Məhkəmə qərarları › İş №e-2(010)-3894/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3894/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3894/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 vurulmuş zərər olan 19.030 (on doqquz min otuz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 147 (yüz qırx yeddi) manat, cəmi 19.177 (on doqquz min yüz yetmiş yeddi) manat məbləğində pulun tutularaq ona, yəni İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2(011)-2604/2014 nömrəli qətnaməsinə əsasən iddiaçı X6 iddia ərizəsi qismən təmin edilmiş və "xxxx" MMC ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri, Gəncə prospekti, 29/35A ünvanında, 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 60,18 kv.metr olan mənzilə dair bağlanmış 06 dekabr 2013cü il tarixli 104 saylı müqavilə etibarsız hesab edilmişdir. Qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmışdır. Daha sonra onun və digər zərərçəkmiş şəxslərin şikayətləri əsasında Əkbər Cəfərovun barəsində cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 1(101)-63/2019 nömrəli hökmünə əsasən X7 qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli 1(103)-700/2019 nömrəli qərarına əsasən qeyd olunan hökm dəyişdirilmiş və X7 qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunaraq qeyd olunan mənzilin təmirinə xərclənmiş 26.950 manat məbləğində pul cavabdeh X4 tələb olunmuş və Bakı şəhəri Nizmai Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli 2(007)-1012/2019 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin olunmuş və cavabdeh X4 26.950 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Zaur Həbibov tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 yanvar 2020-ci il tarixli 2(103)- 1727/2020 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli 2(007)-1012/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 8(011)-264/2020 nömrəli qərardadına əsasən X10 ilə aralarında 13 avqust 2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və Zaur Həbibova 19.000 (on doqquz min) manat kompensasiya ödəməklə şəxs qeyd olunan mənzilə olan hüquqlarından onun xeyrinə imtina etmişdir. Ərizəyə əlavə edilmiş 31 avqust 2020-ci il tarixli 17/74-39/16 nömrəli məktubdan görünür ki, tərəfindən ödənilmiş 19.000 (on doqquz min) manat məbləğində pul kompensasiyası X6 hesabına köçürülmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(010)-419/2021-008 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 19.000 (on doqquz min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 19.030 (on doqquz min otuz) manat məbləğində pulun tutularaq ona, yəni İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə apellyasiya qaydasında mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh X8 09 may 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsindən Dövlət Xidmətləri bölməsindən (3. Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi) əldə olunmuş vərəsəli işi haqqında məlumatdan görünür ki, X8 ilə bağlı Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli e-16(007)-24/2023-009 nömrəli qərardadından görünür ki, hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-56/2024 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh5 cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 288.000 (iki yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 578 (beş yüz yetmiş səkkiz) manat dövlət rüsumunun, ümumilikdə 288.578 (iki yüz səksən səkkiz min beş yüz yetmiş səkkiz) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qərardada əsasən Cavabdeh5 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilmiş və mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivinin, 935e saylı bağ evi, ünvan 2 ünvanında yerləşən mənzilin, ünvan 3v 2, 105 saylı mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 36, M23, m4) özgəninkiləşdirilməsi X2 və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardadın 3-cü və 4-cü səhifələrindən görünür ki, AZ İİ seriyalı, 287623 mömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Cavabdeh5 atası X8 xx.xx.2022-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2730 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair Şəki Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Cavabdeh3, X9, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mərhumun vərəsələridirlər. Cavabdeh5 etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin tam şəkildə rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinə əlavə olunan Suraxanı Rayon Məhkəməsinin 2(010)-419/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 19000 (on doqquz min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin mahiyyətindən aydın olur ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi əsasında X3 İddiaçı xeyrinə 19030 manat məbləğində pul tutulmuş, lakin cavabdeh vəfat etdiyindən hazırda iddiaçı eyni borc məbləğinin yenidən məhkəmə qaydasında həmin iş üzrə cavabdeh olmuş X5 vərəsələri qismində qeyd etdiyi cavabdehlərdən - Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı tələbə iddia icraatı qaydasında qaydasında baxılmamalıdır. Belə ki, artıq tələb olunan borc məbləğinin daha əvvəl məhkəmə qaydasında işə baxılmaqla həmin iş üzrə cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulması qət edilməklə artıq həmin mübahisə həll edilmişdir. Bu səbəbdən hazırda eyni borc tələbinin həmin iş üzrə cavabdeh şəxsin hazırki iş üzrə vərəsələri qismində qeyd etdiyi şəxslərdən tutulması məsələsinə baxılması yol verilməzdir. Belə ki, iddiaçı həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsi üzrə verilən icra sənədinin icraatı çərçivəsində icra məmuruna müraciət edərək müvafiq icra hərəkətlərinin (əgər vərəsəlik işi açılmışdırsa müəyyən edilmiş vərəsələrdən miras passivi qismində borc məbləğinin tutulması və s.) həyata keçirilməsini tələb etməli, narazı qaldıqda isə bununla bağlı müvafiq olaraq icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) məhkəmə qərarlarının icrası qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası MPM-nın 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş 147 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq icra sənədinin icraatı çərçivəsində icra məmuruna müraciət edərək müvafiq icra hərəkətlərinin (əgər vərəsəlik işi açılmışdırsa müəyyən edilmiş vərəsələrdən miras passivi qismində borc məbləğinin tutulması və s.) həyata keçirilməsini tələb edə bilər, narazı qalacağı təqdirdə müvafiq olaraq icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) məhkəmə qərarlarının icrası qaydasında şikayət verə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar