Məhkəmə qərarları › İş №e-2(010)-401/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-401/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-401/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X12, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2012-ci il tarixli, BAL0055022/12 saylı müqaviləyə əsasən 423.14 manat əsas, 645.38 manat faiz və 40 manat cərimə olmaqla, cəmi 1108.52 manat borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X21 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Nəhmətova Təranə Sərdar qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAL0055022/12 saylı müqaviləyə əsasən bank borcluya 700 manat məbləğində kredit vermişdir. Bakı şəhəri 4 saylı Notariat Ofisində qeydə alınmış xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Nəhmətova Təranə Sərdar qızı xx.xx.2015-ci il tarixdə vəfat etmiş və vəfat etməsi ilə əlaqədar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum Nəhmətova Təranə Sərdar qızının qanuni vərəsələridirlər. Nəhmətova Təranə Sərdar qızı tərəfindən vərəsələrinə qalan miras əmlak Nəhmətova Təranə Sərdar qızına verilmiş **********31- 11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.3 kv.m olan bağ evinin və mülkiyyətində olan ümumi sahəsi 0.125 ha olan torpaq sahəsinin Nəhmətova Təranə Sərdar qızına məxsus hissəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə Nəhmətova Təranə Sərdar qızına verilmiş **********1506101- 083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 106.1 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. Bu isə iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olmuşdur. Qeyd olunan maddələrə əsasən cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə onun anası Nəhmətova Təranə Sərdar qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixdə bağlanmış Kredit müqaviləsinə əsasən bank anasına 700 manat məbləğində kredit kartı hesabı açmışdır. Daha sonra borclu olan anası Nəhmətova Təranə Sərdar qızı xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. O, Cavabdeh2 və Cavabdeh3 mərhum Nəhmətova Təranə Sərdar qızının qanun üzrə vərəsələridir. Hal-hazırda həmin kredit müqaviləsi üzrə yaranmış borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. Odur ki, iddianın təmin olunmasına etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, mərhum anası Nəhmətova Təranə Sərdar qızı ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Kredit müqaviləsinə əsasən bank mərhuma 700 manat məbləğində kredit xətti açmışdır. Lakin həmin pulu bankdan götürdükdən bir müddət sonra, yəni xx.xx.2015-ci il tarixdə anası vəfat etmişdir. Hal-hazırda maddi vəziyyəti ilə bağlı anasının Bankdan götürdüyü krediti yalnız hər ay hissə-hissə olmaqla ödəyə bilər. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli kredit kartı üzrə Bank hesabı müqaviləsinə əsasən bank Nəhmətova Təranə Sərdar qızına 700 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2ndə yerləşən ümumi sahəsi 106.1 kv.m olan Qeyri-yaşayış sahəsi Nəhmətova Təranə Sərdar qızının adına xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı RİHB-nın X19 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli notariat kontoruna ünvanlanmış arayışından müəyyən olunur ki, mərhum Nəhmətova Təranə Sərdar qızı həqiqətən 1983cü ildən vəfatına (xx.xx.2015-ci) Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən evdə qeydiyyatda olmuş və övladları Cavabdeh3, X9 və Cavabdeh1 həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Suraxanı RİHB-nin Əmircan qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. X1, anası Nəhmətova Təranə Sərdar qızıdır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayonu Əmircan qəsəbəsi İcra Hakimiyyəti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. X1, anası Nəhmətova Təranə Sərdar qızıdır. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəhmətova Təranə Sərdar qızı xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinin 2V-376-377 saylı işində olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nəhmətova Təranə Sərdar qızı xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun övladları Cavabdeh3, X9 və Cavabdeh1 vərəsələri müəyyən olmuş və şəhadətnamə üzrə verilən miras ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.3 kv/m olan bağ evinin və mülkiyyətində olan 0.125 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisinin 2V-376-377 saylı işində olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nəhmətova Təranə Sərdar qızı xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun övladları Cavabdeh3, X9 və Cavabdeh1 vərəsələri müəyyən olmuş və şəhadətnamə üzrə verilən miras ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 106.1 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 27.3 kv/m olan bağ evinin və mülkiyyətində olan ümumi sahəsi 0.125 ha olan torpaq sahəsi X4 adına 1/5 hissədə, X8 adına 1/5 hissədə, X2 adına 1/5 hissədə, Nəhmətova Təranə Sərdar qızının adına 1/20 hissədə, X5 adına 1/20 hissədə, Cavabdeh3 adına 1/20 hissədə, X6 adına 1/5 hissədə, Cavabdeh1 adına 1/20 hissədə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Nəhmətova Təranə Sərdar qızının kredit müqaviləsinə əsasən 423.14 manat əsas borc, 645.38 manat faiz borcu və 40 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Ordjenikidze (indiki Suraxanı) rayonu Zaqs Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 və X13 xx.xx.1989-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 266 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəhmətov, arvada Nəhmətova soyadı verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-5292/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1951 nömrəli rəyi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 1068,52 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 423,14 manat və faiz borc üzrə 645,38 manat müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarından müəyyən olunur ki, müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Nəhmətova Təranə Sərdar qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAL0055022/12 saylı müqavilələrə kredit müqaviləsinə əsasən bank Nəhmətova Təranə Sərdar qızına 700 manat məbləğində kredit vermişdir. Lakin iş üzrə Nəhmətova Təranə Sərdar qızı xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri miras əmlakdan bərabər hissədə pay almışlar. Həmin vərəsəlik işindən müəyyən olunur ki, Nəhmətova Təranə Sərdar qızının vərəsələri övladları cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmiş Nəhmətova Təranə Sərdar qızının vərəsələri olduğundan və şəhadətnamə üzrə verilən miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.3 kv/m olan bağ evinin və mülkiyyətində olan 0.125 ha olan torpaq sahəsinə və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 106.1 kv/m olan qeyri-yaşayış sahəsinə sahib olduqlarından onların hər biri aldıqları miras əmlakından paylarına mütənasib surətdə öhdəlik daşımalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən cavabdehlərdən birgə qaydada 423.14 manat əsas borc, 645.38 manat faiz borcu olmaqla, cəmi 1108.52 manat və 32 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ekspertiza tədqiqatının dəyəri – 100 manat Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2012-ci il tarixli, BAL0055022/12 saylı kredit müqaviləsinə əsasən 423.14 manat əsas borc, 645.38 manat faiz borcu və 40 manat cərimə borcu olmaqla, cəmi 1108.52 (bir min yüz səkkiz manat, əlli iki qəpik) manat və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar