Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3791/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X8 qızının katibliyi, Cavabdeh İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon məhkəməsinin 24 aprel 2012-ci il tarixli 2(075)-658/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş, 21 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh tutulan 50 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində olmaqla, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 15 avqust 2009-cu ildə Cavabdeh ilə el adəti üzrə toy edərək ailə qurmuşdur. Lakin, ondan asılı olmayan səbəblərdən aralarında olan nikahın rəsmiləşdirilməsi baş tutmamışdır. Onlar bir müddət-təxminən 4 ay birgə, faktiki ailə münasibətlərində yaşasalar da, sonradan cavabdehin təqsiri üzündən onların birgə yaşamaqları mümkün olmamış və o hamilə vəziyyətdə cavabdeh və onun ailə üzvləri tərəfindən evdən qovulmuşdur. Bundan sonra onun cavabdehlə faktiki ailə münasibətlərindən 21 iyun 2010-cu ildə Gülşən adlı bir övladları doğulmuşdur. Övladı o cavabdehdən faktiki olaraq ayrıldıqdan sonra doğulduğundan, həmçinin onun cavabdehlə nikahı rəsmiləşdirilmədiyindən o məcbur qalaraq “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Keçən bu müddət ərzində Cavabdeh demək olar ki. uşağı ilə maraqlanmamış, onun saxlanılmasında, təlim-tərbiyyəsində iştirak etməmişdir. O, keçən müddət ərzində valideyinlərimin dəstəyi ilə övladı Gülşənin saxlanılmasını təmin etsə də, hal-hazırda valideyinlərinin də maddi vəziyyəti pisləşmiş və ona yardım etmək imkanları kəsilmişdir. O, dəfələrlə Cavabdeh uşaqlarının böyüdüyünü, ona lazım olan xərclərin artdığını bildirsə də, onun tərəfindən onun bildirdiklərinə nəinki heç bir reaksiya verilməmiş, hətta Şəki Rayon Məhkəməsinin 24 aprel 2012-ci il tarixli, 2(075)- 658/2012 nömrəli qətnaməsi ilə kəsilmiş 50 manat alimentin belə ödənməsini təmin etməmişdir. Dəfələrlə müxtəlif qurumlara, Ədliyyə Naziriliyinə, icra Baş idarəsinə və sair tərəfimdən müraciət edilsə də, müraciətlərinin hər biri cavabsız qalmışdır. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla kifayət qədər yaxşı qazanca malikdir. Belə ki, o ticarət ilə məşğul olur və kifayət qədər gəlir əldə edir. Hesab edir ki, cavabdehin uşağımızın saxlanması üçün daha artıq miqdarda aliment vermək imkanı vardır. İddiaçı tərəfindən məhkəməyə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə telegram daxil olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin həcminin artırılmasını tələb etsə də, bunun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia ərizəsində öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Hal-hazırda onun artırılmış qaydada aliment ödəməyə maddi imkanı yoxdur. Onun aylıq əmək haqqı 300 manat təşkil edir, eyni zamanda başqa nikahdan iki övladı var. Əgər aliment artırılarsa 100 manat ödəməyə etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin 24 aprel 2012-ci il tarixli, 2(075)-658/2012 nömrəli qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş, 21 iyun 2010-cu il tarixdə anadan olmuş X3 atasının Cavabdeh olması hüquqi faktının müəyyən edilməsi, azyaşlı Gülşənə Cumayev soyadını daşımaq hüququnun verilməsi və uşağa yenidən doğum haqqında şəhadətnamənin verilməsinin Şəki Rayon Qeydiyytat Şöbəsinə həvalə edilməsi, Cavabdeh hər ay 50 (əlli) manat alimentin alınaraq 21 iyun 2010-cu il tarixdə anadan olmuş Gülşənin yetkinlik yaşına çatanadək saxlanılması üçün mənə verilməsi, alimentin tutulmasının əvvəlinin 27 mart 2012-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın qaldırılması ilə bağlı tərəfimdən dövlət büdcəsinə ödənilmiş 3 manat rüsumun Cavabdeh alınıb mənə verilməsi, X1 20 (iyirmi) manat rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş arayışdan görünür ki, Cavabdeh mağazada işləyir və əmək haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə də, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat miqdarında aliment tutulmasına dair Şəki rayon məhkəməsinin 24 aprel 2012-ci il tarixli 2(075)-658/2012 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Bu baxımdan cavabdehin alimentin artırılmasına razı olmaması ilə bağlı gətirdiyi dəlillərlə razılaşmayaraq məhkəmə qeyd edir ki, qanunun mənasına görə az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh uşağa görə sabit pul məbləğində hər ay 193 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay sabit pul məbləğində 50 manat miqdarında aliment tutulmasına dair Şəki rayon məhkəməsinin 24 aprel 2012-ci il tarixli 2(075)-658/2012 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra adı çəkilən qətnamə öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Şəki rayon məhkəməsinin 24 aprel 2012-cu il tarixli 2(075)-658/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 21 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-3791/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3791/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver