Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-373/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4352 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat və 4 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 401 saylıəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği cəmi 4633.28 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan müvafiq güzəştlər edildikdən sonra qalıq borc 4352 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Cavabdehin etirazı
3. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir, iddia əsassız və iddia müddəti keçməklə verildiyinə görə təmin edilə bilməz. Belə ki, işin hallarından da görünür ki, iddiaçı onunla arasında olan əmək münasibətlərinə istinad etmişdir. Hazırki iddia ərizəsində iddiaçı onun Oba Marketdə çalışdığı zaman, yəni 12 avqust 2022-ci il tarixdə Cəmiyyətə zərər vurduğunun müəyyən edilməsini göstərmişdir. Yəni hazırki iddiaya görə iddiaçı ona ziyanın vurulmasını 12 avqust 2022-ci il tarixdə aşkar etmişdir. Belə olan halda iddia müddəti də bu tarixdən hesablanmalıdır. İddia ərizəsindən də görünür ki, iddia məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmiş, yəni iddiaçı tərəfindən məhkəməyə müraciət olunduğu gün artıq iddiaçının ziyanın vurulmasını aşkar etdiyi gündən 1 ildən çox müddət ötmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq edərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları
4. Məhkəmənin xx.xx.2023-cü il tarixə təyin olunmuş baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək və əlavə olaraq bildirdi ki, hazırki iddia ilə bağlı xx.xx.2023-cü ildə Mediasiya Şurasına müraciət edilmiş və həmin vaxtdan da iddia müddətinin axımı dayanmışdır. Mediasiya Şurasının arayışını xx.xx.2023-cü ildə almışlar. İddia müddətinin axımı yenidən xx.xx.2023-cü ildən davam edib və iddia müddəti ötürülmədən xx.xx.2023cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. İddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi məhkəmə icasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək və etirazında qeyd olunanlarla eyni məzmunda izahat verərək bildirdi ki, qeyd olunan kəsrin qaynaqlanması onunla bağlı deyil. O, əmək kitabçasını avqust ayında götürmüş və əmək kitabçasını götürərəkən hər hansı bir pozuntu ona bildirilməmişdir. Qeyd olunan kəsr məbləği də, avqust ayında qeyd olunub. Bütün bunları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar
7. 10 mart 2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh Satış Departamenti-satış 1 şöbəsi-satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur.
8. Vəzifə dəyişikliyi haqqında Cəmiyyət üzrə xx.xx.2021-ci il tarixli 316 saylı əmrdən çıxarışın surətinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş və əmək haqqı 345 manat təyin edilmişdir.
9. X2 haqqında müqavilənin surətinə əsasən administrator Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür.
10. İddiaçı MMC-nin Sabunçu 15 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair xx.xx.2022-ci il tarixli yekun akta əsasən araşdırma sonrası nəticə (maliyyət qiyməti ilə) -4633.28 müəyyən edilmişdir.
11. İddiaçı MMC-nin Sabunçu 15 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair tərtib olunmuş inventarizasiya siyahısına əsasən siyahıda qeyd olunan malların üzləşdirilməsi aparılmış, 4633.28 əskikgəlmə aşkar edilmişdir.
12. İddiaçı MMC-nin İnventarizasiya komissiyasının xx.xx.2022-ci il tarixli iltizamnaməsinə əsasən Cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayımdan etirazı olmamış, bunu öz imzası ilə təsdiq etmişdir.
13. xx.xx.2022-ci il tarixli 401 saylı əmrdən çıxarışa əsasən Cavabdeh əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərin birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir.
14. İddiaçı MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2023-cü il tarixli arayışa əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 4352 manat borc qalmışdır.
15. 12 avqust 2022-ci il tarixli imtina aktına əsasən İddiaçı MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Qanbay Vəzirov ünvanında yerləşən Oba-Sabunçu 15 (1366) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixli vəziyyətinə inventarizasiya keçitilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-4633.28 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubuna əsasən 4352 manat vurulmuş ziyanın 3 gün müddətində ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəyi bildirilmişdir.
17. “Mediasiya Sessiyasında iştirak edilməməsi barədə” MŞB/4-2023-00109 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu hal xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin Oba-Sabunçu 15 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun olaraq 4633.28 manat məbləğində zərər vurması məlum olmuşdur.
24. Məhkəmə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının 372.1.və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən şəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən ona maddi ziyanın vurulması məsələləri ilə əlaqədar olaraq ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilər. Hazırki mübahisə ilə bağlı iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən ziyanın vurulması xx.xx.2022-ci il tarixdə aşkar edilmişdir. Mediasiyanın tətbiqi barədə təklif isə cavabdehə xx.xx.2023-cü il tarixdə ünvanlanmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin 1-ci bəndinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin qanunun 35-ci maddəsinin 2-ci bəndinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmçinin iş materiallarından müəyyən olunur ki, xx.xx.2023cü il tarixdə Mediasiya Şurası Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bununla da xx.xx.2023xx.xx.2023-cü il tarixi aralığında iddia müddətinin axımı dayanmışdır. İddia müddətinin axımı xx.xx.2023-cü ildən davam etmiş və iddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da məhkəmə müəyyən edir ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir.
26. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X2ə cəlb olunur.
27. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
28. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir.
29. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).
30. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
31. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən sübutlarla maddi ziyanın həqiqətən də cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmış, cavabdeh isə ziyanın onun təqsiri ilə əlaqədar olmadığı sübuta yetirə bilməmişdir. Məhkəmə xərcləri
29. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat və 4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamış, ödənilməmiş dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən mediasiya xərci kimi ödənilmiş 50 manat və 4 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməmiş 9.52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödəniməlidir. Məhkəmənin gəldiyi nəticə
32. Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4352 manat əsas borc, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğin və 4 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə, ödənilməmiş 9.52 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4352 (dörd min üç yüz əlli iki) manat əsas borc, ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 4 (dörd) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilməmiş 9.52 (doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva