Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3759/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qeyri Bank Kredit X4 Müəssisənin cavabdehlər X7 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qeyri Bank Kredit X4 Müəssisə cavabdehlər X7 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Qeyri Bank Kredit X4 Müəssisənin xeyrinə 1724.82 manat əsas borc, 29.26 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla cəmi 1754.08 manat, həmçinin **********0252 saylı kredit müqaviləsi üzrə 1087.71 manat əsas borc, 19.03 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla 1106.74 manat və 49 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0265 saylı, AR Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı bəndinə uyğun olaraq Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alan vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1822.58, həmçinin eyni tarixli **********0252 saylı Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1185.98 qalıq borcu illik 1 faiz dərəcəsi olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0265 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun 1 il güzəşt müddətində hər ay 1.57 manat, dörd il müddətində isə hər ay 38.76 manat olmaqla və **********0252 saylı kredit müqaviləsi üzrə 1 il güzəşt müddətində hər ay 1.02 manat, 4 il müddətində isə hər ay 25.22 manat ödənilməsi razılaşdırılmışdır. Hər iki Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Zaminlik Müqavilələri bağlanmışdır. Cavabdehlər öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişlər. Məhkəmə iclasında İddiaçı Qeyri Bank Kredit X4 Müəssisənin nümayəndəsi X5 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X7 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı Qeyri Bank Kredit X4 Müəssisə ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0252 saylı Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsindən görünür ki, Kredit verən Kredit Alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1185.98 manat qalıq məbləğini ödəməsi məqsədilə 1185.98 manat məbləğində güzəştli kredit vermiş, Kredit alan isə illik 1 faiz olmaqla, 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il ərzində müəyyən edilmiş ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı Zamlinlik müqaviləsindən görünür ki, Cavabdeh2 Kredit alan X6 Kredit verən İddiaçı Qeyri Bank Kredit X1rşısındakı öhdəliyinin icrası ilə əlaqədar zamin durmuşdur. İş materiallarında olan İddiaçı Qeyri Bank Kredit X4 Müəssisə ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0265 saylı Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsindən görünür ki, Kredit verən Kredit Alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1822.58 manat qalıq məbləğini ödəməsi məqsədilə 1822.58 manat məbləğində güzəştli kredit vermiş, Kredit alan isə illik 1 faiz olmaqla, 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il ərzində müəyyən edilmiş ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı Zamlinlik müqaviləsindən görünür ki, Cavabdeh2 Kredit alan X6 Kredit verən İddiaçı Qeyri Bank Kredit X1rşısındakı öhdəliyinin icrası ilə əlaqədar zamin durmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1724.82 manat əsas, 29.26 manat faiz borcu vardır. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 49 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Ramı̇ z qızı və Muradov Şahı̇ n Əlövsət oğlundan müştərək qaydada 1724.82 manat əsas borc, 29.26 manat faiz borcu olmaqla cəmi 1754.08 manat məbləğində pul, həmçinin **********0252 saylı kredit müqaviləsi üzrə 1087.71 manat əsas borc, 19.03 manat faiz borcu olmaqla cəmi 1106.74 manat və iş üzrə ödənilmiş 49 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Müəssı̇ sənin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3759/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3759/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver