Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3698/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2451 manat borcun, ödənilməmiş cəriməyə görə 252 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat pul vəsaitinin və ödənilmiş 49 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixində 15 saylı Notarit Kontorunda 3M-1012 saylı ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 13780 manat dəyərində “Chevrolet Aveo” markalı avtomobil əldə etmişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 1900 manat ödəniş etmiş və 24 ay müddətinə hər ay 495 manat ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 1 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdir. Cavabdeh ofisə dəvət edilmiş, lakin gəlməmiş və avtomobili nasaz vəziyyətdə göndərmişdir. Avtomobili təmir məntəqəsinə apardıqda təmir üçün avtomobilə 2451 manat vəsait xərclənmişdir. Bundan əlavə avtomobili idarə edərkən cavabdeh müxtəlif yol hərəkəti qaydalarını pozaraq 252 manat cərimə edilmişdir.
Tərəflərin izahatları.
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolların surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 339.1-1 maddələrinin tələblərinin pozulmasına görə ümumilikdə 260 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur.
6. İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” və “Alıcı” bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BA 284969 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən BAN № KL1SF69D9BB299261, buraxılış ili 2011-ci il olan “Satıcı”ya məxsus “Chevrolet Aveo” minik sedan markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürür. Avtomobilin satış qiyməti 13.780 manat məbləğində müəyyən edilir. “Alıcı” həmin pul məbləğinin 1.900 manatını müqavilə bağlandığı anda, qalan 11.880 manatını hər ay 495 manat olmaqla, 24 ay ərzində “Satıcı”ya nəğd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürür. Avtomobil tam saz vəziəyyətdə Alıçıya təhvil verilir. Avtomobil və gələcəkdə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır. Alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır.
7. “X3” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qüsur aktından görünür ki, buraxılış ili 2011-ci il olan, “Chevrolet Aveo” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin ümumilikdə 2451 manat (ehtiyyat hissələri – 1871 manat; işçilik – 580 manat) məbləğində olması müəyyən edilmişdir.
8. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən vəkilə 150 manat məbləğində pul vəsaiti ödənilmişdir.
9. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Vəkil tərəfindən EQ19970974, EQ19065038, EQ18710804, EQ19469800, EQ20760579, EQ18748643 nömrəli inzibati xəta haqqında protokollara görə cəmi 252 manat məbləğində pul vəsaiti ödənilmişdir.
İşin faktiki halları.
10. İddiaçı özünə məxsus “Chevrolet Aveo” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqısı müqaviləsi əsasında Cavabdeh satmışdır. Avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə cavabdeh tərəfindən avtomobil yararsız vəziyyətə gətirilmiş və təmir-bərpa xərclərinin ümumi dəyəri 2451 manat məbləğində müəyyən edilmişdir.
11. “Chevrolet Aveo” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin istifadəsində olduğu dövr ərzində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmiş və bu inzibati xətalara dair barəsində protokollar tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokollar əsasında ödənilməli olan 252 manat məbləğində cərimə iddiaçı tərəfindən ödənilmişdir və hazıda Cavabdeh tələb edilir.
12. Digər tərəfindən iddiaçı hazırkı mübahisə ilə bağlı hüquqi yardım göstərilməsi üçün vəkilə 150 manat məbləğində pul vəsaiti ödəmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 324. Əqd anlayışı və onun növləri. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 402. İlkin müqavilə. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
Məhkəmənin mövqeyi.
15. İşin hallarından görünür ki, tərəflər arasında avtomobilin ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, İddiaçı Cavabdeh avtomobil satmış, lakin cavabdeh aldığı avtomobilin pulunu tam ödəməmişdir. Bu səbədən də avtomobil iddiaçıya geri qaytarılmışdır.
16. Göründüyü kimi avtomobil xx.xx.2023 – xx.xx.2024-ci il tarixləri arasında cavabdehin faktiki sahiblik və istifadəsində olmuşdur. İddiaçı iddia edir ki, cavabdeh avtomobili nazas vəziyyətdə ofisə göndərmiş, buna görə o, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün arto-serviz mərkəzinə müracət etmiş və onun maşınına dəyən zərər 2451 manat həddində müəyyən edilmişdir. Bundan başqa avtomobilin cavabdehdə olduğu dövr ərzində cavabdeh bir sıra inzibati xətalar törədərək inzibati cərimə olunmuş, cəmi 252 manat məbləğində olan bu cərimələr onun tərəfindən ödənilmiş, müvafiq ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir.
17. Məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər və qüsur aktı digər iş materialları ilə əlaqəli şəkildə tədqiq edilmişdir. Qüsur aktından müəyyən edilmişdir ki, buraxılış ili 2011-ci il olan, “Chevrolet Aveo” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin ümumilikdə 2451 manat təşkil edir. Tərəflər arasına bağlanmış alğı-satqı müqaviləsinin 8-ci bəndindən görünür ki, avtomobil alıçıya tam saz vəziyyətdə təhvil verilmişdir. Avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə bu avtomobillə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 328.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair EQ19970974, EQ19065038, EQ18710804, EQ19469800, EQ20760579, EQ187486430 nömrəli protokollar tərtib edilmişdir. Bu protokolların hər birinə görə inzibati cərimə hesablanmışdır.
18. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzlərində hər bir qəbz üzrə ödənişin hansı nömrəli sənədə görə ödənildiyi qeyd edilmişdir. Həmin qəbzlərdən görünən sənəd nömrələri ilə yuxarıda sadalanan protokolların nömrələri üst-üstə düşmüş, protokollara görə hesablanmış 252 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir.
19. Göründüyü kimi avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə cavabdeh tərəfindən dəfələrlə inzibati xətalar törədilmiş, cavabdeh bu xətalara görə dəfələrlə inzibati cərimə edilmişdir.
20. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının əmlakına vurduğu zərərə görə hesablanmış 2451 manat məbləğində və törətdiyi inzibati xətalara görə ödədiyi cəmi 252 manat məbləğində pulu vəsaitini dəymiş zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur.
22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əmlaka dəymiş zərərə görə 2451 manat, ödənilməmiş cəriməyə görə 252 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat pul vəsaitinin və ödənilmiş 49 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməlidir.
24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh əmlaka dəymiş zərərə görə 2451 manat, ödənilməmiş cəriməyə görə 252 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat pul vəsaitinin və ödənilmiş 49 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.