Məhkəmə qərarları › İş №e-2(010)-3905/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3905/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3905/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş 5690.03 manat məbləğində zərərin və ödənilmiş 76.91 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixində AK-01347/06-25 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçının Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, iddiaçının əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 858.20 manat; - xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 219.60 manat; - xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 226.80 manat; - xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1062.72 manat; - xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 2125.44 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 604.80 manat; - xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 708.48 manat; cəmi 5806.04 manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 858.20 manat zərədən 116.01 manat ödəniş etmişdir. Belə ki, cavabdehin 5690.03 manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 5690.03 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən ünvanda 1968-ci ildən bəri yaşayır. O, həmişə odun alıb işlədir və bu faktı məhkəmə də gəlib yoxlaya bilər. Bir müddət əvvəl xəstəxanada yatmış və evə qayıdanda oğlu ona bildirmişdir ki, qaza kənar xətt qoşmuşdur. O da “niyə belə etmisən?” “gəlib bizi tutacaqlar” deyə oğluna bildirmiş, kənar xətdən istifadə etmədiyi üçün həmin xətti ayırmalı olduğunu oğluna təkidlə söyləmişdir. Oğlu kənar xətti 2017-ci ildən bəri qoşmuşdur. Sonradan oğlu başqa işlə bağlı həbs olunmuş, iddiaçının əməkdaşları hər ay gəlib həmin kənar xəttin şəklini çəkərək getmişlər. O, xəstə yatağından çölə çox çıxa bilməmiş və həmin xətt yuxarıda olduğundan heç bir tədbir görə bilməmişdir. Sonra qonşular demişdir ki, hər ay qaz idarəsinin əməkdaşları gəlib qoşulmuş xəttin şəklini çəkib gedirlər, lakin qoşulmuş xətti ayırıb düzəltmirlər. Ondan sonra bir gün nəhayət özündə güc toplayıb ayağa qalxmış və bir qazçı taparaq qoşulmuş xətti ayırmağı ondan xahiş etmişdir. Hazırda ondan tələb olunan borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Yerində müayinə Məhkəmə (hakim Rzayeva Fəridə İslam qızı, hakim köməkçisi Elnur Mahmudov) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evinə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı cavabdehə məxsus fərdi yaşayış evinin həyətinə daxil olarkən həyətdə 01 ədəd su qızdırıcının olduğu görünür. Cavabdehin otağına daxil olduqda orada 01 ədəd dəmir sobanın və 01 ədəd dördgözlü qaz plitəsi olduğu müəyyən olunur. Hamama daxil olduqda isə 01 ədəd samovar olduğu müəyyən olunur. Cavabdehin şəxsi istifadəsində olan yaşayış otağında 01 ədəd dəmir soba qaz xəttinə qoşulmasa da, yanaşı yerləşən və digər ailə üzvlərinin yaşadığı otaqda 01 ədəd dəmir sobanın qaz xəttinə qoşulmaqla istismar edilməsi aşkar edilir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus ünvanda yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 89 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 91 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 89 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 91 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 91 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 4 x 89 = 427 m3, 1.2 x 6 x 91 = 655 m3, 1.5 x 4 x 89 = 534 m3, 1.5 x 10 x 91 = 1365 m3, 0.8 x 18 x 91 = 1310 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus ünvanda yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 30 = 216 m3, 1.5 x 10 x 30 = 450 m3, 0.8 x 18 x 30 = 432 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus ünvanda yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 31 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 31 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 31 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 31 = 223 m3, 0.8 x 18 x 31 = 446 m3, 1.5 x 10 x 31 = 465 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus ünvanda yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 90 = 2592 m3, 1.5 x 24 x 90 = 3240 m3, 1.4 x 24 x 90 = 3024 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus ünvanda yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 180 = 5184 m3, 1.5 x 24 x 180 = 6480 m3, 1.4 x 24 x 180 = 6048 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus ünvanda yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 60 = 1728 m3, 1.5 x 24 x 60 = 2160 m3, 0.8 x 24 x 60 = 1152 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus ünvanda yerləşən sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 60 = 1728 m3, 1.5 x 24 x 60 = 2160 m3, 1.4 x 24 x 60 = 2016 m3 kimi hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçının Bakı Regional Qaz İstismarı İdarəsinin rəisinə ünvanlanmış ərizədən müəyyən olunur ki, cavabdeh borc ilə tanış olmuş, hesablanmış 5690 manat borcu qəbul etdiyini, kommunal ödəyicisi kimi maddi durumu nəzərə alınaraq borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün karta keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürməsini, gələcəkdə hər hansı bir əsaslı şikayət olunarsa, abonent məlumatlarında dəyişiklik edilməsi üçün əsas verilmiş qazın alğı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə etiraz etmədiyini bildirmiş, yazdıqları və həmin ünvanda yaşaması nəzərə alınaraq ona məxsus ünvana quraşdırılmış “Smart Zenner” tipli sayğacın kartının aktiv edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. **********00000 nömrəli abonent saldosundan çıxarışdan müəyyən olunur ki, cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Həmidov küçəsi ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evində istehlak edilən təbii qaza görə 2025-ci il üzrə sayğacdan istifadə vasitəsilə debitor borc mövcud deyil. Ünvanda istifadə olunan qaz işlədiciləri – 4 gözlü qaz plitələri (PQ-4)(1/1), qızdırıcı radiator peçi (1/1) və samovar (1/1). xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən “İTRON G4” markalı, 1702AZ**********04 nömrəli qaz sayğacı istismar müddəti bitdiyi üçün çıxarılmış və “Zenner G4” markalı, **********406 nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur. İddiaçı İB (Paylayıcı) və Cavabdeh (İstehlakçı) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı haqqında AK-01347/06-25 nömrəli müqavilədən müəyyən olunur ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsəsən ödəyir. xx.xx.2025-ci il tarixli, **********59 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 76.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyada) Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Maddə 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyada) Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün- 100.0 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün- 120.0 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00000 nömrəli abonent kodu vermişdir. İddiaçı cavabdeh tərəfindən mütəmadi olaraq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanmasının həyata keçirildiyini iddia etmiş, qanunsuz qoşulma nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 7 akt tərtib edilmişdir. İş üzrə keçirilən məhkəmə iclasları zamanı cavabdeh yaşadığı ünvanda oğlu tərəfindən 2017-ci il tarixində qaz sayğacına qanunsuz qoşulma edildiyini etiraf etmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Məhkəmə nəzərə çatdırır ki, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosedura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd edilən əlavələr “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixdən əlavə edilmiş və müvafiq normaların həmin dövrdən əvvəl paylayıcı və istehlakçı arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmə imkanı istisna edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş 7 aktın 4-ü həmin dövrdən əvvələ təsadüf etsə də, hər bir halda, cavabdehin qanunsuz qoşulma kimi qanunazidd hərəkətləri etiraf etməsi, iddiaçını müvafiq prosedurlardan azad etməklə yanaşı vurulmuş zərərin əvəzinin də cavabdeh tərəfindən ödənilməsini birbaşa olaraq şərtləndirir. Nəzərə alınmalıdır ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə həmin vaxt qüvvədə olan maddi hüquq normalarının tələbləri tətbiq edilməli və mübahisə həmin normaların tənzimləmə sferası daxilində nizama salınmalıdır. Yəni, cavabdeh tərəfindən iddia edilən qaz xəttinə qanunsuz qoşulma və sayğaca müdaxilə faktlarını rəsmiləşdirən və qeydə alan “təbii X2nın pozulması haqqında” aktların müvafiq olaraq 2018 – 2023-cü illəri əhatə edən dövr daxilində tərtib edilməsi nəzərə alınmalı, həmin vaxt qüvvədə olan müvafiq qanun normaları rəhbər tutulmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə təbii X2nın pozulması barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş hər bir akt üzrə onun tərtib edildiyi illərə uyğun vurulmuş zərərin həcminin müəyyən edilməsini zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri qismində PQ4, raditor, dəmir soba, QSQ və QSSQ qeyd edilmiş və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Cavabdeh yaşadığı ünvanda qaz işlədicisi qismində dəmir sobadan istifadə etmədiyini bildirsə də, məhkəmə tərəfindən həmin ünvana yerində baxış keçirilmiş, fərdi yaşayış evində 02 ədəd dəmir sobadan istifadə edilməsi və həmin dəmir sobalardan birinin qaz xəttinə qoşulması faktı aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunsuz qoşulma nəticəsində vurumuş ziyanın hesablanması zamanı qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, eyni zamanda aktlar üzrə qeyd olunmuş qaz işlədiciləri nəzərə alınmalıdır. İ. xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında akta əsasən, qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi pozuntu aşkar edildiyi vaxtdan 3 ay nəzərə alınmaqla aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə - 1.2 x 92 gün x 6 saat = 662.4 m3 x 0.10 = 66.24 manat, radiator tipli qaz işlədicisinə görə - 0.8 x 92 gün x 18 saat = 1324.8 m3 x 0.10 = 132.48 manat, QSSQ tipli qaz işlədicisinə görə - 1.5 x 92 gün x 10 saat = 1380 m3 x 0.10 = 138 manat. İİ. xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında akta əsasən, qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi əvvəlki pozuntunun müəyyən edildiyi vaxtdan 22 gün sonra yenidən pozuntu halının aşkar edilməsi nəzərə alınmaqla aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə - 1.2 x 22 gün x 6 saat = 158.4 m3 x 0.10 = 15.84 manat, radiator tipli qaz işlədicisinə görə - 0.8 x 22 gün x 18 saat = 316.8 m3 x 0.10 = 31.68 manat, QSSQ tipli qaz işlədicisinə görə - 1.5 x 22 gün x 10 saat = 330 m3 x 0.10 = 33 manat. İİİ. xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında akta əsasən, qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi əvvəlki pozuntunun müəyyən edildiyi vaxtdan 20 gün sonra yenidən pozuntu halının aşkar edilməsi nəzərə alınmaqla aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə - 1.2 x 20 gün x 6 saat = 144 m3 x 0.10 = 14.4 manat, radiator tipli qaz işlədicisinə görə - 0.8 x 20 gün x 18 saat = 288 m3 x 0.10 = 28.8 manat, QSSQ tipli qaz işlədicisinə görə - 1.5 x 20 gün x 10 saat = 300 m3 x 0.10 = 30 manat. İV. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında akta əsasən, qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə - 1.2 x 90 gün x 12 saat = 1296 m3 x 0.12 = 155.52 manat, dəmir soba tipli qaz işlədicisinə görə - 1.4 x 90 gün x 12 saat = 1512 m3 x 0.12 = 181.44 manat, QSSQ tipli qaz işlədicisinə görə - 1.5 x 90 gün x 12 saat = 1620 m3 x 0.12 = 194.4 manat. V. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında akta əsasən, qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə - 1.2 x 180 gün x 6 saat = 1296 m3 x 0.12 = 155.52 manat, QSQ tipli qaz işlədicisinə görə - 1.5 x 180 gün x 6 saat = 1620 m3 x 0.12 = 194.4 manat. Vİ. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında akta əsasən, qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə - 1.2 x 60 gün x 12 saat = 864 m3 x 0.12 = 103.68 manat, radiator tipli qaz işlədicisinə görə - 0.8 x 60 gün x 12 saat = 576 m3 x 0.12 = 69.12 manat, QSQ tipli qaz işlədicisinə görə - 1.5 x 60 gün x 12 saat = 1080 m3 x 0.12 = 129.6 manat. Vİİ. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında akta əsasən, qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi aşağıdakı qaydada hesablanmalıdır: PQ4 tipli qaz işlədicisinə görə - 1.2 x 60 gün x 12 saat = 864 m3 x 0.12 = 103.68 manat, dəmir soba tipli qaz işlədicisinə görə - 1.4 x 60 gün x 12 saat = 1008 m3 x 0.12 = 120.96 manat, QSQ tipli qaz işlədicisinə görə - 1.5 x 60 gün x 12 saat = 1080 m3 x 0.12 = 129.6 manat. Bununla belə, məhkəmə iclaslarında iştirak edən cavabdeh yalnız qanunsuz qoşulma faktını etiraf etmiş, lakin bunun nəticəsində hesablanmış borca münasibətdə əks mövqeyini məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçıya vurulmuş zərərin əvəzi qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanmaqla, cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin qaz sayğacına müdaxilə etməklə təbii qazın talanmasında təqsirli olması etiraf edildiyindən, iddiaçı həmin faktı – hüquqazidd bir əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi, bu əməlin törədilməsi ilə bağlı cavabdehin iradə ifadəsinin zədələnmiş olması, yəni əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl nəticəsində qanunla qorunan mənafeyə zərər vurulması və bu hüquqazidd əməllə vurulmuş zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirmək vəzifəsindən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 336.72 manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 80.52 manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 73.2 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 531.36 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 349.92 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 302.4 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 354.24 manat, ümumilikdə 2028.36 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 76.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (2028.36 manat) mütənasib olan 40.28 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 336.72 (üç yüz otuz altı manat yetmiş iki qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 80.52 (səksən manat əlli iki qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 73.2 (yetmiş üç manat iyirmi qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 531.36 (beş yüz otuz bir manat otuz altı qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 349.92 (üç yüz qırx doqquz manat doxsan iki qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 302.4 (üç yüz iki manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 354.24 (üç yüz əlli dörd manat iyirmi dörd qəpik) manat, ümumilikdə 2028.36 (iki min iyirmi səkkiz manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti və 40.28 (qırx manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar