Məhkəmə qərarları › İş №e-2(010)-3905/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3905/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3905/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclası katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli PKLMB-0886 saylı Kredit müqaviləsinə əsasən 10.000 azn əsas, 290 azn faiz, xx.xx.2020-ci il tarixli, PKLMB- 0887 saylı Kredit Müqaviləsinə əsasən 15000 azn əsas, xx.xx.2020-ci il tarixli, PKLMB- 0888 saylı Kredit Müqaviləsinə əsasən 5000 azn əsas, 385 manat faiz, xx.xx.2020-ci il tarixli, PKLMB-0891 saylı Kredit Müqaviləsinə əsasən 10000 azn əsas, xx.xx.2020-ci il tarixli, PKLMB-0890 saylı Kredit Müqaviləsinə əsasən 15000 azn olmaqla əsas, 510 manat faiz borcu cəmi 56.185 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 259 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında müxtəlif tarixli kredit müqavilələri həmin müqavilələrə əsasən isə Cavabdeh1 və "xxxx" ASC arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin hal-hazırda cavabdehlər tərəfndən sözügedən müqavilələrdən əmələ gələn öhdəliklər pozulduğundan və xəbərdarlıq olunmasına baxmayaraq ödənilməli olan pul vəsaitləri geri qaytarılmadığından məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Belə ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2020-ci il tarixli PKLMB-0886 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 10.000 azn, xx.xx.2020-ci il tarixli PKLMB-0887 saylı Kredit Müqaviləsinə əsasən 15000 azn, xx.xx.2020-ci il tarixli PKLMB-0888 saylı Kredit Müqaviləsinə əsasən 5000 azn, xx.xx.2020-ci il tarixli PKLMB-0891 saylı Kredit Müqaviləsinə əsasən 10000 azn, xx.xx.2020-ci il tarixli PKLMB-0890 saylı Kredit Müqaviləsinə əsasən 15000 azn pul vəsaiti verilmiş, qarşılığında müqavilədə nəzərdə tutulmuş müddətdə, illik 36 faiz dərəcəsi ilə geri qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulmuşdur. Digər tərəfdən isə X4 ilə PKLMB-0886 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, PKLMB-0887 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, PKLMB-0888 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, PKLMB-0891 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021ci il tarixli, PKLMB-0890 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Cavabdehlərin öhdəliyin icrasından yayınması səbəbilə halhazırda 29 iyul 2022-ci il tarixli Maliyyə arayışına əsasən PKLMB-0886 saylı Kredit müqaviləsi üzrə 10000 manat əsas borcu, 290 manat laiz borcu, 29 iyul 2022-ci il tarixli Maliyyə arayışına əsasən PKLMB-0887 saylı Kredit müqaviləsi üzrə 15000 manat əsas borcu, 29 iyul 2022-ci il tarixli Maliyyə arayışına əsasən PKLMB-0888 saylı Kredit müqaviləsi üzrə 5000 manat əsas, 385 manat faiz borcu 29 iyul 2022-ci il tarixli Maliyyə arayışına əsasən PKLMB-0890 saylı Kredit müqaviləsi üzrə 15000 manat əsas, 510 manat faiz, 29 iyul 2022-ci il tarixli Maliyyə arayışına əsasən PKLMB-0891 saylı Kredit müqaviləsi üzrə 10000 manat məbləğində əsas borcu, cəmi 56.185 manat borcu yaranmışdır. Qeyd edilir ki, Cavabdeh2 və sözügedən müqavilələr üzrə zamin qismində çıxış edən Cavabdeh1 hər biri üçün ayrı-ayrılıqda olmaqla xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmiş buna baxmayaraq heç bir cavab alınmamışdır. Göstərilən səbəblərdən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli PKLMB-0886 saylı Kredit müqaviləsinə əsasən 10.000 azn əsas, 290 azn faiz, xx.xx.2020-ci il tarixli, PKLMB-0887 saylı Kredit Müqaviləsinə əsasən 15000 azn əsas, xx.xx.2020-ci il tarixli, PKLMB-0888 saylı Kredit Müqaviləsinə əsasən 5000 azn əsas, 385 manat faiz, xx.xx.2020-ci il tarixli, PKLMB-0891 saylı Kredit Müqaviləsinə əsasən 10000 azn əsas, xx.xx.2020-ci il tarixli, PKLMB-0890 saylı Kredit Müqaviləsinə əsasən 15000 azn olmaqla əsas, 510 manat faiz borcu cəmi 56.185 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək onunla razı olduğunu bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli PKLMB-0886 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 36 faizlə 24 ay müddətə 10.000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli PKLMB-0887 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 36 faizlə 24 ay müddətə 15.000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli PKLMB-0888 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 36 faizlə 24 ay müddətə 5.000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli PKLMB-0890 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 36 faizlə 24 ay müddətə 15.000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli PKLMB-0891 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 36 faizlə 24 ay müddətə 10.000 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında PKLMB-0886 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, PKLMB-0887 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, PKLMB-0888 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021ci il tarixli, PKLMB-0891 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, PKLMB- 0890 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, X4 borclu Cavabdeh2 kreditor qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar zamin durmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 PKLMB-0886 saylı Kredit müqaviləsi üzrə 10000 manat əsas borcu, 290 manat faiz borcu, PKLMB-0887 saylı Kredit müqaviləsi üzrə 15000 manat əsas borcu, PKLMB-0888 saylı Kredit müqaviləsi üzrə 5000 manat əsas, 385 manat faiz borcu, PKLMB-0890 saylı Kredit müqaviləsi üzrə 15000 manat əsas, 510 manat faiz, PKLMB- 0891 saylı Kredit müqaviləsi üzrə 10000 manat məbləğində əsas borcu, cəmi 56.185 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi hər iki cavabdehə münadibətdə əsaslıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 259 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Əlı̇ yev Əlı̇ Ramı̇ z oğlu və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, PKLMB-0886 saylı Kredit Müqaviləsinə əsasən, 10.000 manat əsas borc, 290 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, PKLMB-0887 saylı Kredit Müqaviləsinə əsasən, 15.000 manat əsas borc, xx.xx.2020-ci il tarixli, PKLMB-0888 saylı Kredit Müqaviləsinə əsasən, 5.000 manat əsas borc, 385 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, PKLMB- 0891 saylı Kredit Müqaviləsinə əsasən, 10.000 manat əsas borc, xx.xx.2020-ci il tarixli, PKLMB-0890 saylı Kredit Müqaviləsinə əsasən, 15.000 manat əsas borc, 510 manat faiz borcu olmaqla cəmi 56.185 manat pul vəsaiti və 259 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar