşını düzəldəcəyini demişdi.
10. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, tərəflərlə hər hansı qohumluq əlaqəsi yoxdur. O, avtomobil satışı ilə məşğuldur. Cavabdeh onlardan hissəhissə ödəmək şərtilə maşın götürmüşdü. Maşın nasaz olduqdan sonra cavabdeh maşını düzəldəcəyini demişdi.
11. İş materiallarında olan ƏN-Vİ seriyalı, 713472 nömrəli və xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cəbrayılov X4 Nəhməd İsa oğlu adından (onun verdiyi etibarnamə əsasında) “FORD EXPEDİTİON" minik markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobili “nəqliyyat vasitəsini idarə etmək” səlahiyyəti ilə X3 etibar etmişdir.
İşin faktiki halları
12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı “FORD EXPEDİTİON" minik markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobili cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. İddia tələbinin faktiki əsasını o təşkil edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və avtomobili nasaz vəziyyətə gətirmişdir. Bununla da, ona maddi ziyan vurmuş, eyni zamanda müqavilə münasibətlərini pozmuşdur. Tələbin hüquqi əsasını müqavilə münasibətləri təşkil edir. İddiaçı hazırki tələbində iddia edir ki, qeyd olunan avtomobilin təmiri cavabdehin tapdığı servis vasitəsilə həyata keçirilmiş və həmin avtomobilin təmirinə görə cavabdehə ümumilikdə 3116 manat ödəniş edilmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir və əvvəlki məhkəmə iclaslarında izahatı zamanı bildirmişdir ki, həmin avtomobilin sürətlər qutusu nasaz vəziyyətə düşmüşdür və o, sürətlər qutusunu alıb təhvil vermişdir və iddiaçı ilə aralarında razılaşma əldə edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçı tərəfi və şahidləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
16. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı “ilkin alqı-satqı” müqaviləsi imzalanmışdır. Belə ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı “FORD EXPEDİTİON" minik markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobili işlək vəziyyətdə cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfin iddia tələbinə etirazı ondan ibarətdir ki, iddiaçı özü ondan avtomobili təmir etməyi xahiş etmiş, o da buna razılaşmışdır. Məhz bu razılığa görə də iddiaçı tələb etdiyi pul məbləğlərini onun kartına göndərmişdir. O, sadəcə avtomobilin təmir olunmasına vasitəçi olmuşdur. Məhkəmə cavabdehin etirazı ilə razılaşmış və bildirir ki, işin hallarına münasibətdə etiraz əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, avtomobil cavabdehə işlək vəziyyətdə verilmiş və avtomoildə hər hansı nasazlıq olmamışdır. Bu hal tərəflərin məhkəmə iclasında izahatları zamanı müəyyən edilmiş və cavabdeh avtomobilin ona nasaz təhvil verilməsi ilə əlaqədar hər hansı məsələni mübahisələndirməmişdir. Digər tərəfdən, artıq müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri baş tutmamış, və son nəticədə müqavilə predmeti iddiaçıya qaytarılmışdır. Bununla belə, müqavilə predmeti qaytarılarkən qüsurlu olmuşdur. Avtomobilin cavabdehə verilərkən eyni şəkildə qüsurlu olması halı da istisna edilir. Belə ki, avtomobildə sonradan aşkar edilən qüsurlar onu istismar etməyə imkan verməyən qüsurlar olmuşdur. Belə olduqda isə cavabdeh tərəfindən avtomobil o şəkildə qəbul edilə bilməzdi. Çünki, avtomobilin işlək vəziyyətdə olmaması zahirən bəlli olmalı idi. Beləliklə, müəyyən edilir ki, avtomobil cavabdehdə olarkən nasaz vəziyyətə gətirilmişdir. Mübahisəyə tətbiq edilən maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. Tutulmalı olan məbləğə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki məhkəmə araşdırması və tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, müqavilə bağlandıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən cavabdeh müqavilə üzrə avtomobilə görə cəmi 4 ay müddətində ödəniş etmişdir. Daha sonra, avtomobil nasaz vəziyyətə düşdükdən sonra tərəflər arasında əldə edilmiş razılıq ondan ibarət olmuşdur ki, qeyd olunan avtomobilin təmir mərkəzini cavabdeh tanıdığı üçün avtomobil cavabdeh vasitəsilə, lakin xərcləri iddiaçı tərəfindən çəkilməklə təmir edilməli və daha sonra cavabdeh avtomobili satdıqdan sonra təmir xərclərini iddiaçıya qaytarmalı idi. Məhkəmə qeyd edir ki, hazırkı iş materiallarında olan “whatsapp” yazışmalarından və CD diskdə mövcud olan səs yazılarından müəyyən edilir ki, avtomobilin təmir ilə əlaqədar yaranmış xərcləri cavabdeh iddiaçıya bildirmiş, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda müvafiq olaraq 1250 manat, 750 manat, 496 manat, 290 manat və 320 manat olmaqla cəmi 3116 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd olunan halları nəzərə almaqla bildirir ki, cavabdehin istifadəsində olduğu dövrdə avtomobilin nasaz vəziyyətə salınması ilə əlaqədar onun təmir xərclərinin iddiaçı tərəfindən çəkilməsi işin halları ilə öz təsdiqini tapır. Belə olan halda iddia tələbi qeyd olunan hissədə təmin edilməklə cavabdehdən iddiaçının hesabına avtomobilin təmir xərci olaraq 3116 manat pul vəsaiti tutulmalıdır.
17. Məhkəmə hesab edir ki, iddia tələbi 7710 manat cərimə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən öhdəliklərin yerinə yetirilməməsi halında cərimə ödənilməsi nəzərdə tutulmuşdur (Müqavilənin 16-cı bəndinə əsasən, Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 (beş) gün müddətinə avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 (otuz) manat məbləğində cərimə ödəməlidir.) Cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş və iddiaçıya maddi ziyan vurulmuşdur. Ona görə də iddiaçı cavabdehə qarşı cərimə tələbi irəli sürməkdə haqlıdır. Lakin bununla belə tutulmalı olan cərimə məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəf cərimə məbləğini hesablayarkən xx.xx.2023-cü il tarixdən avtomobilin təqdim edildiyi xx.xx.2024-cü il tarixədək olan dövrü nəzərə alsa da, lakin iş materiallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh ididaçı tərəflə əlaqə saxlayaraq avtomobili təmir üçün başqa servisə aparmağı təklif etmiş, iddiaçı da bununla razılaşmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə artıq iddiaçının avtomobilin təmir üçün başqa servisə aparılmasına razılıq verməsi həmin avtomobilin cavabdeh tərəfindən qanunsuz saxlanılması halı kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, avtomobilin cavabdeh tərəfindən qanunsuz saxlama dövrü xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə günlük cərimə məbləği 30 manat olaraq şərtləşdirilmişdir, belə olan halda xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək olan dövr üçün (166 gün) cərimə məbləği 4980 manat təşkil edir. Lakin bununla belə, məhkəmə tələb edilən cərimə məbləğinin tənasübsüz surətə yüksək olduğunu, cavabdehin üzərinə tələbin birinci hissəsi üzrə artıq ziyanın əvəzinin ödənilməsi öhdəliyi də qoyulduğunu nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və 500 manat həddində müəyyən edilməlidir.
18. Məhkəmə iddia tələbinin cavabdehin avtomobilin texniki pasportunu geri vermədiyi üçün 700 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf bildirmişdir ki, cavabdeh avtomobilin texniki pasportunu artıq geri qaytarmışdır və iddia tələbinin qeyd olunan hissəsində maraqlı deyildirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissədə təmin edilməsinə zərurət yoxdur.
19. Tələb edilən hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manata münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan pul vəsaitini tələb etsə də, lakin iddia ərizəsinə hüquqi yardım göstərilməsi ilə əlaqədar pul vəsaitinin ödənilməsi barədə sübut əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 56.16 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilin təmir xərci olaraq 3116 manat və avtomobili qanunsuz olaraq saxladığı üçün 500 manat cərimə olmaqla cəmi 3616 manat pul vəsaiti və iş üzrə ödənilmiş dövlət rüsumunun 56.16 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmir xərci olaraq 3116 manat və avtomobili qanunsuz olaraq özündə saxladığı üçün 500 manat cərimə olmaqla cəmi 3616 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 56.16 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.