Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3975/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 338214-CNS-49835 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 16095.24 AZN məbləğində əsas borc, 644.26 AZN məbləğində faiz borcu olmaqla ümumilikdə 16739.50 AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 140.22 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bank ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 338214-CNS-49835 saylı “Borcun restrukturizasiyasına dair müqavilə” bağlanılmış və illik 11 faiz hesablanması şərti ilə 36 ay müddətinə 16095.24 AZN məbləğində kredit verilmişdir. Cavabdeh borcun qaytarılmasını öz üzərinə götürmüşdür. Lakin borclu şəxs kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 16095.24 AZN məbləğində əsas borc, 644.26 məbləğində faiz borcu, ümumilikdə 16739.50 AZN məbləğində borcu qalmışdır.
Tərəflərin izahatları
3. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. xx.xx.2023-cü il tarixli, 338214-CNS-49835 saylı ““Borcun restrukturizasiyasına dair müqavilə”dən görünür ki, bank tərəfindən Cavabdeh illik 11 faiz hesablanması şərti ilə 36 ay müddətinə 16095.24 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı xx.xx.2021-ci il tarixli, 338214-CNS-30652 saylı Müqavilə üzrə “Kredit alan”ın “Bank”a xx.xx.2023-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi ilə əlaqədardır.
6. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 338214-CNS-49835 saylı Kredit müqaviləsi üzrə 16095.24 manat əsas, 644.26 manat faiz borcu olmaqla cəmi 16739.50 manat kredit borcu vardır.
7. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borc məbləğini 3 iş günü ərzində qaytarması barədə xəbərdarlıq edilmişdir.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, məhkəməyə müraciət edilən zaman 140.22 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
9. İddiaçı Bank ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 338214-CNS-49835 saylı “Borcun restrukturizasiyasına dair müqavilə” bağlanılmış və illik 11 faiz hesablanması şərti ilə 36 ay müddətinə 16095.24 AZN məbləğində kredit verilmişdir. Hazırki iddia tələbində iddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Məhkəmənin mövqeyi
11. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
12. Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. Tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına (əhəmiyyətsizliyinə) dəlalət edən hər hansı bir hal müəyyən edilmir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə müqavilə münasibətlərindən yaranan öhtəliyi mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 140.22 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
15. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Vəlı̇ yev Fı̇ rdovsi Bəhram oğlundan 16095.24 manat əsas borc və 644.26 manat faiz borcu olmaqla cəmi 16739.50 (on altı min yeddi yüz otuz doqquz manat əlli qəpik) manat və iş üzrə ödənilmiş 140.22 manat dövlət rüsumu pul tutularaq iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin xeyrinə ödənilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Vəlı̇ yev Fı̇ rdovsi Bəhram oğlundan 16095.24 manat əsas borc və 644.26 manat faiz borcu olmaqla cəmi 16739.50 (on altı min yeddi yüz otuz doqquz manat əlli qəpik) manat və iş üzrə ödənilmiş 140.22 manat dövlət rüsumu pul tutularaq iddiaçı "BANK VTB (AZƏRBAYCAN)" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.