Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4077/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 73.2 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 203.6 məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkilir. Bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 qanunsuz qoşulma barədə akt tərtib edilən zaman cavabdehin mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə olunmuş Yasamal rayonu, 40 saylı MKİS tərəfindən verilmiş 276 saylı, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, cavabdeh mənzilin sahibi olmuş və 2016-cı ildə mənzili satmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış Səmədova Arifə ilə İddiaçı MMC arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə 13.2 manat borc ilə şəbəkədən ayrılmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019cu il tarixli digər arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanına 3290 N saylı akt tərtib edilənədək həmin binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 3290 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus olmuş mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş nəticədə İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, məktub poçt xəbərnaməsinə imza olunmaqla qəbul edilmişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixinədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus olmuş mənzilin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar (Şahbazi) prospekti 1 ünvanında yerləşən binaya sonuncu dəfə baxış keçirildiyi xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə xx.xx.2015-ci il tarixdə tərtib edilmiş akta qədər ötən müddət 244 gün təşkil edir. Bu da həmin dövr üçün hər günə 30 qəpik maddi ziyan hesablanmaqla 73.2 manat maddi ziyan təşkil edir.
Tərəflərin izahatları.
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qismən - 73.2 manat məbləğində maddi ziyan hissəsində qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirmişdir.
5. Daha sonra Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qismən – 73.2 manat məbləğində qəbul etdiyini bildirmişdir.
İş materialları.
6. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Səmədova Arifə arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini edib. xx.xx.2014-cü il tarixdə 13.20 manat borc ilə şəbəkədən ayrılıb.
7. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 3290 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2014-cü il tarixdə həmin binaya baxış keçirilmişdir.
8. xx.xx.2015-ci il tarixli, 3290 N nömrəli aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 11 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüşlər və nəticədə qapını açan olmamış və aktın surətini mənzilin qapısına qoymuşlar.
9. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin bu müqavilə ilə müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür.
10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına “Hüquqi xidmət və nəzarət. X4” təyinatı ilə 100 manat məbləğində pul köçürülmüşdür.
11. 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışda qeyd edilmişdir ki, X2 ünvan 5 ünvanında yerləşən mənzilin sahibi olmuş, mənzilin hazırkı sahibi barədə 40 saylı MKİS-də heç bir məlumat yoxdur.
İşin faktiki halları.
12. İddiaçı MMC müqavilə əsasında kabel televiziyası xidmətləri göstərir. İddiaçı iddia edir ki, cavabdeh X1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə xx.xx.2015-ci il tarixində müqavilə olmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma halı aşkar edilmiş, bu qoşulma nəticəsində iddiaçı MMC-yə cəmi 73.2 manat məbləğində zərər dəymişdir. Hazırda iddiaçı "xxxx" MMC qanunsuz qoşulma ilə bağlı dəymiş 73.2 manat məbləğində zərəri, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-ə ödənilmiş 100 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqını cavabdehdən tələb edir. Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddianı qismən – 73.2 manat məbləğində maddi zərər hissəsində qəbul etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddianın qismən etiraf edilməsi barədə yazılı ərizə təqdim edilmiş, bu ərizədə cavabdeh iddianı qismən – 73.2 manat hissədə qəbul etdiyini bildirmişdir.
15. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilən hissəsi təsdiq edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
16. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilən hissəsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə iddianın etiraf olunan hissədə, yəni 73.2 manat məbləğində maddi ziyanla bağlı hissədə təmin edilməsi üçün əsasdır.
17. Hüquqi yardım üçün nəzərdə tutulmuş 100 manat məbləğində pula münasibətdə məhkəmə bildirir ki, iddia ərizəsinə bu hissədə iddianı təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bununla bağlı məhkəməyə yalnız "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı təqdim edilmişdir ki, həmin tapşırıqda da "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına “Hüquqi xidmət və nəzarət. X4” təyinatı ilə 100 manat məbləğində pul köçürüldüyü qeyd edilmişdir. Halbuki hazırkı iş üzrə cavabdehin adı Cavabdehdur. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddia 100 manat məbləğində xidmət haqqı ilə bağlı hissədə sübut edilməmiş hesab edilməlidir.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
19. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30.4 manat məbləğində bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 73.2 manat (yetmiş üç manat iyirmi qəpik) məbləğində pul və ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) məbləğində bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 73.2 manat (yetmiş üç manat iyirmi qəpik) məbləğində pul və ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) məbləğində bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva