Məhkəmə qərarları › İş №e-2(010)-4018/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4018/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4018/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 nömrəli kredit müqaviləsi üzrə 772.94 manat əsas, 167.11 manat faiz, cəmi 940.05 manat, xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 nömrəli kredit müqaviləsi üzrə 275.35 manat əsas, 22.70 manat faiz, cəmi 298.05 manat, xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 nömrəli kredit müqaviləsi üzrə 1336.63 manat əsas, 44.36 manat faiz, cəmi 1380.99 manat olmaqla, ümumilikdə 2619.09 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 46.19 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında elektron qaydada xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehə 12 ay müddətinə, illik 34 faiz dərəcəsi ilə, 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında elektron qaydada xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehə 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə, 370 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında elektron qaydada xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehə 1350 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçının müştərisi olan cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 nömrəli kredit müqaviləsi üzrə 772.94 manat əsas, 167.11 manat faiz, cəmi 940.05 manat, xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 nömrəli kredit müqaviləsi üzrə 275.35 manat əsas, 22.70 manat faiz, cəmi 298.05 manat və xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 nömrəli kredit müqaviləsi üzrə 1336.63 manat əsas, 44.36 manat faiz, cəmi 1380.99 manat olmaqla, ümumilikdə 2619.09 manat məbləğində borcu vardır. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 saylı kredit müqaviləsinə əsasən, ona 12 ay müddətinə illik 34 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Daha dəqiq, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 saylı kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 370 manat məbləğində kredit verilmişdir. Daha dəqiq, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 saylı kredit xətti müqaviləsinə əsasən, ona 1350 manat məbləğində kredit verilmişdir. Daha dəqiq, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə iddiaçıya xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 saylı kredit müqaviləsinə əsasən 772.94 manat əsas; 167.11 manat faiz; cəmi 940.05 manat borcu, xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 saylı kredit kartına dair müqaviləyə əsasən 275.35 manat əsas; 22.70 manat faiz; cəmi 298.05 manat borcu və xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 saylı kredit kartına dair müqaviləyə əsasən 1336.63 manat əsas; 44.36 manat faiz; cəmi 1380.99 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, cavabdeh iddiaçı bankdan ona gündəlik tələbat məqsədləri üçün 1000 manat məbləğində GTZK0832524C299 nömrəli müqavilə ilə kredit verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmiş, onunla kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASC-yə ödənilməli olan borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada silinərək ödənilməsinə etiraz etmədiyini təsdiq etmişdir. İddiaçı ASC (Bank) və Cavabdeh (Müştəri) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış GTZK0832524C299 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Bank” “Müştəri”yə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 34% ödənilmək şərti ilə, 1000 manat məbləğində kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, “Müştəri” isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 99.47 manat (sonuncu ay 100.05 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, 299TT**********5041 nömrəli kassa məxaric orderindən müəyyən olunur ki, iddiaçı bankın kassasından cavabdehə 1000 manat məbləğində kredit məbləği verilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, cavabdeh iddiaçı bankdan ona gündəlik tələbat məqsədləri üçün 1350 manat məbləğində BRCB1048231C299 nömrəli müqavilə ilə “Birbank” kartı verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmiş, onunla kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASC-yə ödənilməli olan borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada silinərək ödənilməsinə etiraz etmədiyini təsdiq etmişdir. İddiaçı ASC (Bank) və Cavabdeh (Müştəri) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış BRCB1048231C299 nömrəli kredit xətti müqaviləsindən müəyyən olunur ki, “Bank” “Müştəri”yə “Birbank Cashback” ödəniş kartı verir, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpa olunan kredit xətti ayırır, həmin kartla bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, “Müştəri” isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və “Bank”ın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. “Birbank kartı” yaddaş vərəqindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 nömrəli kredit xətti müqaviləsi üzrə kredit limitinin məbləği 1350 manat məbləğində təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, cavabdeh iddiaçı bankdan ona gündəlik tələbat məqsədləri üçün 370 manat məbləğində BUMM1175145C299 nömrəli müqavilə ilə “Birbank” kartı verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmiş, onunla kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASC-yə ödənilməli olan borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada silinərək ödənilməsinə etiraz etmədiyini təsdiq etmişdir. İddiaçı ASC (Bank) və Cavabdeh (Müştəri) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış BUMM1175145C299 nömrəli kredit və hesab müqaviləsindən müəyyən olunur ki, “Bank” “Müştəri”yə aşağıdakı şərtlərlə bu müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti ayırı, kreditin istifadəsi ilə bağlı müvafiq hesab(lar) açır, “Müştəri” isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması üzərindən satıcı – partnyor şirkətlərin mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada “Bank”a geri ödəyir: Kreditin növü (təyinatı) - əlaqəli krediti (platformada təqdim edilən malların və xidmətlərin alışı); Kredit xətti məbləği (limiti) və valyutası – 370 manat; Kreditdən istifadə müddəti – müqavilənin imzalandığı tarixdən 36 ay; Kredit müqaviləsinin müddəti – müqavilənin imzalandığı tarixdən 59 ay; İllik faiz dərəcəsi – 27%. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, iddiaçının müştərisi olan cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 nömrəli kredit müqaviləsi üzrə 772.94 manat əsas, 167.11 manat faiz, cəmi 940.05 manat, xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 nömrəli kredit müqaviləsi üzrə 275.35 manat əsas, 22.70 manat faiz, cəmi 298.05 manat və xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 nömrəli kredit müqaviləsi üzrə 1336.63 manat əsas, 44.36 manat faiz, cəmi 1380.99 manat olmaqla, ümumilikdə 2619.09 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 nömrəli, xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 nömrəli və xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 nömrəli kredit müqavilələri üzrə xx.xx.2025-ci il tarixinə yaranmış borcunun məbləği barədə məlumat verilmiş və həmin borc məbləğinin ödənilmədiyi təqdirdə barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 46.19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik qanunvericiliyin tələbinə uyğun olaraq icra edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunanların əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamış və məhkəmə iş materiallarında olan mövcud sübutlar əsasında mübahisəyə qiymət verərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.19 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK0832524C299 nömrəli kredit müqaviləsi üzrə 772.94 (yeddi yüz yetmiş iki manat doxsan dörd qəpik) manat əsas, 167.11 (yüz altmış yeddi manat on bir qəpik) manat faiz, xx.xx.2024-cü il tarixli, BUMM1175145C299 nömrəli kredit müqaviləsi üzrə 275.35 (iki yüz yetmiş beş manat otuz beş qəpik) manat əsas, 22.70 (iyirmi iki manat yetmiş qəpik) manat faiz və xx.xx.2024-cü il tarixli, BRCB1048231C299 nömrəli kredit müqaviləsi üzrə 1336.63 (min üç yüz otuz altı manat altmış üç qəpik) manat əsas, 44.36 (qırx dörd manat otuz altı qəpik) manat faiz olmaqla, cəmi 2619.09 (iki min altı yüz on doqquz manat doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 46.19 (qırx altı manat on doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar