Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-378/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə . MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı «Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 149383-CNS-17665/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 173.20 (yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğində əsas borc, 0.21 (iyirmi bir qəpik) manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 173.41 (yüz yetmiş üç manat qırx bir qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı «Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 149383-CNS-17665/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 4244.39 (dörd min iki yüz qırx dörd manat otuz doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 173.20 (yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğində əsas borc, 0.21 (iyirmi bir qəpik) manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 173.41 (yüz yetmiş üç manat qırx bir qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflərin izahatları Məhəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında göstərdi ki, Bank VTB (Azərbaycan) və cavabdeh X3 arasında 21 iyul 2019-cu il tarixdə illik 1 faiz hesablanmaq şərtilə 60 ay müddətinə kredit müqaviləsi bağlanılıb və cavabdehə 4244,39 manat kredit verilib. 3 sentyabr 2024-cü il tarixə Cavabdeh 173,20 manat, faiz borcu 0,21 qəpik olmaqla, ümumilikdə 173,41 manat borcu ödənilməmişdir. Məhkəmədən mövcud 173,41 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh özü kreditinin restruktizasiya olunması üçün yaxınlaşıb və 21 iyul 2019-cu ildə müqavilə bağlanılıb. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi (atası) X2 iddia ərizəsini qəbul etməyərək, izahatında göstərdi ki, məhkəmə əmri ləvğ edilmişdir. İddia icraatı qaydasında baxılmasını xahiş etmiş, bütün ödənişləri vaxtında ödəmişdir. Oğlunun əvəzinə ödənişləri özü etmişdir və qəbzlər var. Oğlu Cavabdeh 500 manat əmək haqqı alır. Buna dair bank arayış istəyib, oğlu arayışı təqdim edib. Bank 5000 manat yerinə, 5000 ABŞ dollar kredit verib. Krediti 2015-ci ildə götürüb. İş materialları xx.xx.2019-cu il tarixli 149383-CNS-17665/2 saylı Nağd pul krediti müqaviləsindən görünür ki, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC ilə xx.xx.2023-cü il tarixdə bağladığı kredit sazişinə əsasən, bank Cavabdeh illik1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 4244.39 (dörd min iki yüz qırx dörd manat otuz doqquz qəpik) manat məbləğində kredit vermişdir. «Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği (173.2 manat əsas, 0.21 manat faiz olmaqla, cəmi 173.41 manat) barədə məlumat verilmiş, həmin borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "Bank VTB (Azərbaycan)" ASC-nə əsas borc üzrə 173.20 manat, faiz borcu üzrə 0.21 manat olmaqla, cəmi 173,41 manat məbləğində borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini xx.xx.2024-cü il tarixdən icra etmir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, borclu Cavabdeh xx.xx.2015-ci il tarixli 149383-CNS-17665 saylı «Nağd pul kredit müqaviləsi»nə əsasən 4185,59 ABŞ dolları məbləğində əsas borc, 477,87 ABŞ dolları məbləğndə faiz borcu, 56,74 ABŞ dolları məbləğində cərimə üzrə borcu, xx.xx.2015-ci il tarixli 149383-1-16486 saylı «kredit xətti müqaviləsi»nə əsasən xx.xx.2017-ci il tarixə banka borclu olduğu 452.56 ABŞ dolları məbləğində əsas borc, 52,77 ABŞ dolları məbləğində faiz borcu, 42,16 ABŞ doları məbləğində cərimə üzrə borcu və 20 manat dövlət rüsumu tutularıq kreditor İddiaçı ASC-nə ödənilməlidir. İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli Suraxanı rayon İcra şöbəsinə ünvanladığı məktubdan görünür ki, borclu Cavabdeh tərəfindən İddiaçı ASC-nin ona qarşı olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-1994/2018 saylı əmr üzrə tələbi tam icra edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1994/2018 saylı xx.xx.2018-ci il tarixli əmr əsasında icra sənədi üzrə icra icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, Cavabdeh ilə kreditor İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 149383-CNS-17665 saylı «Nağd pul kredit müqaviləsi»nə əsasən cavabdehə kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh 4185,59 ABŞ dolları məbləğində əsas borc, 477,87 ABŞ dolları məbləğndə faiz borcu, 56,74 ABŞ dolları məbləğində cərimə üzrə borcu, xx.xx.2015-ci il tarixli 149383-1-16486 saylı «kredit xətti müqaviləsi»nə əsasən xx.xx.2017-ci il tarixə banka borclu olduğu 452.56 ABŞ dolları məbləğində əsas borc, 52,77 ABŞ dolları məbləğində faiz borcu, 42,16 ABŞ doları məbləğində cərimə üzrə borcu və 20 manat dövlət rüsumu tutularaq kreditor İddiaçı ASC-yə ödənilməsi əmr edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixinə əsas kredit borcu 7015.59 manat, borclunun azadolmasına yönəldilən məbləğ 2771,20 manat, qalıq borcunun məbləği 4244,39 manat təşkil etmişdir. İddiaçı ASC Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələrək vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunmasını təklif etmiş, cavabdeh də bu təkliflə razılaşdığından iddiaçı ilə cavabdeh arasında sonuncunun vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə xx.xx.2019-cu il tarixində 149383-CNS-17665/2 saylı Nağd pul krediti müqaviləsi imzalanmışdır. Tərəflər arasında sözügedən müqavilədən irəli gələrək İddiaçı ASC xx.xx.2019-cu il tarixdə Suraxanı rayon İcra şöbəsinə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1994/2018 saylı, xx.xx.2018-ci il tarixli əmri əsasında icra sənədi üzrə icra icraatına xitam verilməsini xahiş etmişdir.
Məhkəmə müəyyən edir ki, cavabdeh xx.xx.2019-cu il tarixli, 149383-CNS-17665/2 saylı müqavilədə nəzərdə tutulmuş məbləği müəyyən olunmuş müddətdə və qaydada faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, əsas borc üzrə 173,20 manat, faiz borcu üzrə 0,21 manat olmaqla, cəmi 173,41 manat məbləğində pul vəsaitini iddiaçı banka geri qaytarmamışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh əsas borc üzrə 173,20 manat, faiz borcu üzrə 0,21 manat olmaqla, cəmi 173,41 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 173,20 manat, faiz borcu üzrə 0,21 manat olmaqla, cəmi 173,41 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməlidir. Eləcə də, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 173,20 manat, faiz borcu üzrə 0,21 manat olmaqla, cəmi 173,41 (bir yüz yetmiş üç manat iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova