Məhkəmə qərarları › İş №e-2(010)-4047/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4047/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4047/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Quliyeva (Məmmədova) Məlahət Fikrət qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Panasonıc ev telefonu, İmei kod **********23941 Samsung Galaxy A20S markalı telefon üçün, 97.1 manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Themza Yasin–Yataq- Carpayi, Themza Yasin-Yataq-Dolab, Themza Yasin-Yataq-Termo, 2 X7-Yataq-Tumba, Matras, Kar Tanesi-Metbex-Masa, 6 X8-Metbex-Stul üçün, 2935.5 manat ödənilməmiş hissə, 877.8 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********48311 Samsung Galaxy A21S markalı telefon üçün 137.2 manat ödənilməmiş hissə, 41.8 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann musiqi mərkəzi üçün, 606.06 manat ödənilməmiş hissə, 178.54 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün, 1062.6 manat ödənilməmiş hissə, 317 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********85426 Blackvıew A80 markalı telefon, LG kondisioner üçün, 472.4 manat ödənilməmiş hissə, 147 manat dəbbə ümumilikdə 6903 manat borc, 89.03 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Panasonıc ev telefonu, İmei kod **********23941 Samsung Galaxy A20S markalı telefon, Themza Yasin - Yataq - Carpayi, Themza Yasin - Yataq - Dolab, Themza Yasin - Yataq - Termo, 2 X7 - Yataq - Tumba, Matras, Kar Tanesi - Metbex - Masa, 6 X8 - Metbex - Stul, İmei kod **********48311 Samsung Galaxy A21S markalı telefon, Hoffmann musiqi mərkəzi, Paltaryuyan LG, İmei kod **********85426 Blackvıew A80 markalı telefon, LG kondisioner almış və nəticədə 6903 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 599.4 manat (18 ay x 33.3 manat + 0 manat ilkin ödəniş) olan Panasonıc ev telefonu, İmei kod **********23941 Samsung Galaxy A20S markalı telefon üçün ümumilikdə, 127.1 manat olmaqla ondan, 97.1 manat ödənilməmiş hissə, 30 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3090 manat (20 ay x 154.5 manat + 0 manat ilkin ödəniş) olan Themza Yasin- Yataq-Carpayi, Themza Yasin-Yataq-Dolab, Themza Yasin-Yataq-Termo, 2 X7- Yataq- Tumba, Matras, Kar Tanesi-Metbex-Masa, 6 X8-Metbex - Stul üçün ümumilikdə, 3813.3 manat olmaqla ondan, 2935.5 manat ödənilməmiş hissə, 877.8 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 554.4 manat (12 ay x 46.2 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********48311 Samsung Galaxy A21S markalı telefon üçün ümumilikdə 179 manat olmaqla ondan, 137.2 manat ödənilməmiş hissə, 41.8 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 642.06 manat (18 ay x 35.67 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann musiqi mərkəzi üçün ümumilikdə, 784.6 manat olmaqla ondan, 606.06 manat ödənilməmiş hissə, 178.54 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1738.8 manat (18 ay x 96.6 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan LG üçün ümumilikdə 1379.6 manat olmaqla ondan, 1062.6 manat ödənilməmiş hissə, 317 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1767.6 manat (18 ay x 98.2 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85426 Blackvıew A80 markalı telefon, LG kondisioner üçün ümumilikdə 619.4 manat olmaqla ondan, 472.4 manat ödənilməmiş hissə, 147 manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində İmei kod **********85426 Blackvıew A80 markalı telefon, X6 (Reqemsal) 2 İl, X2ndən imtina etmiş və məhsul 297 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 998.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 297 manat, digər 5 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1786.2 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş:

1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Panasonıc ev telefonu, Samsung Galaxy A20S markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 33,3 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Themza Yasin-Yataq-Carpayi, Themza Yasin-Yataq-Dolab, Themza Yasin-Yataq-Termo, 2 X7-Yataq- Tumba, Matras, Kar Tanesi-Metbex-Masa, 6 X8-Metbex-Stul Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 20 ay müddətinə ayda 154,5 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A21S markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 46,2 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Hoffmann musiqi mərkəzi Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 35,67 manat ödəməyi öhdəsinə götürmüşdür.

5. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Paltaryuyan LG Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 96,6 manat ödəməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Blackvıew A80 markalı telefon, LG kondisioneri Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 98,2 manat ödəməyi öhdəsinə götürmüşdür.

"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Quliyeva (Məmmədova) Məlahət Fikrət qızının "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 97.1 manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2935.5 manat ödənilməmiş hissə, 877.8 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 137.2 manat ödənilməmiş hissə, 41.8 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 606.06 manat ödənilməmiş hissə, 178.54 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1062.6 manat ödənilməmiş hissə, 317 manat dəbbə; xx.xx.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 472.4 manat ödənilməmiş hissə, 147 manat dəbbə olmaqla, hər 6 nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 6903 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Quliyeva (Məmmədova) Məlahət Fikrət qızının müqavilələrin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.

Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında;

1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 599.4 manat olan özünə məxsus Panasonıc ev telefonu və Samsung Galaxy A20S markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 33,3 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 3090 manat olan özünə məxsus Themza Yasin- Yataq- Carpayi, Themza Yasin-Yataq-Dolab, Themza Yasin-Yataq-Termo, 2 X7- Yataq-Tumba, Matras, Kar Tanesi-Metbex-Masa, 6 X8-Metbex-Stul cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 20 ay müddətinə ayda 154.5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 554.4 manat olan özünə məxsus Samsung Galaxy A21S markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 46,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 642.06 manat olan özünə məxsus Hoffmann musiqi mərkəzini cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 35,67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

5. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1738,8 manat olan özünə məxsus Paltaryuyan LG cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 96,6 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1767.6 manat olan özünə məxsus Blackvıew A80 markalı telefon, LG kondisioneri cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 98,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 97.1 manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2935.5 manat ödənilməmiş hissə, 877.8 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 137.2 manat ödənilməmiş hissə, 41.8 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 606.06 manat ödənilməmiş hissə, 178.54 manat dəbbə; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1062.6 manat ödənilməmiş hissə, 317 manat dəbbə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 472.4 manat ödənilməmiş hissə, 147 manat dəbbə olmaqla, hər 6 nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 6903 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 10 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 438 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 21 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 89 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 158 manat və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 74 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Quliyeva (Məmmədova) Məlahət Fikrət qızından xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 97.1 manat, cərimə borcuna görə 10 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 2935.5 manat, cərimə borcuna görə 438 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 137.2 manat, cərimə borcuna görə 21 manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 606.06 manat, cərimə borcuna görə 89 manat; xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə əsas borca görə 1062.6 manat, cərimə borcuna görə 158 manat; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 472.4 manat, cərimə borcuna görə 74 manat olmaqla, hər 6 nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 6100,86 manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 89.03 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Quliyeva (Məmmədova) Məlahət Fikrət qızından xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 97.1 (doxsan yeddi manat on qəpik) manat, cərimə borcuna görə 10 (on) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 2935.5 (iki min doqquz yüz otuz beş manat əlli qəpik) manat, cərimə borcuna görə 438 (dörd yüz otuz səkkiz) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 137.2 (bir yüz otuz yeddi manat iyirmi qəpik) manat, cərimə borcuna görə 21 (iyirmi bir) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 606.06 (altı yüz altı manat altı qəpik) manat, cərimə borcuna görə 89 (səksən doqquz) manat; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1062.6 (bir min altmış iki manat altmış qəpik) manat, cərimə borcuna görə 158 (bir yüz əlli səkkiz) manat; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 472.4 (dörd yüz yetmiş iki manat qırx qəpik) manat, cərimə borcuna görə 74 (yetmiş dörd) manat və 89,03 (səksən doqquz manat üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6189,89 (altı min bir yüz səksən doqquz manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar