Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4011/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı X4 Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 82 manat əsas borc, 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 284 manat əsas borc, 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 214 manat əsas borc, 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1183 manat əsas borc və 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 515 manat əsas borc olmaqla ümumilikdə 2278 manat məbləğində pulun və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4011/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin dəlilləri X4 ilə Cavabdeh arasında bağlanmış 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 450 manat dəyərində “Telefon Redmi 4X 32GB Black” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 60 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 82 manat təşkil edir. Həmçinin iddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 468 manat dəyərində “Telefon Redmi S2 32GB Gold” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 40 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 284 manat təşkil edir. Həmçinin iddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 374 manat dəyərində “Telefon Huawei P9 Lite mini Black" adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 50 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 214 manat təşkil edir. Həmçinin iddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2643 manat dəyərində “İphone X Silver 64GB” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 600 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1183 manat təşkil edir. Eyni zamanda iddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 568 manat dəyərində “X6 5 32GB Black” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 53 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 515 manat təşkil edir. Qeyd olunanlara əsasən, nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 82 manat əsas borc; 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 284 manat əsas borc; 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 214 manat əsas borc; 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1183 manat əsas borc; - 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 515 manat əsas borc olmaqla ümumilikdə 2278 manat pul tutulmalıdır. Tərəflərin izahatları İddiaçı X4 xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcək, iddianı tam müdafiə edir. Odur ki, mülki işə onun iştirakı olmadan baxmaqla, iddianın təmin edilməsinə dair qətnamə qəbul etməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 1) X4 ilə Cavabdeh arasında bağlanan 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli müqaviləyə əsasən, X4 müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 10 mart 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləğin xx.xx.2018 – xx.xx.2018-ci il tarixləri arasında hər ay 43 manat (ilk ay 46 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə olan qalıq borcu 82 manat təşkil edir. 2) X4 ilə Cavabdeh arasında bağlanan 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli müqaviləyə əsasən, X4 müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 08 iyun 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləğin xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri arasında hər ay 48 manat (ilk ay 44 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə olan qalıq borcu 284 manat təşkil edir. 3) X4 ilə Cavabdeh arasında bağlanan 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli müqaviləyə əsasən, X4 müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 01 avqust 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləğin xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri arasında hər ay 36 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə olan qalıq borcu 214 manat təşkil edir. 4) X4 ilə Cavabdeh arasında bağlanan 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli müqaviləyə əsasən, X4 müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 02 avqust 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləğin xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri arasında hər ay 170 manat (ilk ay 173 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə olan qalıq borcu 1183 manat təşkil edir. 5) X4 ilə Cavabdeh arasında bağlanan 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli müqaviləyə əsasən, X4 müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 03 sentyabr 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödəniləcək məbləğin xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri arasında hər ay 57 manat (ilk ay 59 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə olan qalıq borcu 515 manat təşkil edir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Hüseynov X2 Vidadi İslam oğluna olan borcun ödənilməsi və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış nisyə alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 82 manat, 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 284 manat; 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 214 manat; 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1183 manat və 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 515 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh iddiaçıya 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 82 manat; 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 284 manat; 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 214 manat; 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 1183 manat və 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 515 manat məbləğindədir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan borcu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 43 (qırx üç) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 82 (səksən iki) manat; 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 284 (iki yüz səksən dörd) manat; 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 214 (iki yüz on dörd) manat; 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1183 (bir min bir yüz səksən üç) manat və 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 515 (beş yüz on beş) manat olmaqla, hər beş müqavilələr üzrə ümumilikdə 2278 (iki min iki yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə və 43 (qırx üç) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 mart 2018-ci il tarixli, 14 155 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 82 (səksən iki) manat; 08 iyun 2018-ci il tarixli, 16 500 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 284 (iki yüz səksən dörd) manat; 01 avqust 2018-ci il tarixli, 18 444 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 214 (iki yüz on dörd) manat; 02 avqust 2018-ci il tarixli, 18 483 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1183 (bir min bir yüz səksən üç) manat və 03 sentyabr 2018-ci il tarixli, 19 431 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 515 (beş yüz on beş) manat olmaqla, hər beş müqavilələr üzrə ümumilikdə 2278 (iki min iki yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə və 43 (qırx üç) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-4011/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4011/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver