Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3856/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X3rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması və mülkiyyət hüquqlarının qeydə alınması”, tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X3rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması və mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, əvvəlki Tramvay, hazırki Səttar Bəhlulzadə küçəsi, 13-cü döngədəki 82.2 kv.m. torpaq sahəsindən, 50.7 kv.m. ümumi, 41.9 kv.m. əsas, 8.8 kv.m köməkçi sahədən ibarət olan 45 saylı evə dair X2 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, tələbin təmin olunması haqqında qətnamənin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, əvvəlki Tramvay, hazırki Səttar Bəhlulzadə küçəsi, 13-cü döngəki 82.2 kv.m. torpaq sahəsindən, 50.7 kv.m. ümumi, 41.9 kv.m. əsas, 8.8 kv.m köməkçi sahədən ibarət olan 45 saylı evə dair X1 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınması üçün əsas hesab olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş materialları araşdıraraq belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar tərəfindən bir-biri ilə bağlılığı olmayan tələblər birləşdirilərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh qarşı yönəlmiş tələbin birinci hissəsi alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması ilə bağlı, ikinci hissəsi isə mülkiyyət hüquqlarının 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınması ilə bağlıdır. Göründüyü kimi bu iki tələb arasında heç bir bağlılıq yoxdur və onların hüquqi əsasları fərqlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınması həmin orqanın səlahiyyətindədir ki, bu orqan inzibati orqandır. Ümumi məhkəmə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin isə inzibati orqanının üzərinə vəzifə qoymaq kimi bir səlahiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçılar bir-biri ilə bağlılığı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eyni zamanda bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X3rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması və mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia tələbinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması” hissəsində Suraxanı Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Ödənilmiş 99.60 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3856/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3856/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver