Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3799/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlihüseyn oğluna qarşı “ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlihüseyn oğluna qarşı “ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsələrdən tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1hüseyn Kamal oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh3 Əlihüseyn oğlu və Cavabdeh1 (qanuni nümayəndəsi Həşim-zadə Mədinə Azər qızı vasitəsilə) paylarına mütənasib qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi üzrə ödənilməmiş 2517.83 manat əsas borc məbləğinin və ödənilmiş 45.18 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1hüseyn Kamal oğlu arasında xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1hüseyn Kamal oğluna 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 3500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh1hüseyn Kamal oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1321 nömrəli məktubuna əsasən, Cavabdeh1hüseyn Kamal oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlihüseyn oğlu 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə xx.xx.2025-ci il tarixli, 2V-216, 2V-217, 2V-218 və 2V-219 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bankın Sabunçu fillialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1hüseyn Kamal oğlunun xx.xx.2025-ci ilədək kredit xətti üzrə banka ödənilməmiş 2517.83 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum Cavabdeh1hüseyn Kamal oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC-nin qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixli, 6-2-22/2-18852/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncular öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC (Bank) və Cavabdeh1hüseyn Kamal oğlu (Müştəri) arasında xx.xx.2022ci il tarixdə bağlanmış BPM**********05 nömrəli tam kart müqaviləsindən görünür ki, bu müqavilə “Bank” və “Müştəri” arasında sonuncunun adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Müştəri”nin adına bank hesablarının, kredit xəttinin açılmasına, “Müştəri” tərəfindən tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Bank” tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədi ilə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir (Kreditin şərtləri aşağıdakılardır: tam kartın müddəti – 60 ay; tam kart hesabının valyutası – AZN; tam kart üzrə kredit limitinin məbləği – 15000 manat; kredit xəttinin məbləği – 3500 manat; kredit xəttinin müddəti – 36 ay; kredit xətti üzrə illik faiz dərəcəsi – 24%, tam kartın təyinatı – şəxsi ehtiyacların ödənilməsi). xx.xx.2022-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, iddiaçı bank tərəfindən mərhum borcalana açılmış ******************** nömrəli kart hesabı üzrə kredit xəttinin məbləği 3500 manat məbləğində təyin edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 458840 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1hüseyn Kamal oğlu xx.xx.2024-cü il tarixdə “bir neçə qarın boşluğu orqanının travması” səbəbindən Salyan rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 901 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Həşim-zadə Əiihüseyn Kamal oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh2 və ünvan 2 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh3 Əlihüseyn oğludur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 01/02- 518 nömrəli məktubuna əsasən 5000 manat pul məbləğindən ibarətdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2V-217 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Həşim-zadə Əiihüseyn Kamal oğlunun vərəsəsi Həşim-zadə Kamran Əlihüseyn oğlu idi, lakin onun xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 3i ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1dur və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş 01/02-518 nömrəli məktubuna əsasən 5000 manat pul məbləğindən ibarətdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2V-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Həşim-zadə Əiihüseyn Kamal oğlunun vərəsəsi Həşim-zadə Kamran Əlihüseyn oğlu idi, lakin onun xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 3i ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1dur və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 13-1/2-10650/2024 nömrəli məktubuna əsasən 2255.47 manat pul məbləğindən ibarətdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2V-219 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Həşim-zadə Əiihüseyn Kamal oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh2 və ünvan 2 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh3 Əlihüseyn oğludur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 13- 1/2-10650/2024 nömrəli məktubuna əsasən 2255.47 manat pul məbləğindən ibarətdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, mərhum borcalan Cavabdeh1hüseyn Kamal oğlunun xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" ASC-yə 2517.83 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən mərhum borcalan Cavabdeh1hüseyn Kamal oğlunun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3 Əlihüseyn oğlu və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği (2517.83 manat) məlumat verilmiş, həmin borc məbləğinin tam şəkildə 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı. “Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.” İşin faktiki hallarından görünür ki, mərhum Cavabdeh1hüseyn Kamal oğlu "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuşdur. İş üzrə cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlihüseyn oğlu isə mərhum borclunun vərəsələridir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir, bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu mərhumun vərəsələri olan iş üzrə cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 45.18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum borcalan Cavabdeh1hüseyn Kamal oğlunun qanun üzrə vərəsələri Cavabdeh1 (qanuni nümayəndəsi Həşim-zadə Mədinə Azər qızı vasitəsilə), Cavabdeh2 və Cavabdeh3 Əlihüseyn oğlundan xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 2517.83 manat məbləğində borc və ödənilmiş 45.18 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mərhum borcalan Cavabdeh1hüseyn Kamal oğlunun qanun üzrə vərəsələri Cavabdeh1 (qanuni nümayəndəsi Həşim-zadə Mədinə Azər qızı vasitəsilə), Cavabdeh2 və Cavabdeh3 Əlihüseyn oğlundan xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə 2517.83 (iki min beş yüz on yeddi manat səksən üç qəpik) manat məbləğində borc və ödənilmiş 45.18 (qırx beş manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-3799/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3799/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver