Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3757/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdеh Hüsеynov Faiq Şahvələd oğlundan 25000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdеh Hüsеynov Faiq Şahvələd oğlunu tanışı Həsənov İlqarın vasitəsilə tanımış, normal münasibətləri olmuşdur. İddiaçı Füzuli rayonundan məcburi köçküdür. Yaşayış yеri kiçik olduğu üçün ailəsi üçün çox dar olduğu (o, həyatyoldaşı, qızı və onun uşaqları birlikdə yaşayırlar) üçün o, özünə və ailəsinə еv axtarırdı. Bunu cavabdеh də bilirdi. Söhbətlərin birində cavabdеh bildirdi ki, onlara ucuz qiymətə sosial еv düzəldə bilər. Cavabdеh bu məsələnin 25000 manata əmələ gələ biləcəyini bildirdi. Həmin vaxt onda bu məbləğdə pul olmasa da, bir müddət sonra həmin 25000 manatı hissəhissə cavabdеhə vеrmişdi. Cavabdеh bu barədə qəbzdə yazmışdır. Bildirir ki, pulları Faiqə qızı Xəyalənin yanında vеrmişdir. Lakin, həmin vaxtdan xеyli müddət kеçməsinə baxmayaraq, cavabdеh ona sosial еv təşkil еtməmişdir, pulu da hal-hazıra qədər gеri qaytarmamışdır. Bundan sonra, başa düşəndə ki, cavabdеh onu aldadır, cavabdеhə vеrdiyi pulu qaytarmağı tələb еtdi. Cavabdеh pul aldığını еtiraf еdərək qısa müddətə qaytaracağını bildirmişdir. Lakin, həmin tarixdən xеyli vaxt kеçməsinə baxmayaraq, cavabdеh pulu yеnə də qaytarmaqdan imtina еtmişdir. Bu barədə tərəfindən polis orqanlarına müraciət olunsa da, oradan bu məsələnin mülki münasibətlər olduğunu bildirmişlər. Göründüyü kimi, cavabdеhin ondan pul alması hər hansı bir əsasa söykənmir, başqa sözlə, əsassız varlanma kimi qiymətləndirilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müfafiə edərək, cavabdeh borcu tədqiqat zamanı etiraf etdiyini, bunu təsdiq edən cavabdehin əl yazması da məhkəməyə təqdim etdiklərini və şahidin dindirilərkən, pulu Faiqə verdiyini bildirdiyini qeyd etmişdir. Əlavə olaraq cavabdehin pulu tam olmasa da, qismən etiraf etdiyini, bir hissəsini qaytaracağını qeyd etdiyini bildirmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, təqdim etdiyi səs yazılarında əsas mübahisəli şəxsin İlqar olduğunu, iddiaçıya borcları olmadığını, ödənişləri cavabdehin Xəyaləyə etdiyini bildirmişdir. Xəyalənin səs yazılarında İlqarın onu bu bəlaya saldığını etiraf etdiyini, polis şöbəsində araşdırma aparıldığını və həmin araşdırmaya görə onların borcunun İlqar qarşısında olduğunu qeyd etmişdir. Cavabdehin iddiaçını tanımadığını, iddiaçının qızının vasitəsilə İlqardan daha az məbləğdə pulu götürüb cavabdehə verdiyini, həmçinin, qarşı tərəf borcu sübut edən heç bir sənəd məhkəməyə təqdim etmədiyini, şahid ifadəsində onun özünün pulu aldığını bildirmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, cavabdehi 2015-ci ildən tanıyıb dostluq etmişdir. Bira ara cavabdehin maddi sıxıntısı olduğunu görə ona köməklik edib. Pul qazanması üçün iddiaçının qardaşı qızının yoldaşı Eldarın işlədiyi Baku Electronicsa aparmışdır. Faiqin ordan xeyli mallar götürüb satıb ödəniş edəcəyini bildirdi. O, götürdüyü malların pulun ödəməmiş nəticədə borcu yaranmışdır. Faiq 9000 manata sosial ev düzəldə bilcəyini bildirsə də sosial evin düzəldə bilməmişdir. 9000 pulu onun yanında vermişdirlər. Onun pulu geri qaytarması baradə məlumatı olmamışdır. İş materialları. xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən yazılan və imzası ilə təqsdi edilən vərəqdə qeyd olunur: “Burada qeyd olunan malları (3.300 manat), 4,320+(5,460 manat)+6,588 manat) mən İbrahimova Xəyalənin tanışlığı ilə onun qohumu olan Eldardan götürmüşəm. Bu malların bəzi hissəsini (825 manat) (549manat), (1080 manat) (910 manat) ödəmişəm, yerdə qalan hissəsini də hər ay olduğu kimi ödəməyə söz verirəm. Özüm yazdım, öz imzamla təsdiq edirəm”. Həmin sənədin digər tərəfində qeyd olunur ki, X1 ilə X6 (X5) arasında bağlanmış 4014 saylı xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmış, X4 3 300 manat dəyərində nisyə aldığı malın dəyərini hər ay 275 manat ödəmək şərtilə, 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 01 fevral 2023-cü il tarixdə cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərarın təsvir hissəsində göstərilmiş Cavabdeh ifadəsindən görünür ki, Faiq Xəyalə ilə 2016-ci ildən tanışlıq etdiyi, İlqarın vasitəsi ilə tanış olmuşdur. Maddi sıxıtın da oluğu üçün İlqar Xəyalənin borc verə biləcəyini demişdir. Xəyalədən faizə pul götürmüşdür. Xəyalənin anası Şəhlanın olduğunu bilsə də, onunla tanışlığı olmamışdır. Onu da qeyd etmişdir ki, onlar faizlə pul verirdi, o da borca pul götürmüşdur. Xəyalədən götürdüyü pulu ödəməkdə çətinlik çəkmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən AA № 402565 seriya nömrəli xx.xx.2018-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı həmin tarixdə Füzuli rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında cavabehin nümayəndəsi tərəfindən təqdim edilən cd-diskdə Xəyalə deyilən şəxsin cavabdehə göndərdiyi səslərdən görünür ki, Faiqə borcunu ayın 31-dən gec olmayaraq ödəməsini, onu pis vəziyyətə qoyanın İlqar olduğunu demişdir. İlqarın Faiqin borcunu ödəyəcəyini desə də, ödəmədiyini vurğulamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.... “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəf cavabdehə pul verdiyini iddia etsə də, bununla bağlı subut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cinayət işinin rədd olunması barədə qərarın təsvir hissədində cavabdeh iddiaçının qızından borc aldığını və onun qarşısında öhdəliyi olduğunu etiraf etsə də, iddiaçı tərəf əsl olmayan tərəfin əvəz edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə işə olduğu kimi baxmışdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) cavabdehdən pul tələb etmə hüququ yoxdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarda iddiaçı tərəfindən cavabdehə pul verilməsi ilə bağlı hər hansı bir subut yoxdur. Məhkəmə xərcləri. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bununla da, xərcləri aid etməyə şəxsin olmadığı görünür. Yuxarıda sadalanan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən və yalnız formal mülahizələrə əsaslandığından təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Cavabdеh Hüsеynov Faiq Şahvələd oğlundan 25000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3757/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3757/2023
20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver