Məhkəmə qərarları › İş №e-2(010)-3783/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3783/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3783/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı "Dəmirbank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Rəhı̇ mov Elvin Şiralı oğlu və qeyrisinə qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "Dəmirbank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Rəhı̇ mov Elvin Şiralı oğlu və qeyrisinə qarşı "pul" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir.

Tərəflərin izahatları

2. İş üzrə məhkəmə hazırlıq iclası 16 sentyabr 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə SMS bildiriş vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər.

4. İddiaçı "Dəmirbank" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ərizə ilə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

Məhkəmənin mövqeyi

6. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı "Dəmirbank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Rəhı̇ mov Elvin Şiralı oğlu və qeyrisinə qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər iddiaçıya geri qaytarılmalıdır.

7. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün 73,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmadan geri qaytarıldığı üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya tam olaraq qaytarılmalıdır.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı "Dəmirbank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Rəhı̇ mov Elvin Şiralı oğlu və qeyrisinə qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "Dəmirbank" Açıq Səhmdar Cəmı̇ yyətinin ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 73,39 (yetmiş üç manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar