Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3824/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə satış müqaviləsi üzrə pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıbaraq, məhkəmə Müəyyən etdi: Kreditor İddiaçı borclu Cavabdeh qarşı nisyə satış müqaviləsi üzrə pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh ilə bağlanmış nisyə satış müqaviləsi üzrə 1500 manat əsas borc və 450 manat cərimə borcu olmaqla, cəmi 1950 manat məbləğində borcun və iddia verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli XQDK01013 saylı Nisyə satış müqaviləsinə əsasən borcluya 1749 manat məbləğinə məişət məhsulu kreditlə-nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə əsasən borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəiyi vaxtında və lazımi qaydada, yəni aylıq 125 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3824/2021 saylı, 21.06.2021ci il tarixli məhkəmə əmrinə əsasən ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz vermiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3824/2021 saylı, 02.07.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşə məhkəmədə baxılarkən Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-yə ödədiyi 249 manat məbləğin İddiaçı MMC-dən tutulraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verildiyindən məhkəmənin icraatına qəbul edilmiş və ilkin iddia ilə birlikdə baxılması qərara alınmışdır. Qarşılıqlı iddia Cavabdeh ərizəsini onunla əsaslandırılmışdır ki, o, 11.01.2018-ci ildə İddiaçı MMC-dən XQDK01013 nömrəli, 11.01.2018-ci il tarixli müqavilə əsasında televizor almış və aldığı televizora görə ilkin olaraq 249 manat məbləğində ödəniş etmişdir. Lakin o, televizoru aldığı birinci gün televizorda nasazlıq aşkar edildiyi üçün ilkin iddia üzrə iddiaçı təşkilata bununla bağlı müraciət etmiş, oradan onu servisə, servisdən isə mağazaya yönləndirmişlər. O, həmin günü televizor mağazaya qaytarmışdır. Mağazadan ona yeni televizor veriləcəyini vəd etmələrinə baxmayaraq, bu günə qədər ilkin iddia üzrə iddiaçı tərəf öz öhdəliyini icra etməyərək ona televizor verməmişdir. Hesab edir ki, İddiaçı MMC tərəfindən onun qarşısında olan öhdəliklərə əməl olunmayaraq ona yeni televizor verilmədiyi üçün ilkin ödəniş olaraq ödədiyi məbləğ ona qaytarılmalıdır. İlkin iddia üzrə İddiaçı MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İlkin iddia üzrə Cavabdeh məhkəməyə yazılı ərizə verərək işə baxılmasını tələb etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilkin İddiaçı nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən alınmış televizorda nasazlıq olduğu üçün qaytarılmış, lakin televizorun “pultu” isə bir müddət sonra qaytarılmışdır. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, İddiaçı MMC-dən televizor almış, ilkin ödəniş olaraq 249 manat pul ödəmişdir. Televizor qarşılıqlı iddia üzrə cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmış, lakin televizor quraşdırıldıqdan sonra işləmədiyi üçün o, 3 gün sonra televizoru qaytarmış, 1 gün sonra isə onun pultunu geri qaytarmışdır. Ona televizorun təmir ediləlcəyi bildirilsə də, sonradan televizor təmir olunmamış, ya da yenisi ilə əvəz edilməmişdir. Həmin müddətdən sonra o. televizoru götürməmişdir və televizor qarşılıqlı iddia üzrə cavabdeh təşkilatdadır. Ona görə də, hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ilkin iddia tələbi təmin olunmamalı, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli, XQDK01013 nömrəli nisyə satış müqaviləsi və ona 1 saylı əlavəyə əsasən ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə alğı-satqı qiyməti 1749 manat olan “Vestel” markalı televizor satılmış, cavabdeh həmin məbləği 249 manat ilkin ödəniş etməklə qalıq məbləği 12 ay müddətinə aylıq 125 manat olmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd “Vestel 55UD9650T” markalı televizoru imza etməklə təhvil almışdır. İşdə olan 02.06.2021-ci il tarixli borca dair arayışından görünür ki, borclu Cavabdeh 1500 manat əsas borc, 450 manat cərimə pulu olmaqla, ümumilikdə 1950 manat ödənilməmiş borcu vardır. İşdə olan bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşin hallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, müqavilə predmeti olan televizor alındıqdan 3 gün sonra onda baş vermiş nasazlıq səbəbindən İddiaçı MMC ilə əlaqəsi olan servis mərkəzinə təhvil verilmiş, sonradan televizor Cavabdeh qaytarılmamış və ya onun dəyəri qiymətləndirilməmişdir. Beləlikə məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında XQDK01013 saylı, 11.01.2018-ci il tarixli nisyə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə satış qiyməti 1749 manat olan 1 ədəd “Vestel” markalı televizor satılmışdır. Müqavilə üzrə Cavabdeh ilkin ödəniş olaraq 249 manat məbləğində ödəniş etmiş, qalıq 1500 manatı isə 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Televizor akta imza etməklə Cavabdeh tərəfindən qəbul edilmiş, lakin 3 gün sonra televizorda yaranmış qüsurlara görə iddiaçı təşkilatla əlaqəsi olan servis mərkəzinə aparılmış, sonra isə mağaza filialına qaytarılmışdır. Televizor qaytarılarkən hər hansı təhvil-təslim aktı imzalanmamış, lakin müqavilə predmeti olan televizorun mağaza filialına verilməsi, sonradan isə oradan götürülməməsi tərəflərin izahatları ilə müəyyən edilir. (iddiaçı təşkilatın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, iddiaçı tərəf cavabdeh tərəfindən televizor qaytarılarkən pultsuz olduğundan, pultunun sonradan qaytarıldığından xəbərdar olmuşdur) Məhkəmə ilkin iddia üzrə tələb olunan borcla bağlı olaraq tərəflərin dəlillərinə qiymət verərək bildirir ki, iş materialları və tərəfərin izahaları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı MMC-dən kreditə götürülən məhsul 3 gün sonra qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Görünüdüyü kimi tərəflər arasında bağlanmış nisyə satış müqaviləsinin tələblərinə əsasən ilkin iddia üzrə iddiaçı cavabdehə ilkin ödənişi 249 manat olmaqla, 12 ay müddətinə ödənilməsi şərti ilə televizor satmış, ilkin iddia üzrə cavabdeh isə ilkin ödənişi etməklə qalıq məbləği 12 ay ərzində hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin iddia üzrə cavabdeh həmin əşyanı 3 gün sonra ilkin iddia üzrə iddiaçı təşkilata aid olan servis mərkəzinə təqdim etmiş və həmin müddətdən sonra televizor ilkin iddia üzrə cavabdehə qaytarılmamışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, alqı-satqı predmeti olan əşya alındıqdan 3 gün sonra satıcıya qaytarlmış, ilkin iddiaçının satıcı olaraq nisyə alqısatqı müqaviləsi üzrə əşyanın dəyərini və ona hesablanmış dəbbə pulunu tələb etmək hüququ yoxdur. Çünki, əşya faktiki olaraq ilkin iddia üzrə cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda, alqı satqı müqaviləsi baş tutmuş hesab edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Eyni zamanda məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbinin əsasını alıcı tərəfindən satıcı təşkilata ilkin ödəniş olaraq ödənilmiş pul məbləğinin geri qaytarılması təşkil edir. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən tərəflər arasında baş vermiş alğı-satqı baş tutmadığından qarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçıya ödənilmiş 249 manat məbləğində pul ilkin iddia üzrə iddiaçıdan tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Çünki, cavabdeh tərəfindən ilkin iddiaçıya ödənilmiş ilkin ödəniş məbləğinin ilkin iddiaçıda qalmasına hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi isə təmin edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməldir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin İddiaçı Cavabdeh qarşı nisyə satış müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia üzrə dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İlkin İddiaçındən 249 manat məbləğində pul qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi ilkin İddiaçındən alınıb qarşılıqlı iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3824/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3824/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver