Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3916/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1420 manat dəymiş ziyanın, ödənilməmiş cəriməyə görə 108 manatın, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manatın, avtomobili ödəniş etmədən özündə saxladığı günlər üçün 1200 manatın və ödənilmiş 49 manat dövlət rüsumunun tutulub fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasına xx.xx.2024-cü il tarixində 15 saylı Notariat kontorunda 3M-575 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 16000 manat dəyrində “Toyota Prius” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh 20 ay müddətinə hər ay 800 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh heç bir ödəniş etməmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq avtomobili xx.xx.2024-cü il tarixində geri qaytarmışdır. O, ödəniş edilməsi və cərimələrin ödənilməsi üçün ofisə dəvət edilmiş, lakin ofisə gəlməmişdir. Avtomobili təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 1420 manat vəsait xərclənmişdir. Bundan əlavə avtomobili idarə edərkən cavabdeh müxtəlif yol hərəkəti qaydalarını pozaraq 108 manat cərimə edilmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını və ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. xx.xx.2024-cü il tarixli, Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “Toyota Prius” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobili 20 ay müddətinə hər ay 800 manat ödəniş etmək şərti ilə 16500 manata Cavabdeh satmışdır.
6. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, “Toyota Prius” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır.
7. xx.xx.2024-cü il tarixli qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Toyota Prius” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1420 manat zərər dəymişdir.
8. ödəniş çeklərindən müəyyən olunur ki, Vəkil xx.xx.2024-cü il tarixdə 9.00 manat, xx.xx.2024-cü il tarixdə 45.00 manat, xx.xx.2024-cü il tarixdə 36.00 manat, xx.xx.2024-cü il tarixdə 18.00 manat məbləğində ödəniş etmişdir.
İşin faktiki halları.
9. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı “Toyota Prius” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobili 20 ay müddətinə hər ay 800 manat ödəniş etmək şərti ilə 16500 manata Cavabdeh satmışdır. İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, “Toyota Prius” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. Sonradan həmin avtomobil təmir olunmuş və təqdim olunmuş qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Toyota Prius” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1420 manat zərər dəymişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
13. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə
1.1. bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 238. Qiyabi icraatın əsasları 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 241. Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
16. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı “Toyota Prius” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobili 20 ay müddətinə hər ay 800 manat ödəniş etmək şərti ilə 16500 manata Cavabdeh satmışdır. İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, “Toyota Prius” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. Sonradan həmin avtomobil təmir olunmuş və təqdim olunmuş qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Toyota Prius” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1420 manat zərər dəymişdir.
17. İddia edilən avtomobilə vurulan maddi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə ziyanın dəyməsi nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gəlir.
18. Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixli qərarlarında maddi ziyanın məbləği şikayətçilərin maddi ziyana məruz qalma ehtimalı və ədalət prinsipi əsasında müəyyən edilmişdir. Belə ki, “Həsənov Azərbaycana qarşı” iş üzrə qərarın 42-ci bəndində qeyd olunmuşdur: “Tələblərin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, şikayətçilər mənzillər üzərində nəzarəti itirmələri nəticəsində maddi ziyana məruz qalıblar. ”.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus avtomobil cavabdeh tərəfindən təhvil götürülərək sonradan avtomobilə ziyan dəydiyindən və vurulmuş zərər cavabdehin təqsiri üzündən baş verdiyindən və 1420 manat vurulmuş zərərin əvəzi, ödənilmiş cəriməyə görə 108 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat, avtomobili ödəniş etmədən özündə saxladığı günlər üçün 1200 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus avtomobil cavabdeh tərəfindən təhvil götürülərək sonradan avtomobilə ziyan dəydiyindən və vurulmuş zərər cavabdehin təqsiri üzündən baş verdiyindən və 1420 manat vurulmuş zərərin əvəzi, ödənilmiş cəriməyə görə 108 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat, avtomobili ödəniş etmədən özündə saxladığı günlər üçün 1200 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 1420 manat pul vəsaiti, ödənilmiş cəriməyə görə 108 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat, avtomobili ödəniş etmədən özündə saxladığı günlər üçün 1200 manat, cəmi 2878 (iki min səkkiz yüz yetmiş səkkiz) manat və 49 (qırx doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər.
Sədrlik edən Leyla Talıbova