Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-376/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X2 Qasımovun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsinə əsasən mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: Suraxanı rayon məhkəməsinin 16 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə 23963.99 manat əsas kredit borcu, 2797,02 manat faiz borcu, 6.56 manat cərimə borcu, cəmi 26767.57 manat məbləğində borc, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 170.30 manat məbləğində dövlət rüsumu tutulması, Cavabdeh tutulmalı olan cəmi 26784.87 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 45,81 kv.m. ümumi, 29,11 kv.m. yaşayış sahədən ibarət olan 14 saylı evin 79 saylı mənzilinə yönəldilməsi və həmin əmlak açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 45,81 kv.m. ümumi, 29,11 kv.m. yaşayış sahədən ibarət olan 14 saylı evin 79 saylı mənzilinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmenti açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh həmin evdən çıxarılsın və həmin mənzil boşaldılması qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə əlavə qətnamə qəbul edilməsi barədə ərizə ilə müraciət edərək “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün 41,50 (qırx bir manat əlli qəpik) manat dövlət rüsumunun” qətnamə qəbul edilmədiyini bildirərək həmin məsələyə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 13 iyun 2022-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək əlavə qətnamə qəbul edilməsinə dair məhkəmə iclasına işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 114 №-li ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün 41,50 (qırx bir manat əlli qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək, öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Sadalanan xüsusatları və qanunvericilik aktı normasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə qeyd olunan “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün 41,50 (qırx bir manat əlli qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə əlavə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Cavabdeh “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün 41,50 (qırx bir manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-376/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(010)-376/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver