Məhkəmə qərarları › İş №e-2(010)-3843/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3843/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3843/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin (Ləğv Prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv Prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 195 saylı kredit müqaviləsinə əsasən 3534.92 manat əsas, 351.03 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1456.28 manat faiz borcu olmaqla, cəmi 5342.2 (beş min üç yüz qırx iki manat, 23 qəpik) manat məbləğdə pul vəsaitinin və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 74 (yetm dörd) manat dövlət rüsumunun cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Mercedes Benz C-230 markalı, sedan tipli, açıq qızılı rəngli, buraxılış ili 1998-ci il olan, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixli, 195 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 24% (iyirmi dörd) faiz ödənilmə şərtilə 5610 (beş min altı yüz on) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2012 il tarixli, 195 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus Mercedes Benz C-230 markalı, sedan tipli, buraxılış ili 1998-ci il olan, **-BL-*** dövlət nömrə nişanlı avtomobil Ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yük edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtlı vaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanm faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də,heç bir nəticəsi olmamışdır. Göstərilənlərdən göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə borcu 3534.9 manat əsas, 351.03 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tari: Plenum qərarına əsasən hesablanmış 1456.28 manat faiz borcu olmaqla, cəmi 5342.23 (beş min üç yüz qırx iki manat, 2 qəpik) manat təşkil edir. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-7973/2017 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həm müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək yuxarıda göstərilənlərə uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçı tərəfindən iddia tələbi irəli sürülməsi müddətinin ötürüldüyünü qeyd edərək bununla bağlı verdiyi etirazın nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, cavabdehə 24 ay müddətinə, illik 24%, aylıq annuitet 297 manat olmaqla 5610 manat məbləğində pul vəsaiti verilmişdir. - AB № 734707 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, ** BL *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C-230” markalı minik avtomobili Cavabdeh məxsusdur. - Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli, 195 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ** BL *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C- 230”markalı minik avtomobil bankın xeyrinə yüklü edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 3534.92 manat əsas borc, 351.03 manat faiz, 0 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 1456.28 manat məbəğində faiz (5%) borcu olmaqla cəmi 5342.23 manat məbləğində borcu vardır. - Cavabdeh məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, cavabdeh hazırki iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün həmin tələbin təmin edilməməsini xahiş etmişdir. Beləliklə, işin hallarından məlum olur ki, İddiaçı ASC (Ləğv Prosesindədir) ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ** BL *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C-230” markalı minik avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırki iddia üzrə iddiaçı borcludan borc məbləğinin tutulmasını tələb edir. Cavabdeh isə öz növbəsində iddia tələbi ilə bağlı müddətin ötürülməsi ilə əlaqədar olaraq tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Lakin buna baxmayaraq məhkəmə cavabdehin təqdim etdiyi ərizəni nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün hazırkı tələb təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırkı mübahisənin premdeti məhz müqavilə münasibətləridir. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır, müqavilənin icra müddəti 24 ay, yəni – xx.xx.2014-cü ilə kimi müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuş, yəni müqavilə münasibətləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı idia tələbi üzrə iddia müddəti ötürüldüyünə görə, tələb təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdeh Dostuyev Erkı̇ n Fazı̇ l oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar